Qaqauziya Haqqinda Melumat - Vikipedia

Qaqauziya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qaqauziya (qaqauz. Gagauz Yeri/Gagauziya; mold. Găgăuzia) və ya rəsmi olaraq Qaqauz Yeri Muxtar Bölgəsi (qaqauz. Avtonom Territorial Bölümlüü Gagauz Yeri; mold. Unitatea Teritorială Autonomă Găgăuzia) — Moldova Respublikasının tərkibində muxtar ərazi. Qaqauziya Moldovanın cənubunda yerləşir. Paytaxtı Komrat şəhəri, ümumi sahəsi 1,832 kvadrat kilometrdir.[1]

Muxtar Respublika
Qaqauz Yeri Muxtar Bölgəsi
qaq. Avtonom Territorial Bölümlüü Gagauz Yeri
rum. Unitatea Teritorială Autonomă Găgăuzia
Qaqauziyaya giriş

46°19′ şm. e. 28°40′ ş. u.


Ölkə Moldova Moldova
Daxildir Moldova Moldova
İnzibati mərkəz Komrat
Ən böyük şəhəri Komrat
Qaqauziya Başqanı İrina Vlah
Qaqauziya Parlamenti sədri Vladimir Kıssa
Tarixi və coğrafiyası
Yaradılıb 23 dekabr 1994
Sahəsi 1,832 km²
Saat qurşağı GMT +2
Əhalisi
Əhalisi 161.800 nəfər (2015)
Əhalinin sıxlığı 877 nəfər/km²
Etnik tərkib Qaqauzlar
Dini tərkib Pravoslav (Xristianlıq)
Rəsmi dillər Qaqauz dili
Rumın dili
Rus dili
Rəqəmsal identifikatorlar
ISO kodu MD-GA
İnternet domeni .md
Avtomobil nömrəsi GE
Rəsmi sayt
Qaqauz Yeri Muxtar Bölgəsi xəritədə
Qaqauz Yeri Muxtar Bölgəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Orta əsrlərdə redaktə

border=none  Əsas məqalə: Qaqauzlar

Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində Oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, YunanıstanBolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd edilmişdir. Bəzi müəlliflərə görə qədim Kutriqurların davamçılarıdır.[2] Necə yarandıqları haqqında 19 fərqli iddia var. XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslavlığı qəbul etmişlər daha sonra Osmanlı hakimiyyəti altında qalmışlar. Tadeuş Yan Kovalskinin fikrincə Qaqauzlar Səlcuq sultanı II Keykavusla birlikdə Dobruca bölgəsinə gəlmiş, zamanla xristianlığı qəbul etmişlər. Bu ideyaya görə "Qaqauz" adı elə Keykavusdan gəlir. Başqa bir iddiaya görə Qaqauzlar özünü əsl bulqar və ya slavyan olmayan bulqar kimi görürdülər və buna görə də onlar qədim bulqarlardır.[3] Qaqauz sözü, kök oğuz sözünün dəyişməsidir.

Müstəqilliyədək redaktə

Əsasən 1812-ci ildə Bolqarıstandan Moldovaya köçürülmüşdülər. 1906-cı ildə Andrey Qalaçanın başçılıq etdiyi kəndli üsyanı başlamış və Bender uyezdində cəmi 5 gün həyat sürmüş Komrat Respublikası elan edilmişdi.[4] 1917-ci ilədək Rusiya imperiyası tərkibində olmuşdur. Bu tarixdən sonra Rumıniya (1918–1944) və Moldova SSR (1944–1991) tərkibində olmuşdur. 1994-cü ilədək Moldova hökuməti Qaqauziyaya muxtariyyət verməmiş, 23 dekabr 1994-cü ildə isə Qaqauziya muxtar torpağı yaratmalı olmuşdur.

İnzibati bölgü redaktə

Qaqauziya üç rayona bölünür:

İdarəetmə redaktə

Qaqauziyanın muxtariyyəti Moldova konstitusiyası ilə qorunur və Moldova xalqı hər hansı bir dövlətə (məsələn, Rumıniya) birləşmək istəsə Qaqauziyanın müstəqilliyini elan etmə hüququ var.[5] Əsas qanunverici orqan Qaqauziya Xalq Məclisidir. Muxtar bölgənin rəhbəri Qaqauziya Başqanı adlanır, 4 ildən bir seçilir. Bundan əlavə, o Moldova hökumətinin bir üzvü sayılır. Başqanlıq seçkilərinə qatılmaq üçün Qaqauz dilini səlis bilmək, Moldova vətəndaşı olmaq və ən azından 35 yaşına çatmaq lazımdır. Əsas hökumət orqanı Qaqauziya Nazirlər Komitəsi sayılır, üzvləri ya başqan ya da xalq məclisi təyin edir. Qaqauziyanın öz polis təşkilatı mövcuddur.[6] Hazırkı başqan İrina Vlahdır.

İqtisadiyyat redaktə

Qaqauziyanın iqtisadiyyatı kənd təsərrüfatından asılı olub, üzümçülüyün inkişaf etdiyi bölgələrdəndir. Əsas ixracatı şərab, günəbaxan yağı, alkoqolsuz içki, yun və dəri məmulatlarıdır. 12 şərab, 2 yağ, 2 xalça, 1 ət, 1 spirtsiz içki fabrik və zavodu var.

Demoqrafiya redaktə

2015-ci ilə aid statistikaya görə 161,800 nəfər əhalisi var.[7] Bunlardan 40,4% şəhər, 59,6% kənd yerlərində yaşayır.

Əhalinin təkrar artımı redaktə

2013 Say 1000 nəfərə
Doğum 1897 11.7
Ölüm 1605 9.9
Artım 292 2.2

Etnik qruplar[8] redaktə

Etnik qrup Sayı %
Qaqauzlar 127 835 82.14
Bolqarlar 8 013 5.15
Moldovanlar 7 481 4.81
Ruslar 5 941 3.82
Ukraynalılar 4 919 3.16
Rumınlar 38 0.02
Digərləri 1 409 0.91

Dinlər redaktə

Əhalinin mütləq əksəriyyəti (96%) xristiandır, 93% pravoslav, 3% isə protestantdır. Digər dinlər üzvləri 2,2%, dinsizlər 1,6%, ateistlər isə 0,2% təşkil edir.

Mədəniyyət redaktə

Qaqauziyada 33 məktəb, Komrat Pedaqoji Kolleci və Komrat Dövlət Universiteti var.

Media redaktə

Qaqauziyada əsas fəaliyyət göstərən telekanal Qaqauziya Teleradio Şirkətidir (GRT). Kütləvi informasiya vasitələri əsasən rusca və qaqauzca yayım aparırlar.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "Об автономии (сайт филиала ТПП РМ по Гагаузии)". 2007-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
  2. Стойков, Руси. Селища и демографски облик в Североизточна България и Южна Добруджа, Известия на Варненското археологическо дружество, т. ХV, 1964, с. 98.
  3. "The Gagauzes - yet another view" V.Mateeva, 2006 Sofia". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
  4. Первухин В. Ф. Комратская республика. — Одесса, 2006
  5. "East - West Working Group. Levente Benkö. Autonomy in Gagauzia: A Precedent for Central and Eastern Europe?". 2003-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
  6. aqauziyanın leqal statusu haqda sənəd Arxivləşdirilib 2009-09-03 at the Wayback Machine (Rumınca)
  7. "BNS: Numărul populației stabile al Republicii Moldova la 1 ianuarie 2015, în profil teritorial". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
  8. "2004-cü il sayımına görə". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023