Qarğın boyu Haqqinda Melumat - Vikipedia

Qarğın boyu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Qarğın boyu — yaranma vaxtı skif-massaget zamanına qədəm qoyan qədim oğuz tayfası.[1]

Qarğın boyu
Yaşadığı ərazilər
 Türkmənistan
 Türkiyə
 Əfqanıstan
 Krım
Dili

türk, türkmən, altay

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Oğuz Xaqan Dastanınana görə Oğuzların 24 boyundan biridir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ulduz xanın soyundan gəldikləri qəbul edilir. Qarğın "Daşqın və doyurucu" mənasına gəlir.

Tanınmış orta əsr yazılı mənbələrindən Qarğın boyuna aid ilk qeydi Fəzlullah Rəşidəddinin Cəmi ət-Təvarix adlı əsərində tapmaq olar. Burada qeyd edir ki, Qarğın boyu Oğuzların qəhrəman əcdadı Oğuz Xanın 24 nəvəsinin birindən törəyəcək:

" Oğuzun üçü Buzuq və üçü Uçuq adlandırılan övladlarının və özləri üçün təyin olunan damğalar, heyvanlar və ət parçaları... Üçüncü oğlu olan Ulduz xanın 4 nəfər... Dördüncü oğlu Qarğın,yəni, daşqın və doyurucu.[2] "

İstinadlar redaktə

  1. А.Овезов "Гаркыны". Энциклопедический словарь "Историко-культурное наследие Туркменистана". UNDP, Стамбул, 2000 г.
  2. Фазлаллах Рашид ад-Дин. ""Легенды об Огуз-хане. Племенное деление туркмен". Выдержки из Джами ат-Таварих". Материалы по истории туркмен и Туркмении. Том 1, VII-XV вв. : арабские и персидские источники. М.-Л. Академия Наук СССР. 1939.

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023