Qar xətti Haqqinda Melumat - Vikipedia

Qar xətti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qar xətti — il ərzində düşən atmosfer yağıntısının hətta yayda belə əriməyə imkan tapmadığı xətt.

Qar xətti ərazinin iqlim xüsusiyyətlərinin təsiri altında formalaşır. Həmçinin relyef xüsusiyyətlərindən də asılıdır. Qar xətti soyuq və rütubətli rayonlarda enir. Orta temperaturlu və quraq olan ərazilərdə yüksəlir. Antarktikada qar xətti dəniz səviyyəsinə qədər enir. Arktikada dəniz səviyyəsinin bir neçə yüz metrliyində yerləşmişdir. Ən hündür qarxətti tropik və subtropik rayonlarda (6500 m-ə qədər Tibet yaylasındaCənubi Amerikadakı And dağlarında), ekvatorda (4400 m-ə çatır) müşahidə olunur.

Dağ yamacının istiqaməti də qar xəttinə təsir göstərir. Belə ki, dağın gün tutan yamacında qar xətti daha hündürdən keçir. Məsələn, Böyük Qafqazda cənub yamacında qar xətti 4000 m, şimal yamacında isə 3500 m təşkil edir[1].

İstinadlar redaktə

  1. Aida Maksudova. "Buzlaqlar". Oxu, bil, paylaş. 08.11.2011. 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.

Saytda 219 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024