Qaraçay (çay, Quba) Haqqinda Melumat - Vikipedia

Qaraçay (çay, Quba) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qaraçay (çay, Quba)

Qaraçay — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülən çay.

Qaraçay
Ölkə
Mənsəbi Xəzər dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat redaktə

Uzunluğu 93 km, hövzəsinin sahəsi 417 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin şimal-şərq yamacının 2900 m hündürlüyündən götürür. Samur-Dəvəçi ovalığı daxilində bir neçə qola ayrılır. İllik axımının 18%-ni yağış, 32%-ni yeraltı və 50%-ni qar suları təşkil edir. Yaz-yay aylarında qar suları çayda güclü daşqınlar əmələ gətirir. Çayda ən az su sentyabrdan fevrala kimi olan dövrdə müşahidə olunur.

Çayın orta illik su sərfi 2,35 kub m/san-dir. Axımın 27%-i yazda, 42%-i yayda, 20%-i payızda, 11%-i isə qışda keçir. Suyu çox bulanıqdır. Orta illik asılı gətirmələr sərfi 12,0 kq/san, lillənməsi isə 5660 q/kub m-dir.

Qaraçayın aşağı axımından suvarma işlərində geniş istifadə olunur. Birinci NügədiAlıc kəndi yaxınlığında çayın üzərində HES tikilmişdir.

Mənbə redaktə

Həmçinin bax redaktə

  1. 1 2 GEOnet Names Server. 2018.

Saytda 29 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024