Qarabaldır (Oğuz) Haqqinda Melumat - Vikipedia

Qarabaldır (Oğuz) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qarabaldır (Oğuz)

QarabaldırAzərbaycan Respublikasının Oğuz rayonunun Kərimli kənd inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 16 km. cənubda, Kərimli kəndinin qərbində, Əlicançayın sol sahilində yerləşir.

Qarabaldır
40°58′54″ şm. e. 47°26′09″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Oğuz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 575 nəfər
Xəritəni göstər/gizlə
Qarabaldır xəritədə
Qarabaldır
Qarabaldır

Etimologiyası redaktə

Qarabaldır etnik toponimdir. Azərbaycan xalqının etnogenizində iştirak etmiş qədim türk tayfalarından birinin adı q a r a b a l d ı r olmuşdur[1]. “Qarabaldır” toponimi – iki hissədən ibarətdir: “qara” və “baldır”. “Qara”–böyük, güclü, qüvvətli, “Baldır” – "çıxıntı" sözlərindən yaranıb "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alınaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və sair kimi, sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur.

Tarixi redaktə

Kəndin ərazisində ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Nekropol (e.ə IV-I əsrlər), Molla qoruğu (e. I-IV əsrləri) var.

1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Qarabaldır kəndində 55 təsərrüfatda 226 nəfər əhali yaşayırdı ki, onların da 120 nəfərini kişilər, 106 nəfərini isə qadınlar təşkil edirdi.[2]

Əhalinin məşğuliyyəti redaktə

Kəndin əhalisi 575 nəfərdir (01 yanvar 2017-ci il). Əhali əkinçilik, heyvandarlıq, bağçılıqtərəvəzçiliklə məşğul olur. Kənddə ümumi orta məktəb, kitabxana, tibb məntəqəsi var.Dəniz səviyyəsindən hündürlüyü 380 metrdir. .

Mənbə redaktə

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II hissə. Bakı,2007.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. E.Nuriyev, “Azərbaycan SSR Şəki – Zaqatala zonasının toponimiyası”, Bakı, Elm, 1989, səh. 80
  2. Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.52

Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024