Qaraboğazgöl boğazı Haqqinda Melumat - Vikipedia

Qaraboğazgöl boğazı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qaraboğazgöl boğazı

Qaraboğazgöl boğazı[1] - Qaraboğazgöl körfəzi Xəzər dənizinin səviyyəsi ilə sıx bağlıdır. Buna səbəb isə boğazdır. Boğaz vastəsi ilə körfəzə hər il 8-10 milyon km³ su daxil olur. Xəzərin səviyəsinin qalxdığı illərdə bu rəqəm 25 milyon km² çatır. 195070-ci illər ərzində Xəzərdə suyun azalması müşahidə edilmişdir. Buna səbəb isə ona daxil olan çayların (VolqaKür) üzərində su anbarlarının inşası olmuşdur. Nəticədə su körfəzdən dənizə qayıtmağa başlamışdır. Bu zaman boğazı bağlamaq qərarına gəlirlər.

Qaraboğazgöl boğazı
Ümumi məlumatlar
Eni 0.2 minimum
Yerləşməsi
41°04′15″ şm. e. 52°54′42″ ş. u.
Ölkə  Türkmənistan
Akvatoriyası
Qaraboğazgöl boğazı xəritədə
Qaraboğazgöl boğazı
Qaraboğazgöl boğazı

1980-ci ildə boğaz üzərində damba inşa edilir. Körfəz tədricən qurumağa başlayır. Ərazisi duz səhrasına çevrilir. Bir müddət sonra Xəzər dənizi öz səviyyəsini bərpa edir. 1984-cü ildə körfəzin qurumasının qarşısını almaq məqsədi ilə dambada su ötürücü qurğular quraşdırılır. Burada quraşdırılan 11 boru effekt vermir. Körfəz tədriclə dolurdu. 1992-ci ildə damba partladılır. 1990-cı illərdə körfəz faktiki olaraq əvvəlki səviyyəsini bərpa etmişdir.

İstinadlar redaktə

  1. "Qaraboğazgöl boğazı". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024