Qaradağ xanlığı Haqqinda Melumat - Vikipedia

Qaradağ xanlığı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qaradağ xanlığı

Qaradağ xanlığı1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə TəbrizƏrdəbil xanlıqları ilə həmsərhəd idi.

Xanlıq
Qaradağ xanlığı
Qaradağ xanlığı sərhədləri ilə
Qaradağ xanlığı sərhədləri ilə
 
 
1748 — 1828

Paytaxt Əhər
Rəsmi dilləri Azərbaycan dili (danışıq dili),
fars dili (rəsmi)
Dövlət dini İslam
Əhalisi azərbaycanlılar
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Qaradağlı eli
Xan
 • (1747-1763) Kazım xan Qaradağlı (ilk)
 • (1813-1828) Məhəmmədqulu xan Qaradağlı (son)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.

Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.

Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində Pavel Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.

Xanları redaktə

Hakimləri redaktə

Xanlığın hakim ailəsi Ustaclı türkmanlarının Toxmaqlı oymağına mənsub idi. I Şah Təhmasib tərəfindən Qaradağın irsi hakimləri kimi tanıdıqları Qızılbaş iyerarxiyasında 8-ci yeri tutdular,[1] onların ən qədim tanınmış əcdadı Sivasda anadan olmuş İlyas Xəlifə idi.

1. I İlyas xəlifə 1500—?
2. I Şəmsəddin xəlifə ?—1603
3. II İlyas xəlifə  1603—1610
4. Bürhanəddin xəlifə 1611—?
5. II Şəmsəddin xəlifə
6. Əhməd xəlifə
7. Mahmud sultan
8. Bayandur sultan 1701—?
9. Məhəmmədqasım xan ?—1721
10. Əbdürrəzzaq xan 1721—1729
11. Kazım xan Qaradağlı 1730—1763
12. Mustafaqulu xan Qaradağlı 1763—1782,1786—1791
13. İsmayıl xan Qaradağlı 1782—1783,1791—1797
14. Nəcəfqulu xan Qaradağlı 1783—1786
15. Abbasqulu xan Qaradağlı 1797—1813
16. Məhəmmədqulu xan Qaradağlı  1813—1828
17. Həsənliağa xan ?—1847
18. Həsənəli xan Qaradağlı 1848—1929
19. Məhəmmədhüseyn xan Qaradağlı ?—1891
20. Sadatqulu xan Qaradağlı
21. Nəcəfqulu xan Qaradağlı 1783—1786

Mənbə redaktə

İstinadlar redaktə

  1. I. P. Petrushevsky, Essays on the history of feudal relations in Azerbaijan and Armenia in the 16th - early 19th centuries, Leningrad State University, 1949

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə



Saytda 36 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023