Qaraməryəm
Qaraməryəm — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində qəsəbə.
Qaraməryəm | |
---|---|
40°36′58″ şm. e. 48°01′08″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 151 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası redaktə
Göyçay rayonunun eyniadlı i.ə.v.-də qəsəbə. Şirvan düzündən şm-da Girdimançay ilə Göyçay çayı arasında uzanan yüksəklikdə, Qaraməryəm tirəsinin ətəyindədir. Bəzi tədqiqatçılara görə, qismən təhrifə uğramış toponim Qaramərən olmalıdır. Qəsəbə adını oradakı eyniadlı çayın adından almışdır. Çayın adı qara və monqol dilindəki mərən (çay) sözlərindən ibarət olub, "qara çay" mənasındadır. Əslində qəsəbə ətəyində yerləşdiyi eyniadlı tirənin adı ilə adlanır. Keçən əsrin əvvəllərində kəndin adı Qaraməryəm variantında da qeydə alınmışdır.[2]
Tarixi redaktə
1918-ci ildə kəndin ərazisində Qaraməryəm döyüşləri baş vermişdir.
Əhalisi redaktə
2009-cu ilin siyahıya alınmasına əsasən qəsəbədə 1528 nəfər əhali yaşayır.[3]
Mədəniyyəti redaktə
Qəsəbədə 1 ümümtəhsil məktəbi, 1 uşaq baxçası,, 1 klub, 2 kitabxana, 1 rabitə şöbəsi, 1 elektron ATS, xəstəxana və doğum evi, 2 aptek, 1 yanğınsöndürmə məntəqəsi vardır.
Din redaktə
Qəsəbədə "Fatimeyi Zəhra" məscidi dini icması fəaliyyət göstərir[4].
İstinadlar redaktə
- ↑ https://web.archive.org/web/20181202202640/https://www.stat.gov.az/map/az/08_6/008_6_dem.xls.
- ↑ Qaraməryəm // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2014-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Xarici keçidlər redaktə
Həmçinin bax redaktə
Göyçay rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |