Qaraman Haqqinda Melumat - Vikipedia

Qaraman Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

QaramanAzərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Qaraman
40°36′ şm. e. 47°49′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 40 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qaraman xəritədə
Qaraman
Qaraman

Toponimikası redaktə

Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır. Onlar Volqa boyunda IX əsrdə bir dövlət yaratmış, XI əsrdə qıpçaqlarla toqquşmada məğlub olmuş və bir hissəsi Azərbaycana gəlmişdir. Azərbaycanda müxtalif variantlarda beş Qaraman adlı kənd qeyda alınmışdır. Qaraqoyunlu Qara Yusifin qoşun başçısının adı Qaraman olmuşdur. XIV əsrin ikinci yarısında Bərdə və Gəncə mahalları köçəri qaramanlı tayfasından əmir Yarəhməd Qaramanın əyaləti idi. XIX əsrin ortalarına aid sənədlərdə indiki Salyan rayonunun ərazisində 29 ailədən ibarət qaramanlı adlı köçəri tayfanın yaşaması göstərilir. Oturaqlaşdıqda onlar Aşağı və Yuxarı Qaramanlı kəndərini əmələ gətirmişdilər.[2]

Coğrafiyası və iqlimi redaktə

Kənd ovalıqda yerləşir.

Əhalisi redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 823 nəfər əhali yaşayır.[3]

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  2. Qaraman // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə



Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023