Qaraquş zəngçiçəyi Haqqinda Melumat - Vikipedia

Qaraquş zəngçiçəyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Theodorovia karakuschensis

(Qaraquş zəngçiçəyi səhifəsindən istiqamətləndirilmişdir)

Theodorovia karakuschensis (lat. Theodorovia karakuschensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin theodorovia cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd + 3c. Azərbaycanın nadir növüdür.

Theodorovia karakuschensis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri redaktə

Çoxillik, hündürlüyü 5-10 sm olan bitkidir. Kökümsovlardan yarpaq və gövdə inkişaf edir. Gövdəsi kələ-kötür, dağınıq qövsşəkilli əyilən, yuxarıdan budaqlanandır, kökətrafı yarpaqları çoxsaylıdır, budaqlanandır, kökətrafı köhnə yarpaqlar bitkini bürüyür, yataq əmələ gətirir. Rozet yarpaqları kürəkvari və ya yumurtavaridir, kənarları iti dişcikli və ya təpəciklidir. Çiçəklərinin rəngi tünd–göydür. Tacı qıfvari-boruşəkillidir, xaricdən seyrək tükcüklərlə örtülmüşdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri redaktə

İyun –iyul aylarında çiçək açır, sentyabrda toxum verir. Kserofit bitkidir. Orta dağ qurşağından subalp dağ qurşağına qədər quru, daşlı, çınqıllı yamaclarda və töküntülərdə rast gəlinir. Dekorativ bitkidir.

Yayılması redaktə

Naxçıvanın dağlıq hissəsidir (Şərur rayonuQaraquş dağıKəngərli rayonuAnabadgədik dağı ətrafı).

Sayı və tendensiyası redaktə

Antropogen və iqlim təsirlərinə məruz qalması populyasiyanın təbii ehtiyatını məhdudlaşdırır. 

Məhdudlaşdırıcı amillər redaktə

Əhali tərəfindən soğanaqlarının və çiçəklərinin kütləvi toplanmasıdır.

Mühafizə tədbirləri redaktə

Arpaçay Dövlət Yasaqlığında yayıldığı ərazinin mühafizəsi üçün tədbirlər hazırlanmışdır. Reintroduksiyası tələb olunur. 

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024