Qarayusifli Haqqinda Melumat - Vikipedia

Qarayusifli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

QarayusifliAzərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.

Qarayusifli
40°18′52″ şm. e. 47°10′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 50 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qarayusifli xəritədə
Qarayusifli
Qarayusifli

Tarixi redaktə

 
Orxan Zakiroğlu (Baharlı). Qaraqoyunlular. I kitab. Bakı, 2015.

Kəndi adı Qaraqoyunlu hökmdarı Qara Yusifin adı ilə bağlıdır.[1] Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1863 ildə aparılmış siyahıya alınmasına əsasən Qarayusifli kəndi Yelizavetpol quberniyasının, Cavanşir qəzasının, 1873-cü il siyahıya alınmasına görə, Gəncə qəzasının kəndi kimi qeydə alınmışdır. Qarayusifli kəndi 1863-cü ildə 8 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 55 nəfərdən ibarət Qarayusiflidə 34 kişi, 21 qadın yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 12 tüstüdən ibarət Qarayusiflinin əhalisinin ümumi sayı 78 nəfər olmuşdur. Həmin ildə aparılmış siyahıya alınmaya istinadən Qarayusiflinin 43 kişi, 35 qadın sakini olmuşdur.[1]

XIX əsrin ortalarında Qarayusifli kəndinin yüzbaşısı Kərbəlayi Alməmməd Əhməd oğlu (1833-...) idi. Onun Gülməmməd (1825-...), Şahməmməd (1843-...) adlı qardaşları olmuşdur.[1] Hal hazırda kəndin əhalisi təxminən 1500 nəfərdir. Alpoud ərazi dairəsinin inzibati binasıda Qarayusifli kəndində yerləşir.

Qarayusifli Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout inzibati ərazi vahidində kənddir. Qarabağ düzündədir.

İkinci Qarabağ müharibəsi zamanı redaktə

27 oktyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələri tərəfindən saat 16:00 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən "Smerç" raketindən[2] atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı, 1961 ci il təvəllüdlü Əliyeva Almaz Salah qızı şəhid olub 13 nəfər[3] isə xəsarət alıb.[4]

Mədəniyyət redaktə

Kənddə tam orta məktəb, klub vardır.

Əhalisi redaktə

Tanınmışları redaktə

Abidələri redaktə

  • 20 Yanvar abidəsi *Qarabağ müharibəsi Şəhidlərinin abidəsi

İstinadlar redaktə

  1. 1 2 3 Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015
  2. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  3. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  4. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.

Mənbə redaktə

  • Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015

Həmçinin bax redaktə


Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024