Qartal Haqqinda Melumat - Vikipedia

Qartal Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.

Qartal
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Qartal
Beynəlxalq elmi adı

Ümumi redaktə

Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar.

Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.

Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında, qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə qartalın qanadlarını aşağıya doğru çəkən əzələlərin sayı qanadları yuxarı çəkən əzələlərin sayından çoxdur. Bu əzələlər adətən quşun bədən çəkisinin yarısına bərabər olur. Qartallar qanadlarının vəziyyətini dəyişdirərək daha sürətli və ya daha yavaş uça bilirlər. Sürətlə uçmaq istədikdə qanadlarının ön kənarlarını küləyə doğru çevirir və beləliklə "havanı kəsirlər". Sürətlərini yavaşlatmaq istədikdə isə qanadlarının enli hissəsini küləyə doğru çevirirlər.

Bütün qartalların gözlərində "niktitant pərdə" deyilən artıq göz qapağı var. Bu qapağın funksiyası gözləri təmizləmək və qorumaqdır. Qartallar balalarını yedirərkən göz qapaqlarını adətən yumurlar. Bu balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçün alınan tədbirdir.

Qartal yerə enərkən quyruğunu havaya qaldırır və bədəninə görə bir bucaq altında quyruğunu aşağı çəkərək sürətini azaldır. Qanadlarının uclarını alçaldaraq onlardan əyləc kimi istifadə edir. Ancaq sürətini itirərkən qanadların üstündə əmələ gələn hava axını qartalın yıxılma təhlükəsinin artmasına səbəb olur. Qartal qanadlarının ucundakı üç-dörd çəngə tükü qaldıraraq bu təhlükənin qarşısını alır. Bunlar qanadın səthindən havanın düz xətt halında keçməsinə və quşun rahatlıqla yerə enməsinə kömək edir.

Qartallar həm havada uçacaq qədər yüngül, həm də ovu asanlıqla daşıyacaq qədər güclü olmalıdırlar. Qartalların sümüklərinin içi boş olduğu üçün yüngüldür. Ağ qartalın skeletinin ağırlığı təqribən 272 qramdır. Bir sözlə, bu canlılar uçmaq üçün ideal ağırlığa sahibdir.

Qartal uçarkən əsas gücü qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə də qanadları aşağıya itələyən əzələlərin sayı yuxarıya doğru itələyən əzələlərin sayından çoxdur.

Qartal üçün uçuş əzələləri çox mühümdür. Bu əzələlər quşun bədən ağırlığının yarısı qədərdir. Qartallar qanadlarının istiqamətini dəyişərək daha sürətli və ya daha yavaş uça bilirlər.

Qartalların gözlərində "niktitant pərdə" adlandırılan üçüncü göz qapağı var. Bu qapağın vəzifəsi gözləri təmizləyib qorumaqdır. Balalarını yemləyərkən göz qapaqlarını bağlı tuturlar. Bu, balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçündür. Qartallar həm qüsursuz uçuş bacarığına, həm də yerə enmək üçün xüsusi lələklərə sahibdir. Qartal yerə enərkən quyruğunu müəyyən bucaq altında aşağı əyməklə sürətini azaldır. Həmçinin qanadlarından əyləc kimi də istifadə edir, lakin sürəti azalarkən qanadların üstündə yaranan hava axını qartalın yerə düşmək təhlükəsinin artırır. Canlı qanadlarının ucunda olan üç-dörd lələyi qaldıraraq bu təhlükənin qarşısını alır.

Azərbaycanda qartal redaktə

Azərbaycanda qartal cinsinə aid təxminən 10 növün yaşadığı təxmin olunur: kiçik xallı qartal (Aquila pomarina); böyük xallı qartal (Aquila clanga); çöl qartalı (Aquila nipalensis); məzar qartalı (Aquila heliaca); berkut (Aquila chrysaetos); qırğı qartal (Aquila fasciata); ağquyruq dəniz qartalı (Haliaeetus albicilla).

Növləri redaktə

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023