Qasım Rzayev Haqqinda Melumat - Vikipedia

Qasım Rzayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qasım Qara oğlu Rzayev (5 may 1970, Əlibəyli, Tovuz rayonu14 may 1992, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Qasım Rzayev
Qasım Qara oğlu Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Həyatı redaktə

5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır,

Döyüşlərdə iştirakı redaktə

Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhrəmanlığı hamını heyrətləndirmişdi. 1992-ci il 11 fevral "Qan çanağı" deyilən ərazidən hücuma keçən erməni yaraqlıları bir dəstə döyüşçü ilə rastlaşdılar. Bu Qasımın başçılıq etdiyi dəstə idi, onlar işğalçıları məhv etməklə yanaşı, ermənilərə məxsus bir PDM-ni də, alova bürüdülər. 14 may 1992-ci il erməni işğalçı dəstələri ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücum etmişdilər. Qasım qurğunu işə salaraq bir-birinin ardınca 20 raket atdı.

Bir müddət sonra ətrafa sakitlik çökdü. Erməni quldurları qəfil top atəşinə başladılar, mərmilərdən biri onun maşınının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında Vətənimiz uğrunda, torpaq uğrunda qəhrəmancasına həlak oldu.

Ailəsi redaktə

Evli idi.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Tovuz rayonunun Əlibəyli kənd qəbristanlğında dəfn edilib.

Xatirəsi redaktə

Hacallı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.

Rejissor Etibar Məmmədov Qasım Rzayev haqqında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təqdimatı ilə "Qasımın andı" adlı sənədli film çəkmişdir.[1]

2019-cu ildə Tovuzda yaşadığı evin qarşısında barelyefi açılıb.[2]

İstinadlar redaktə

  1. İsmayıloğlu, A. "Qasımın andı": Milli qəhrəman Qasım Rzayevə həsr olunmuş film təqdim edildi: [Rejissoru Etibar Məmmədovdur] //Ekspress.- 2010.- 11 iyun.- S. 14.
  2. Kəpəz TV. "Tovuzda Milli Qəhrəmanın barelyefinin açılışı olub" (az.). Youtube.com. 16.05.2019. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-17.

Ədəbiyyat redaktə


Saytda 193 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024