Qaz işığı (film, 1944) Haqqinda Melumat - Vikipedia

Qaz işığı (film, 1944) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qaz işığı (film, 1944)

"Qaz işığı" (ing. Gaslight) — rejissor Corc Kyukorun filmi.

Qaz işığı
ing. Gaslight
Janr Triller
Əsas mövzu Ailə daxili şiddət[1]
Rejissor Corc Kyukor
Əsərin müəllifi Petrik Hemilton
Baş rollarda Şarl Buaye
İnqrid Berqman
Cozef Kotten
Operator Cozef Ruttenberq
Bəstəkar Bronislav Kaper
Quruluşçu rəssam Cedric Gibbons[d]
İstehsalçı Metro-Goldwyn-Mayer
Distribütor Metro-Goldwyn-Mayer, Netflix, iTunes[d]
İlk baxış tarixi 4 may 1944[2], 30 oktyabr 1944[2], 16 iyun 1944[3]
Filmin növü Bədii film
Müddət 114 dəqiqə
Büdcə 2 milyon $
Gəlir 4.613.000 $, 2.263.000 $
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 1944
Rəng ağ-qara
IMDb ID0036855
Mükafatları Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Golden Globe Award for Best Actress – Motion Picture Drama
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun redaktə

Neçə il bundan əvvəl boğularaq öldürülmüş məşhur opera müğənnisinin evinə həmin qadının yeganə varisi öz əri ilə yaşamağa gəlir. Gözəl və hər bir şeyə qarşı həssas olan varis Pola Olkvist öz fortepiano müəlliminə ərə getmişdir. Həmin evə gələn Pola uşaqlıq illərini xatırlayır. O zaman xalası öldürülərkən nə qətlin, nə də itmiş daş-qaşın kim tərəfindən oğurlanmasının üstü açılmamışdı.

Evin qaranlıq və cansıxıcı mühiti getdikcə Polanı sıxmağa, ona əzab verməyə başlayır. O, demək olar ki, evdən bayıra çıxmır. Nədənsə ona elə gəlir ki, hər axşam evin qaz işığı azalmağa başlayır və bundan sonra onun başı üzərindəki boş çardaqdan naməlum addım səsləri gəlməyə başlayır. Pola dəli olduğunu, ağlının çaşdığını hiss edir.

Öldürülmüş müğənninin pərəstişkarı olan inspektor Brayen Polanı görəndə onun həmin müğənniyə olan zahiri oxşarlığına təəccüblənir. Brayen həmin evi güdməyə başlayır. Polanın heç də dəli olmadığını başa düşür. Onu bu mənasız xülyadan ayırır. Tədricən Brayen qətlin açılmasına nail olur.

Film haqqında redaktə

  • Film ingilis dramaturqu Petrik Hemilton tərəfindən 1938-ci ildə yazılmış "Mələklər küçəsi" pyesi əsasında çəkilmişdir.
  • Film aktrisa Ancela Lensberinin kinoda ilk işidir.

Filmin heyəti redaktə

Film üzərində işləyənlər redaktə

Əsərin müəllifi : Petrik Hemilton
Rejissor : Corc Kyukor
Operator : Cozef Ruttenberq
Bəstəkar : Bronislav Kaper

Rollarda redaktə

Aktyor Rol
Şarl Buaye Qreqori Anton
İnqrid Berqman Pola Olkvist
Cozef Kotten Brayan Kameron
Mey Uitti Tueyts
Ancela Lensberi Nensi Oliver
Barbara Everest Elizabet Tompkins
Emil Remyu maestro Quardi
Terri Mur 14 yaşlı Pola

Xarici keçid redaktə

Video redaktə

İzlə redaktə

YouTube

Azərbaycan dilində

  1. https://web.archive.org/web/20200728203105/https://www.bfi.org.uk/news-opinion/news-bfi/lists/10-great-films-set-victorian-london.
  2. 2,0 2,1 IMDb (ing.). 1990.
  3. IMDb (ing.). 1990.

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023