Qazaxıstanda ətraf mühit Haqqinda Melumat - Vikipedia

Qazaxıstanda ətraf mühit Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qazaxıstanda ətraf mühit

Qazaxıstanda ətraf mühit - ölkə ciddi ekoloji ploblemlərlə mücadilə etmək məcburiyyətindədir. Bu problemlərə SSRİ dönəmində onun ərazisinin aton sınağı mərkəzindən biri olması, sahəsinə görə dünyanın ən böyük göllərindən biri olan Aral dənizinin quruması (Qazaxıstanla Özbəkistan sərhədi arasında)[1] və keçmiş əkin sahələrinin səhralaşmaya məruz qalmasıdır. Bu qlobal ekoloji problemləri çoxu hələ sovetlər dönəmində meydana gəlmişdir. Bu məsələlərin araşdırılması ilə Mərkəzi Asiya regional ekoloji mərkəzi məşqul olur. Onlar həm də ekoloji problemlərin həllində koordinasiya mərkəsi rolunu oynayır.

Problemlər redaktə

Radiaktiv çirklənmə redaktə

Qazaxıstan çöl zonasında yerləşdiyindən SSRİ dönəmində burada çoxlu sayda yeraltı nüvə sınaqları keçirilmişdir. Bu da öz növbəsində bəzi ərazilərin radiasiya səbəbindən istifadəsiz bir bölgəyə çevrilməsinə səbəb olmuşdur. Semipalatin ətrafı yaşayış məntəqələrində və Çinlə sərhədə yaxın ərazilərdə insanlar arasında ankoloji xəstəliklər artmışdır.

Aral dənizi redaktə

Ölkənin digər bir problemi isə Aral dənizinin qurumasıdır. Amudərya və Sırdərya çayları suyu kütləvi şəkildə kənd təsərrüfatına cəlb edildiyindən Aral gölü quruyur. Gölün səviyyəsinin kəskin şəkildə azalması Qazaxıstanda bir çox ekoloji problemlər törətmişdir: toz fırtınalrı, külək erroziyasınn artması. Nəticədə bölgənin kənd təssərüfatı demək olar ki, tamamən məhv olmuşdur. 2007-ci ildə gölün ancaq 10% ərazisi qalmışdır[1].

Xəzər dənizi redaktə

Xəzər dənizinin Qazaxıstana aid məhəlli sularında neft və qaz sızmaları səbəbindən gələcəkdə böyük ekoloji fəlakətlərin yaşanması qaçılmazdır.

Problemlərin həlli redaktə

Qazaxıstanın Təbiəti Mühafizə Nazirliyinin ciddi tədbirləri sayəsində Aral gölünün qurumasını önləmək üçün tədbirlər görülür. Xəzər dənizində isə neft hasilatı ciddi nəzarətə alınmışdır. Şimali Aralın bərpası və Sırdərya çayında su rejiminin bərpası üçün 2001-ci ildə Qazaxıstan Dünya Bankına kreditlə bağlı müraciət edir. Əldə olunan pulla (65 milyon dollar) Şimali Aralın suyunu digər ərazilərə axmasını əngəlləyən bəndin tikintisinə başlanılır. 2011 - 2015-ci illər ərzində gerşəkləşən ASBP 1, ASBP 2 и ASBP 3 layihələri gerçəkləşdirilir.

İstinadlar redaktə

  1. 1 2 "Revival of the Aral Sea: Kazakh and World Efforts to Restore the Island Sea". www.edgekz.com/. 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024