Qazax-Qarabağ fiziki-coğrafi rayonu Haqqinda Melumat - Vikipedia

Qazax-Qarabağ fiziki-coğrafi rayonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qazax-Qarabağ fiziki-coğrafi rayonu

Qazax-Qarabağ fiziki-coğrafi rayonu - Ön Kiçik Qafqaz akkumulyativ maili düzənlikləri əhatə edən bu rayonun ərazisi Kür çayı və cənub — şərqdə 0 m-lik horizontal ilə Kiçik Qafqazın şimal – şərq və şərq ətəkləri arasında yerləşir. Dördüncü dövrün allüvial — prolüvial və qismən delüvial çöküntülərdən təşkil olunmuş bu maili düzənliklərin mütləq yüksəkliyi 0 m-lə 500–600 m arasında dəyişir. Maili düzənlik çayların gətirdiyi qum və çaydaşlarından ibarət olduğundan burada səth sularının hopması intensiv gedir ki, bu da arid iqlim fonunda səth axımının zəif olmasına şərait yaradır. Lakin maili düzənliklər yeraltı şirin sularla zəngindir. Çox yerdə yeraltı sular subartezian quyular vasitəsilə yer səthinə çıxarılaraq kənd təsərrüfat bitkilərinin (pambıq, taxıl) suvarılmasında istifadə olunur. Ərazinin hakim landşaftı akkumulyativ düzənliklərin quru çölləridir. Gəncə meredianından şərqdə düzənliklərin alçaq hissəsində yarımsəhra landşaftı formalaşmışdır. Qazax, Tovuz, Şəmkir rayonlarında heyvandarlıq, əkinçilik, üzümçülük, Goranboy, Bərdə, Tərtər, Ağdam rayonları ərazisində pambıqçılıq, taxılçılıq, heyvandarlıq, üzümçülük inkişaf etmişdir.[1]

Xarici keçid redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm-1996, I cild



Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024