Qazaxbəyli təpələri Haqqinda Melumat - Vikipedia

Qazaxbəyli təpələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qazaxbəyli təpələri

Qazaxbəyli təpələriQazax rayonunun Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250–300 m aralıda yerləşən təbii təpələr. Qazaxbəyli təpələrində 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8–6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir.

Qazaxbəyli təpələrində aparılan arxeoloji qazıntılar zamanı, əldə olunan nümunələr.

Təpələrin birində yerləşən böyük qəbiristanlıqda qəbirlər dördkünc şəkildə qazılmışdır. Ölülər, başları müxtəlif istiqamətlərə olmaqla, sağ və ya sol böyrü üstə dəfn edilmişdir. Skeletlərin bəzilərinin altından iri diametrli gil xeyrələr (qablar) tapılmışdır. Qəbirlərdən qara və boz rəngli gil qablar, kəsmə xətlərlə bəzədilmiş və cilalanmış gil bardaqlar, çölməklər, qablar, camlar, parçlar, tunc balta, tunc kəmər, nizə ucluğu, dəmir dəstəli tunc qılınc, dəmir xəncərlər və s. aşkar edilmişdir. İkinci təpədə əldə edilən yerüstü arxeoloji materiallar qəbiristandakı tapıntılarla bənzərlik təşgil edir.[1]

İstinadlar redaktə

  1. "Qazaxbəyli təpələri". 2012-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-04.

Saytda 217 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024