Qazi xan Təkəli Haqqinda Melumat - Vikipedia

Qazi xan Təkəli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qazi xan Təkəli

Qazi xan Təkəli (v. 1545, Şirvan) — Səfəvi şahzadələrindən birinin lələsi, qızılbaş hərbi və dövlət xadimi.

Qazi xan Təkəli
Qazi xan Həsən Təkəli oğlu
bayraq
Xan
bayraq2
Şəxsi məlumatlar
Vəfat tarixi 1545
Vəfat yeri

Həyatı redaktə

Qazi xan qızılbaş tayfalarından biri olan Təkəli tayfasına mənsub olan Çirkin Həsənin oğludur. Çirkin Həsən 1520-ci ildə o dövrün güclü Səfəvi sərkərdələrindən biri olan Div Sultan Rumlu tərəfindən Gürcüstana edilən yürüş zamanı ona tabe hərbi birlik daxilində nizam-intizamı təmin edə bilmədiyi üçün edam edilmişdi. O, əslində şahın şəxsi işçilərindən biri, bəlkə də onun mühafizəçisi idi.

Xorasan valiliyi redaktə

1530-cu ildə Bəhram Mirzə Herata göndərilərək Xorasan valisi təyin edildikdən sonra Qazi xan onun lələsi təyin edildi. Bu zaman Übeydulla xan Xorasan üzərinə yeni yürüş təşkil etdi. Herat özbəklər tərəfindən ağır bir hücuma məruz qaldı və mühasirəyə alındı. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar. Şəhərin mühasirəsi il yarım davam etdi. Qalada ərzaq ehtiyatları tükəndi. Qazi xan şəhər sakinlərini qaladan çıxardı ki, onların hesabına qoşun davam gətirsin. "Təkəli tayfası bu qarışıqlıqlar zamanı yoxsul rəiyyəti sıxışdırdı və onlara zülm etdi". Şəhərdən çıxarılan hər ailədən üç yüz Təbriz dinarı alırdılar. Şəhəri tərk edən sakinlərin evləri qızılbaşlar tərəfindən qarət edilirdi. Heratda elə dəhşətli aclıq baş verdi ki, mühasirəyə alınanlar "pişiklərin və itlərin ətini" yeməyə başladılar. Bir il yarım davam edən mühasirə nəhayət Şah Təhmasibin 1533-cü ilin qışında öz ordusu ilə gəlməsi ilə sonlandırıldı. Bu zaman Qazi xan şahdan buradakı ordunun dəyişdirilməsini xahiş etmiş və Xorasana Sam Mirzə vali təyin edilmişdir. Bir digər qaynağa görə isə, bu dəyişdirilmənin səbəbi başqa şey olmuşdur. Xorasan ərazisində ardı-arası kəsilməyən müharibələr nəticəsində yerli əhali tamamilə dilənçi vəziyyətinə düşdü. Xalq həm özbək qoşunlarının əsarətindən, həm də qızılbaş əyalət hakimlərinin zülm və özbaşınalığından eyni dərəcədə əziyyət çəkirdi. Məsələn, salnaməçinin yazdığına görə, Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı "məzlumların əmlakını qarət etdiklərinə", xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xanı və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Həmçinin xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylanmışdır. Bu zaman mərkəzdə qızılbaş tayfaları arasında ağır mübarizə getməkdə idi. Bu mübarizə nəticəsində 1531-ci ildə mərkəzdəki Təkəli tayfası mənsublarına qarşı qırğınlar həyata keçirildi. Qazi xan bu zaman Xorasanda olduğu üçün bu məsələlərə qarışmamışdı. Qazi xan Şah Təhmasib Sultan Süleymanla döyüşmək üçün ordu ilə birlikdə qərbə yönəldiyində onunla birlikdə idi. Süleyman tərəfdə isə Təkəli tayfasına mənsub olan, lakin şaha xəyanət edərək sultana sığınıb onu Səfəvilər üzərinə yürüşə təhrik edən Üləma bəy Təkəli var idi. Bu yürüş əsnasında Qazi xan da Təhmasibə xəyant etdi. O, təkcə Osmanlı ordusuna qatılmadı, eyni zamanda əvvəlcə Təbrizə gələrək şah ordusunun yaxınlaşdığını osmanlılara xəbər verdi, onlar qaçaraq hündür qüllələri və divarları olan, hər tərəfdən dərin xəndəklərlə əhatə olunmuş Van qalasında gizləndilər. Qızılbaş qoşunları qalanı mühasirəyə aldılar. Mühasirə qış qurtaranadək uzandı.[1] Həmçinin o, sultana Xorasandakı Səfəvi valisi və şahzadəsi Sam Mirzənin üsyan qaldırdığı məlumatını da verdi. Bu xəbəri eşidən Sultan Süleyman çox şad oldu və Sam Mirzəni Səfəvi şahı, eyni zamanda da özünün oğulluğu kimi tanımaqdan məmnun olacağını bildirdi, lakin bir qədər sonra Sultan Süleymandan narazı qalan Qazi xan yenidən tərəf dəyişdirərək Şah Təhmasibə sığındı[a]. O, sultana da xəyanət edərək, 6 minlik köçəri təkəli tayfası ilə Sürlük yaylağında şahın yanına gəldi. Şirvan vilayətinin bir hissəsi – Salyan, MahmudabadBakı mahalları tiyul kimi ona bağışlandı və şahın qardaşı Şirvan bəylərbəyi Əlqas Mirzənin lələsi təyin edildi., lakin müstəqillik ənənələrinə sadiq qalan Şirvan əhalisi uzun müddət Şirvanşahlar dövlətinin məhv olması fikri ilə razılaşmayaraq bir sıra yerlərdə qızılbaşlara müqavimət göstərirdi. Qazi xan Təkəli inadlı və şiddətli mübarizədən sonra 1540-cı ildə Bakı qalasını tutaraq, əhalidən xeyli adam qırdı.[2][3][4][5]<ref>

1545-ci ildə Əlqas Mirzə Şah Təhmasibdən Qazi xanı edam etmək əmri aldı. Edama səbəb kimi isə, onun davamlı xəyanət içində olduğu göstərilirdi.<ref>Membre, 1999. səh. 70<ref>

Qeydlər redaktə

  1. Çox gümanki bunda sultanın ona istədiyi şeyləri təmin edə bilməməsi və ya etməməsi mühüm rol oynamışdır.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Həsən bəy Rumlu, 2017. səh. 315
  2. Həsən bəy Rumlu, 2017. səh. 295, 300
  3. Джeнкинcoн, 1938. səh. 204-205
  4. Abrahams, 1999. səh. 228
  5. Membre, 1999. səh. 69

Mənbə redaktə

  • Həsən bəy Rumlu. Ehsenüt Tevarix (Tarixlerin ən yaxşısı). Kastamonu. 2017. 662 səh. ISBN 978-605-638-641-5.
  • Simin Abrahams. A historiographical study and annotated translation of volume 2 of the Afzal al-Tavarikh by Fazli Khuzani al-Isfahani. 1999.
  • Michele Membré. Mission to the Lord Sophy of Persia, (1539—1542). Kastamonu. 1999. 662 səh.

Ən Son Axtarılanlar

Dostlarınla Paylaş

Saytda 207 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024