Qeysər Kaşıyeva Haqqinda Melumat - Vikipedia

Qeysər Kaşıyeva Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qeysər Kaşıyeva

Azərbaycan rəssamı

Qeysər Seyfulla qızı Kaşıyeva (7 iyun 1893, Tiflis17 aprel 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan rəssamı. O, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın hesab edilir.[1][2]

Qeysər Kaşıyeva
Qeysər Seyfulla qızı Kaşıyeva
Doğum tarixi 7 iyun 1893(1893-06-07)
Doğum yeri
Vəfat tarixi 17 aprel 1972(1972-04-17) (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi malyariya
Fəaliyyəti rəssam
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qeysər Kaşıyeva və həyat yoldaşı Şirin bəy Kəsəmənli

Həyatı redaktə

Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907–1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəmişdir, lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olmuşdur.[3] O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olmuşdu. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət yüngül süvari alayında qulluq etmişdi. Daha sonra cütlük ailə həyatı qurmuş və bu evlilikdən onların qız övladı dünyaya gəlmişdir.[4]

Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasından sonra Qeysər xanım 1918-ci ildən Tiflisdən Bakıya köçmüşdür. Sovet hakimiyyəti illərində o, Bakıda rəsm dərsləri verir, Şərq Qadəmə jurnalı üçün illüstrasiyalar çəkirdi. 1930-cu ildə Qeysər xanım ikinci dəfə, Zülfüqar Seyidbəyli ilə ailə həyatı qurmuşdur, lakin onun bu evliliyi də uzun sürməmiş, Zülfüqar bəy siyasi səbəblərə görə 1938-ci ildə həbs edilmişdir. Çox keçmədən onlar sürgün edildilər.[5]

Qeysər xanım 1950-ci ildə yenidən Azərbaycana qayıtmış və 1972-ci ildə aprelin 17-də Bakı şəhərində vəfat etmişdir.[4]

Yaradıcılığı redaktə

Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib etmişdir. 1907–1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir ("İ. Qonçarovun portreti", 1909, "Azərbaycan ziyalısı", 1912, "Göl sahili", 1914, "Küpəgirən qarı", 1915). Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, "Şərq qadını" jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.[4]

Təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, professioanal rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. Q. Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907–1908) yiyələnmişdir. O dövrün tanınmış rəssamları sayılan R. Zommer və O. Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir.[2] Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında "Ziyalı qadın", "Qoca keşıkçi", "Gürcü qızı", "Ovçu", "Yanğınsöndürən", "Qoqolun portreti", "Azərbaycan ziyalısı", "Küpagirən qarı", "İ. Qonçarovun portreti", "Azərbaycan ziyalısı", "Göl sahili" və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, "Şərq qadını" jurnalına (1923–1938-ci illərdə Bakıdaçap olunmuşdur) illyustrasiyalar da çəkmişdir.[4][2]

Otuzuncu illərdə ərinin "xalq düşməni" güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur. Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.[4][2]

İstinadlar redaktə

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002.
  2. 2,0 2,1 2,2 2,3 Qeysər Kaşıyeva — 120 Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine // Официальный сайт Музея истории Азербайджана.
  3. Fərəcov S. Zərif əllərin rənglər kəhkəşanı // Mədəniyyət. — 2015. — 1 aprel. — 15. 2018-03-15 tarixində arxivləşdirilib.
  4. 4,0 4,1 4,2 4,3 4,4 "Azərbaycanın ilk qadın rəssamı – Qeysər xanım Kaşıyeva". 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.
  5. "Repressiyaya məruz qalan qadın rəssamımız Qeysər Kaşıyevanın həyat hekayəti". 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-19.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023