Qiyas Məcidov Haqqinda Melumat - Vikipedia

Qiyas Məcidov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qiyas Məcidov (22 mart 1911, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası1974, Mahaçqala) — Ləzgi yazıçı və dramaturqu. Dağıstan Muxtar Sovet Sosialist Respublikası Xalq yazıçısı. 1957-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü.[1].

Qiyas Məcidov
Doğum tarixi 22 mart 1911(1911-03-22)
Doğum yeri
Vəfat tarixi 1974
Vəfat yeri
Fəaliyyəti şair, dramaturq, tərcüməçi, nasir
Fəaliyyət illəri 1954-cü ildən
Əsərlərinin dili Ləzgi dili, rus dili
Mükafatları "Şərəf nişanı" ordeni

Bioqrafiya redaktə

Qiyas Məcidov 22 mart 1911-ci ildə Axtı (indiki Dağıstanın Axtın rayonu) kəndində əməkçi miqrant ailəsində anadan olmuşdur. Kənd məktəbində təhsil almış, 1927-ci ildə komsomola daxil olmuşdur. 1929-cu ildə doqquzuncu sinfi bitirİR, sonra altı aylıq kurs keçir və ibtidai sinif müəllimi ixtisasına yiyələnir . Azərbaycan SSR Şirvan bölgəsinə işləməyə göndərilir. Sonra bir ildən çox müəllim işlədiyi Dağıstanın Gürah kəndinə gedir.

1929–1931-ci illərdə Qiyas Məcidov Mahaçqala Sənaye Texnikumunda təhsil alır. Məzun olduqdan sonra rus və ana dilləri haqqında biliklərini artırmaq üçün tərcüməçi Əlibey Fətahovun tələbəsi olaraq Daqkniqoizdatda işə düzəlir. Sonrakı illərdə Daqradioda diktor, Ləzgi proqramlarının redaktoru, daha sonra isə yarı zamanlı olaraq hərbi prokurorluğun əməkdaşı olur.

1939–1941-ci illərdə Ədəbiyyat İnstitutunda qiyabi təhsil alır. Müharibə başlayanda təhsilini yarımçıq saxlayır. 1942-ci ildə Qiyas Məcidov altı aylıq prokurorluq kursuna oxumağa göndərilir, sonra Qasımkənddə prokuror köməkçisi, sonra Qürah, Xiv və Axtı rayonlarında prokuror olaraq çalışır. 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olur.

1954-cü ildə sağlamlıq səbəbiylə şair təqaüdə çıxır və özünü tamamilə yazmağa həsr edir[2].

Yaradıcılığı redaktə

Məcidov 1929-cu ildə ilk əsərlərini yazmağa başlayır, ancaq ona şöhrət yalnız iyirmi il sonra, "Dağlarda", "Qardaşlar", "Dağlar hərəkət edir" hekayələr toplusu və "Aşıq Səid" dramı gətirir. Mecidovun ən böyük əsərləri, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Dağıstanda işləyən bir rus həkimi haqqında olan "Dağlarda Sol Ürək" və Böyük Vətən müharibəsində prokurororun həyatından əks etdirən "Prokuror Əli Şahovun taleyi" romanı olur.

Əsərlərində dağlıların həyatını düzgün çatdırmaq üçün ləzgi kəndlərinə çox səyahət etmişdir[3].

Ailəsi redaktə

Qızı — Siyarə Mecidova (1943), ilk ləzgi əsilli peşəkar rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü, Kabarda-Balkariyanın xalq rəssamı[4].

İstinadlar redaktə

  1. "Национальная библиотека Республики Дагестан — страница 4". 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  2. "Автобиография Кияса Меджидова". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  3. "К 100-летию со дня рождения Кияса Меджидова". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  4. "Меджидова Сияра Киясовна". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-17.

Xarici keçidlər redaktə


Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024