Qiymətli daşlar Haqqinda Melumat - Vikipedia

Qiymətli daşlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qiymətli daşlar

Qiymətli daşlartəbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik minerallar.

Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözə görünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Qədim Roma yazıçı və alimi Böyük Pliniy (bizim eranın 23–79-cu illər) özünün " Təbiətin tarixi" əsərində əqiq haqqında yazırdı ki, bəzən aqatda Apollon və doqquz muzanı görmək mümkündür, həm də onları "süni yolla ayırmaqla yox, təbiət elə rəng vermişdir ki, hər muzanın öz xüsusiyyətlərini təbii olaraq ayrılıqda görmək olar".

Orta Asiya alimi Biruni (973 −1050-ci illər) yazırdı: " Əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq, və o kor olacaqdır. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir…".

Daşlar haqqında qədim kitablarda –"lapidariya"larda insanların ilkin məlumatları çox primitiv olmuş, inanca əsaslanmışdır. Bütün bunlara baxmayaraq, elə orada bəzi elmi fikirlərin cücərtilərini görmək olar. Misal üçün, almazı dayanıqlığın və cəsarətin, qorxmazlığın, bədbəxtliyə üstün gəlməyin simvolu kimi görürdülər. İndi bir çox insanlara məlumdur ki, almaz ən bərk metalları belə aşılaya bilir. Kvarsın əvvəllər gizli və sehrli enerjiyə malik olmasına inanırdılar. İndi biz bilirik ki, kvarsa mexaniki güc tətbiq etdikdə, onda elektrik gərginliyi yaranır ki, kvarsın bu xüsusiyyətinə görə elektrotexnikada istifadə edilir. Eləcə də kəhrəba qoruyucuları, rubinli lazeri xatırlatmaq olar.

Qədim ölkə və xalqlarda qiymətli daşların rənglərinə üstünlük verilirdi. Məsələn, Hindistanda qırmızı rəngli qiymətli daşlara üstünlük verilirdisə, qədim Misirdə yaşıl və mavi rəngli daşlara daha çox üstünlük verilirdi.

Minerallar redaktə

Minerallar
Adı Təsviri Adı Təsviri Adı Təsviri Adı Təsviri Adı Təsviri
Almaz
 
Yaqut
 
Zümrüd
 
Firuzə
 
Əqiq
 
Qranat
 
Ametist
 
Akvamarin
 
Xrizolit
 
Sapfir
 
Opal
 
Topaz
 
Xrizoberill
 
Aleksandrit
 
Turmalin
 

Mənbə redaktə

Həmçinin bax redaktə


Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023