Qliptika Haqqinda Melumat - Vikipedia

Qliptika Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qliptika (q.yun. γλύφω — oymaq, yonmaq)— Qiymətli və yarımqiymətli daşlarda oyma işi. Bu incəsənətin ən qədim növlərindədndir. Onun tarixi heykəltaraşlıqdanrəssamlıqdan da qədimdir.

Sasanilər İmperiyasının möhürü. Qliptika nümunəsi. Luvr müzeyi

Ümumi məlumat redaktə

 
Oktavian Avqusta məxsus kameya

Əlvan daşların emalı texnikası ilk vaxtlar çox sadə olub: hərəkətsiz, ləng şəkildə tərpənən daş başlığa xırda kvars qumu səpir və səthini sürtməklə daşa lazımlı forma verirdilər. Sonra hazır məmulatı süngər daşından alınan "fivs qumunun" köməyilə hamarlayırdılar. Ancaq bundan sonra onun üzərində daha bərk materiallarla, çox güman ki, almazla rəsmlər, yazılar cızılırdı. İlk zamanlar qliptika sənətində daha çox kvars qrupu olan oniks, karneol, əqiq, ametist və başqa daşlardan istifadə edirdilər. Sonralar bu siyahıya daha möhkəm, sərt daşlar — beril, zümrüd, topaz, qiasinit və nisbətən yumşaq nefrit, lazurit, firuzə kimi daşlar daxil olundu. Qliptika sənətinin ən diqqət çəkən formalarından biri qemm idi. Xarici görünüşünə görə qemmlər iki yerə ayrılır:

İntaliyalar möhürü əvəz edirdi və bunun üzük qaşına yerləşdirilməsi ənənə halına almışdı. Qədimlərdə möhür — intaliyalar fərmanlara, vəsiyyətnamələrə, qiymətli kağızlara və bütün rəsmi sənədlərə vurulurdu. Gerbin icad olunmadığı vaxtlar onun üzərində sahibkarın devizi və ya emblemi əks olunurdu. Kameyalar isə, bir qayda olaraq, əlvan laylı daşlardan hazırlanırdı. Burada sənətkarın düzgün rəng seçməsi əsas amil kimi qiymətləndirilirdi. Adətən tamamilə ağ qatda yonulmuş fiqur rəngli fonla kölgələndirilir və fiqur hətta rənglənmiş saçlara və geyimə də malik ola bilirdi. İntaliya və kameyalar möhürlə yanaşı, həmail də ola bilirdi.[1]

Qədim dövr redaktə

Artıq bizim eradan əvvəl IV yüzillikdə Mesopotamiyada rəngli daşlar emal edilirdi. Qədim dəfinələrin qazıntısı zamanı hamarlaşdırılmış vəziyyətdə olan bir çox qliptika nümunələri tapılıb. Qazıntılarda silindirvari möhürlər və müxtəlif rəsmlərlə, nişanlarla bəzədilmiş hematitdən hazırlanmış həmail aşkar olunub. Bizim eradan əvvəl II minillikdə daşoyma sənəti nəzərə çarpacaq dərəcədə inkişaf etdi. Məsələn, qədim Misirdə müqəddəs böcək, heyvan və ornament formasında olan mürəkkəb möhürlər hazırlanırdı.

Antik dövr redaktə

Antik dövrdə qliptika sənəti inkişaf edərək daha da təhkimləşdi. Antik dövrdə ilk dəfə gözəl qemm nümunəsinin aşkarlanması bu faktı bir daha təsdiq edir. Roma imperatoru Oktavian Avqust intaliyasının üzərində sfinksin rəsmi əks olunmuşdu. Xalq arasında deyirdilər ki, İmperatorun bəzi fərmanları aydın deyil və dolaşıqlığı ilə bu fərmanlar müəyyən mənada həmin o sfinksi xatırladır. Buna görə də Avqust məcburiyyət qarşısında qalıb yeni intaliya hazırlanması barədə göstəriş verdi. Bu dəfə onun intaliyasında Makedoniyalı İskəndərin profili əks olundu. Antik dövrlərdə dostlara və yaxınlara kəsilmiş daşlarla bəzədilmiş üzüklərin hədiyyə olunması ənənə halını almşdı. Kameyalar müəyyən hadisələrlə bağlı sifariş edilirdi. Yaşlı, yaxud hər hansı bir bədbəxtlik üz vermiş şəxsə qara daşlarla (oniks) bəzədilmiş və üzərində ölü allahı Prozerpinanın şəkli olan kameya verilərdi.

Çin və Hindistanda qliptika redaktə

Qliptika sənəti — kiçik formalar üzərində oyma işindən irimiqyaslı daşoyma sənətinə keçdi. Xüsusilə orta əsrlərdə Şərqdə — ÇinHindistanda daha geniş şəkildə inkişaf tapdı. Burda oymaların açılması üçün uyğun maddələr — nefrit, jadeit və aqalmatolit var idi. Çinlilər hətta nefritdən musiqi aləti — kin düzəltdilər.

Müasir dövrdə qliptika redaktə

Məşhur daş cilalayanların sənəti intibah dövründə də öz varislərini tapdı və qliptika yenidən inkişaf etməyə başladı. Onların yaratdığı ənənələr hazırkı ustalara gəlib çatdı. Avropada dağ bülluru çox geniş yayılmışdı. Ondan gözəl əşyalar düzəldilirdi. Məsələn, Vyananın bədii şurasında dünyada nadir nüsxə sayılan və digər alətlərdən özünün gözəl səslənməsi və tonu ilə seçilən fleyta saxlanılır. Bu fleyta dağ büllurundan hazırlanmışdır,

lakin XX yüzillikdə bu sənət o qədər də kütləvilik qazanmadı. Hazırda vaxtilə müxtəlif sənətkarların hazırladığı sənət əsərləri dünyanın məşhur bədii və mineroloji müzeylərdə saxlanılır. Bunlardan ən zəngin olanı Ermitajdır.

Şəkillər redaktə

Xarici keçidlər redaktə

Ədəbiyyat redaktə

  • "Geologiya" Bakı. Şərq-Qərb.2008. s. 608.

İstinadlar redaktə

  1. "Камеи, геммы, инталии. Древнее искусство ГЛИПТИКИ — резьба по камню". 2009-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.

Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024