Qoçəhmədli Haqqinda Melumat - Vikipedia

Qoçəhmədli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qoçəhmədli

Füzuli rayonunda kənd

QoçəhmədliAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Qoçəhmədli
39°32′06″ şm. e. 47°07′35″ ş. u.
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qoçəhmədli xəritədə
Qoçəhmədli
Qoçəhmədli
Qoçəhmədli xəritədə
Qoçəhmədli
Qoçəhmədli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Kəndin tarixi orta çağdan başlayır. Yaşlı adamların söyləmələrinə görə kənd əhli Osmanlı torpağından, Ərzurum yörəsindən qan davası səbəbilə köçüb Qarabağda məskunlaşıb. 1593-cü il Osmanlı qaynağına görə Gəncə-Qarabağ əyalətinin Dizaq nahiyəsinə bağlı Qoçəhmədli kəndi mövcuddur.

Kəndin ünlü kişilərindən olan Vəliməhəmməd ağa Dizaği II Şah Abbas Səfəvinin dəlləyi olub. II Şah Abbas Dizaq nahiyəsinin başçısı Allahyar bəyə fərman göndərmişdi ki, Usta Vəliməhmməd ağanın əkib-becərdiyi torpaqlardan, istifadə etdiyi arxlardan vergi alınmasın.

1687-ci ildə Vəliməhəmməd ağanın övladları Mirzəli ağa, Ələkbər ağa, Əhmədəli ağa və Şahverdi ağa Cavanşir elinin Köçərli oymağının Göyməhəmmədli tayfasından Baba Məhəmmədşərif oğlu ilə bir alqı-satqı sənədi imzalamışdılar. Bu sənədin müddəalarına görə Narqucaq (Nargücək də yazılır) mülkünü 2 tümən, 250 Təbriz dinarına alınıb.

1727-ci ilə bağlı Osmanlı qaynağında bildirilir ki, Dizaq nahiyəsinə bağlı Qoçəhmədli kəndində 12 nəfər vergi ödəyən adam var. Bu adamlar 12.000 ağça vergi ödəyirmişlər. Məşğuliyyətləri əkinçilik imiş. Buğda, arpa və pərinc əkirmişlər. Ipəkçiliklə də ilgilənirmişlər. (Bax: Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, 2000, "Şuşa" nəşriyyatı, səh.416.) XVIII yüzil Osmanlı dönəmində kəndin kovxası Əli ağa Şahverdi ağa oğlu olub. Bilgi üçün qeyd edək ki, Əli ağa Usta Vəliməhəmməd ağa Dizağinin nəvəsidir. Kənddə XVIII yüzilə bağlı məscid binası var. Xanlıq dönəmində Qoçəhmədli kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin ağalıq çağında kəndin koxaları, kədxudaları sıra ilə Vəliməhəmməd ağa Teymuraz bəy oğlu, İmamverdi bəy Dostməhəmməd ağa oğlu olmuşdu. Mehdiqulu xan Sarıcalı-Cavanşirin xanlıq dönəmində kəndə Məşədi Hacı bəy Vəliməhəmməd ağa oğlu və rus üsul-idarəsinin ilk dövrlərində qardaşı Kərim bəy başçılıq etmişdi. Mehdiqulu xanın özəl təliqəsi ilə Kərim bəy Vəliməhəmməd ağa oğlu xəzinəyə ödənilən bütün vergilərdən azad edilmişdi. Xanlıq dönəmində Qoçəhmədli kənd kovxalarının mühakimə etmək hüquqları vardı. Kəndlilərin mübahisələrini, az əhəmiyyətli cinayətlərini—oğurluq, qarət, qonşu davalarını yerindəcə həll edirdilər. Xırdara-Dizaq mahalının başkəndi öncə Pirəhmədli kəndi olmuşdu. Mahal naibi bu kənddə əyləşirdi. İbrahimxəlil xanın idarəsi dönəmində mahalın naibi Məlik Namazəli bəy Şamil bəy oğlu idi. Kovxa Vəliməhəmməd ağa Teymuraz bəy oğlu naiblə isti ilişkilər qurmuşdu. Gəliş-gedişləri vardı. Mehdiqulu xanın idarəsi dönəmində mahalın paytaxtı Saracıq kəndinə köçürüldü. Naib Məlik Həsən bəy Molla Səfi əfəndi oğlu təsdiq edildi. Qoçəhmədli kəndin kovxası Məşədi Hacı bəy Vəliməhəmməd ağa oğlu köhnə çağlardan dostluq etdiyi Məlik Həsənlə Qozluçay dərəsində bir dəyirman tikdirdi. 1797-ci ildə Ağaməhəmməd şah Qovanlı-Qacarın Qarabağda yandırdığı kəndlərin siyahısında Qoçəhmədlinin də adı var. Teymuraz bəy uşağına bağlı olan Narqucaq mülkü də şah tərəfindən oda verilib, yandırılmışdı. 1823-cü ilin bilgisinə görə kənddə 37 tüstü qərar tuturdu. Kəndə Məşədi Hacı bəy Vəliməhəmməd ağa oğlu koxalıq edirdi. 1842-ci ildə aparılan kameral siyahıya görə kənddə 42 tüstü yaşam sürürdü. Kəndin kovxası Kərim bəy Vəliməmməd ağa oğlu idi. 1849-cu il bilgisinə görə Qoçəhmədli kəndi 47 tüstüdən ibarət idi. 1854-cü ildə kəndin başçısı Məmmədəli yüzbaşı Əskər oğlu idi. 1863-cü il məlumatına görə Qoçəhmədli kəndi 62 tüstüdən təşkil olunmuşdu. Kəndin başçısı Məşədi Məmmədəli yüzbaşı Əskər oğlu idi. 1873-cü il bilgisinə görə Qoçəhmədli kəndi 80 tüstüdən ibarət idi. 1886-cı ildə aparılan kameral siyahıya görə Qoçəhmədli kəndində 85 tüstü güzəran keçirirdi.

17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası redaktə

Qoçəhmədli oyk. Füzuli r-nunun eyniadll i.ə.v.-da kənd. Qarabağ silsiləsinin ətayindədir. Kəndin adı qoç ("igid "cüssəli" mənasında) və Əhmədli etnonimindən ibarətdir. Toponim patrooykonimdir. Qoçəhmədli bu kənddə ilkin məskunlaşmış nəslin adıdır.[2]

Əhalisi redaktə

Qoçəhmədli kəndi XX yüzilin önlərində kommunist inqilabçıarı ilə tanınırdı. Fəhlə hərakatının üzvləri, inqilabçılardan Xanlar Səfərəliyev, Məmmədxan Məmmədxanov, Məmmədqulu Məmmədov bu kənddən olublar. XX yüzilin əvvəlində Qoçəhmədli şenliyindən bir neçə ailə köçüb Sərdərli kəndinin binasını qoydular. Sərdərli yurd yeri kimi orta çağlardan bəlli idi.

İqtisadiyyatı redaktə

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

Mənbə redaktə

İstinadlar redaktə

  1. "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023