Qoçuluq Haqqinda Melumat - Vikipedia

Qoçuluq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq.

Bakı qoçuları və hambal, XX əsrin əvvəli

Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir.[1]

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi." [2]

Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir.

Mart soyqırımı və Bakı qoçuları redaktə

1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda “Bakı və bakılılar” kitabında müəllif yazır ki: “19051918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər”.[3]

Türk ordusu Bakıya gələnədək şəhəri ermənilərin hücumundan qorumaq çətinləşibmiş. Həmin dövrdə ayrı-ayrı dəstələrə parçalanan Bakı qoçuları milyonçularla və ziyalılarla birləşərək xalqın köməyindən istifadə etməklə şəhəri ermənilərin hücumundan qoruyublar. Hadisələrin idarə olunduğu mərkəz isə “İsmailiyyə” nin binasında olub.[4]

Həmin dövrü tədqiq edən tarixçilərin yazdıqlarına görə, şəhəri əhatəyə alan Qafqaz müsəlman ordusuna ən dəqiq məlumatları məhz qoçular verirdilər. Professor Musa Qasımlı buna sübut kimi o vaxt şəhərdə olan ingilis generalı Denstervilin xatirələrinə istinad edərək deyir ki, şəhəri işğaldan azad edən topçular məhz qoçuların verdiyi məlumat əsasında dəqiqliklə atəş açırdı, memarlıq abidələrinə və yaşayış evlərinə heç bir zərər gəlmirdi.

Kürdəxanalı qoçu Məşədi Adil də 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdu. Qoçular Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşdülər. Təsadüfi deyil ki, ermənilər Bakıda genişmiqyaslı qətliam törətsələr qoçuların müqavimətinə rast gəldiklərinə görə kəndlərə girə bilməmişdilər.[5]

İstinadlar redaktə

  1. "Qürur duyulacaq tariximiz". 2015-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-09.
  2. "Məmməd Səid Ordubadinin Bayıl həbsxanası və Bakı qoçuları barədə xatiratı". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-09.
  3. Qılman İlkin. "Bakı və bakılılar" (dördüncü nəşr), Kitab Klubu, 2015, 440 səh
  4. "Bakı 1918: Qoçular milyonçular və ziyalılarla şəhəri necə qoruyub?". 2014-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-09.
  5. Ermənilərin qənimi-Bakı qoçuları[ölü keçid]

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024