Qoncalı Haqqinda Melumat - Vikipedia

Qoncalı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qoncalı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[2]

kənd
Qoncalı
41°00′06″ şm. e. 43°39′34″ ş. u.
Ölkə  Ermənistan
Region Ağbaba mahalı
Rayon Amasiya rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 2 km²
Mərkəzin hündürlüyü 2.050 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 49 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qoncalı xəritədə
Qoncalı
Qoncalı

Tarixi redaktə

Rayon mərkəzindən 14 km şimal-qərbdə yerləşir. Erməni mənbələrində Xancallı kimi qeyd edilir[3]. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4].

Toponimi redaktə

Toponim gəncəli[5] türk etnonimi[6] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ehtimal ki, mənşəcə Anadoludakı Qonça kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zarişat qoyulmuşdur.

Əhalisi redaktə

Kəndin köklü sakinləri azərbaycanlıların etnogenezində iştirak edən qarapapaq türk tayfaları olmuşdur. Siyahıyaalmalarda qarapapaqlar xalq kimi göstərilmişdir[7]. Kənddə 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 253 nəfər, 1908-ci ildə 303 nəfər, 1914-cü ildə 392 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar geri öz -kəndlərinə qayıtmışdır. Burada 1922-ci ildə 95 nəfər, 1931-ci ildə 134 nəfər[8], 1987-ci ildə 236 nəfər[9] azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə əhalisi qovulduqdan sonra 1926-cı ilə qədər kənd boş qalmışdır. 1926–1960-cı illərdə kənddə ermənilər yaşamışlar. Sonra onlar Gümriyə köçdükdən sonra Azərbaycan türkləri məskunlaşmışlar[10] 1988-ci ildə kəndin əhalisi Azərbaycvana qovulmuşdur. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar redaktə

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 20
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.140
  5. >qoncalı — İbrahim Bayramovun fikrincə
  6. Əhmədova E. Azərbaycan etnonimlərinin leksik-semantik və struktur-linqvistik təhlili, NDA, Bakı, 1995. s.12
  7. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21
  8. 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21, 104–105
  9. Bayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.167
  10. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı. 1995.

Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024