Qori zəlzələsi Haqqinda Melumat - Vikipedia

Qori zəlzələsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qori zəlzələsi

Qori zəlzələsi1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ[1]. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir.

Qori zəlzələsi
Tarix
Episentrin yeri
Xəritədə yeri
[[Fayl:|280px|Qori zəlzələsi xəritədə]]

Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur.

Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb[2].

Azərbaycanın köməyi redaktə

1920-ci il fevralın 20-də[3] Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı. Azərbaycan hökuməti dərhal Gürcüstanda zəlzələdən ziyan çəkmiş əhaliyə yardım göstərilməsinə başlamışdı. Fevralın 25-də Gürcüstan Təchizat Nazirliyinə icazə vermişdi ki, Bakıdakı un ehtiyatından 15769 pudu öz ölkəsinə aparsın və aclıq çəkən əhaliyə paylasın[4]. Azərbaycan parlamenti isə 11 mart 1920-ci il tarixli qərarı ilə Gürcüstanda zəlzələdən zərər çəkənlərə yardım göstərilməsi üçün 3 milyon rubl vəsait ayırmışdı[5].

İstinadlar redaktə

  1. Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.19
  2. "QORİ SEMİNARIYASINDAN ÖZƏL REPORTAJ – FOTOSESSİYA". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-24.
  3. Qabil Əliyev, "Azərbaycan xalq cümhuriyyətinin Gürcüstanla iqtisadi əməkdaşlığı (1918-1920-ci illər)" strategiya.az saytı
  4. Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты (сборник документов). Баку: 1998. s.407-408
  5. Вестник правительства Азербайджанской Республики. 1919-1920 гг. 1920, №20

Saytda 34 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023