Qorinin işğalı Haqqinda Melumat - Vikipedia

Qorinin işğalı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qorinin işğalı

Qorinin işğalıQori və ətraf bölgələrinin Rusiya-Gürcüstan müharibəsi çərçivəsində Rusiya hərbi qüvvələri tərəfindən 13 avqust 2008-ci ildə başlayan və 22 avqust 2008-ci il tarixində rus birliklərinin şəhərdən çıxması ilə sona çatan hərbi işğalı idi.

Qorinin işğalı
Rusiya-Gürcüstan müharibəsi
Tarix 13–22 avqust 2008
(1 həftə, 2 gün)
Yeri Qori, Gürcüstan
Nəticəsi

Rusiyanın qələbəsi

  • Gürcüstan sülh danışıqlarına başladı.
Münaqişə tərəfləri

 Rusiya
 Cənubi Osetiya

 Gürcüstan

Komandan(lar)

Vyaçeslav Borisov

bilinmir

Tərəflərin qüvvəsi

58-ci ordu
Rusiya Hərbi Hava Qüvvələri
Osetiya milisi

Gürcüstan Silahlı Qüvvələri
Gürcüstan polisi

İtkilər

Yoxdur

9 polis öldürlmüş,
3 polis itkin düşmüşdür.

Ümumi itkilər
Mülki əhali: 14 mülki şəxs həlak olmuş,[1] 22 nəfər itkin düşümüşdür.

1 Hollandiyalı jurnalist öldürülmüşdür.[2]
Qaçqın və məcburi köçkünlər: Ən azı 56 000 nəfər[3]

Münaqişənin xəritəsi
Qori (Gürcüstan)
Qori
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəmin və ilk hava hücumları redaktə

Qori mərkəzi Gürcüstanda,[4] Tsxinvali şəhərindən təxminən 25 km (16 mil) məsafədə yerləşən strateji bir şəhərdir.[5] Şəhər həmçinin Gürcüstanın böyük bir hərbi quraşdırma və nəqliyyat mərkəzidir.[6]

7 avqustda Qori yaxınlığında 75 tank və zirehli nəqliyyat vasitələri (Gürcüstan hərbi arsenalının üçdə biri) yığılmışdı.[7] 9 avqust 2008-ci il tarixində, səhər saat 6:27 radələrində Reuters, iki rus qırıcısının Gürcüstanın Qoridən 10 km şimalda yerləşən altilleriya mövqeyini bombaladığını bildirmişdir.[8][9] Yaranan partlayış zamanı bazadan əlavə bir neçə yaşayış binası və bir məktəb də ziyan görmüşdü.[10] Gürcüstan hökuməti yaşayış binalarına bomba düşməsi nəticəsində 60 nəfər mülki vətəndaşın öldüyünü bildirmişdir.[11] Rusiya mətbuatının yazdığına görə, Rusiya təyyarələri silah anbarına üç bomba atmış və anbardalı sursatların partlaması nəticəsində əraziyə bitişik 5 mərtəbəli yaşayış binalarından birinin fasadı zərər görmüşdü.[12] Rus təyyarələri 9 avqusta qədər Gürcüstanın ən az beş şəhərini bombalamışdır.[13]

Gürcüstanın tərk edilməsi redaktə

Gürcüstan Ordusu Tsxinvali məğlubiyyətindən sonra yenidən Qoridə toplandı. [14] Gürcüstan hərbçiləri 10 avqustda şəhərə daxil oldular.[15] BBC 10 avqustda Rusiyanın şəhərə doğru irəliləməsindən qorxan insanların Qorini tərk etdiyini bildirmişdir.[16] Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) və Dünya Qida Proqramı sakinlərin təxminən yüzdə 80-nin 10 avqust tarixinə qədər Qorini tərk etdiyini təyin etmişdir.[3] Bundan sonra ruslar Qoriyə doğru irəliləməyə başlamışdırlar.[6]

11 avqust 2008-ci ildə Gürcüstan qüvvələri Qoridən geri çəkildi. Gürcüstanın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Kaxa Lomaya, qoşunlara Tbilisinin qorunması əmrinin verildiyini söyləmişdir.[17][18] Polis Tbilisidən gələn magistral yolu bağlamış və heç bir avtomobili şəhərə buraxmamışdır. Rus hücumları gürcü altileriyasının Cənubi Osetiyaya atəş açması ilə qarşılanmış və ən azı altı Gürcüstan helikopterinin də Cənubi Osetiyadakı hədəflərə hücum etdiyi bildirilmişdir.[19] Times müxbiri Gürcüstanın geri çəkilməsini "qəfil və dramatik" kmim xarakterizə edərək, "sakinlərin ordularının mövqelərini tərk etmələrini dəhşətlə izlədiklərini" söyləmişdir.[19]

İstinadlar redaktə

  1. "The Tanks of avqust" (PDF). Centre for Analysis of Strategies and Technologies. səh. 60.[ölü keçid]
  2. "Dutch journalist killed in Russian bombing of Gori". International Herald Tribune. 12 avqust 2008. avqust 13, 2008 tarixində orijinalından arxivləşdirilib.
  3. 1 2 "Humanitarian effort begins in Georgia". CNN. 11 avqust 2008. 2008-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  4. "Bush, Sending Aid, Demands That Moscow Withdraw". The New York Times. 13 avqust 2008. 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  5. "Georgia: All-Out War Looms in South Ossetia". EurasiaNet. 7 avqust 2008. 6 may 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2014.
  6. 1 2 "Russians push past separatist area to assault central Georgia". 11 avqust 2008. 15 avqust 2008 tarixində arxivləşdirilib.
  7. "Did Saakashvili Lie? The West Begins to Doubt Georgian Leader". Der Spiegel. 15 sentyabr 2008. 2008-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  8. "Russian jets bomb Georgia - Reuters witness". Reuters. 9 avqust 2008. 11 avqust 2008 tarixində arxivləşdirilib.
  9. Российские ВВС разбомбили позиции грузинской артиллерии близ Гори (rus). Lenta.ru. 9 avqust 2008. 11 avqust 2008 tarixində arxivləşdirilib.
  10. "Georgia conflict: Screams of the injured rise from residential streets". The Telegraph. 9 avqust 2008. 2008-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  11. "Russian jets attack Georgian town". BBC. 9 avqust 2008. September 23, 2008 tarixində arxivləşdirilib.
  12. Пропагандисты не отрабатывают зарплату (rus). RosBalt. 11 avqust 2008. 17 January 2010 tarixində orijinalından arxivləşdirilib.
  13. Barnard, Anne. "Georgia and Russia Nearing All-Out War". The New York Times. 9 avqust 2008. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  14. Barabanov, Mikhail. "The avqust War between Russia and Georgia". Moscow Defense Brief. Centre for Analysis of Strategies and Technologies. 3 (13). 12 September 2008. Archived from the original on aprel 4, 2009.
  15. "Moscow issues ultimatum as fighting in Georgia spreads". The New York Times. 11 avqust 2008. 2020-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  16. "Eyewitness: Mood shifts in Gori". BBC. 10 avqust 2008. 2008-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  17. "Georgia: Russia fighting on several fronts as Georgian troops withdraw to defend Tbilisi". The Telegraph. 11 avqust 2008. 2008-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  18. "'I don't know which side to blame'". The Guardian. 12 avqust 2008. 2013-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  19. 1 2 Halpin, Tony. "Georgian army flees in disarray as Russians advance". The Times. 12 avqust 2008. 12 avqust 2008 tarixində arxivləşdirilib.

Xarici keçidlər redaktə


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024