Qotlar Haqqinda Melumat - Vikipedia

Qotlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı.

Kökləri redaktə

Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbulaSpartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan TervinqilərAmali sülaləsi tərəfindən idarə olunan Qreutingilər. Ən güclü vaxtlarını Kral ErmanarixAtanarix dövrü yaşayan qotların dövləti qərbdə Dunaydan şərqdə Volqayacan, şimalda Baltik dənizindən cənubda Qara Dənizəcən uzanırdı.

Dördüncü əsrin sonlarında Hunlar şərqdən qot torpaqlarına girdilər. Xalqların böyük köçü başlandı. Çox qot Hunlara qoşulsa da Fritigernin başçılığı ilə Dunayı keçən qotlar Roma torpaqlarına girdilər və Adrianapol müharibəsində həlledici qələbə qazandılar. Qotlar Vulfila adlı bir arian təriqətli xristian tərəfindən xristianlıq öyrəndilər və Bibliya qot dilinə tərcümə olundu. Beşinci və altıncı əsrlərdə Qotlar iki yerə ayrıldı. Romalıların muzdluları olan Vestqotlar və Hunların müttəfiqi olan Ostroqotlar.

Tarixi redaktə

 
Qot yürüşləri

Ostroqotlar 454-cü ildə Nedao döyüşündə Hunları məğlub edərək müstəqil oldu. Teodorixin başçılığı ilə İtaliyada dövlət quran Ostroqotlar tezliklə Bizans tərəfindən məğlub edilərək qalan hissələri Lombard tayfalarına qoşuldu.

Alarixin başçılığı ilə hərəkət edən vestqotlar isə Akvitaniyada dövlət qursa da Franklar onları Pireney yarımadasına köçməyə məcbur etdi. Altıncı əsrdə katolik olan vestqot dövləti səkkizinci əsrdə Əməvilərin işğalına məruz qaldı. Vestqot əyanlarından Pelagi Asturiya krallığını quraraq Rekonkistanı başlatdı. Qotların son qalığı olan Krım qotları da 16-cı əsrdə yox oldu.

Jordanesin dediyinə görə ilk Qotlar Skandinaviyadan üç gəmi ilə Kral Beriqin başçılığı ilə gəldilər. Onlar Ruqi tayfasını sürgün edərək Vandalları da öz təsirləri altına saldılar.

Yenə Jordanesin yazdıqlarına əsasən qotlar Skif padşahlığını Filimer adlı kralın başçılığı ilə işğal edərək Bosfor Çarlığını dağıtdılar. Qara dəniz sahillərində Amalilər tərəfindən idarə olunan Ostroqotlar, Baltilər tərəfindən idarə olunan Vestqotlar olaraq ikiyə ayrılan qotlar Jordanes tərəfindən şərq qotları və qərb qotları deyə göstərilir.

260-cı illərdə Qotlar Skandinaviyadan gələn başqa bir tayfa olan Herullarla birlikdə Herakliya, PontikaBizansı yağmaladılar. Afina, Korinf, Arqos, OlimpiyaSparta işğala məruz qalsa da Afinalıların başçısı Deksippus onları qovdu. 268-ci ildə Qotlar Gepidlər, HerullarPeusinlərlə birgə yenidən hücuma keçdilər. Zosimusun yazdıqlarına görə onların 6000 gəmisi və 325000 əsgəri vardı. Onlar Krit, RodosKipr adalarını yağmalayıb TroyaEfesə girərək Artemida məbədini dağıtdılar. Qotlar ən sonuncu dəfə 270-ci ildə Kannabadusun başçılığı ilə Romaya hücum edərkən general Avrelian tərəfindən məğlub edildilər.

332-ci ildə İmperator Konstantin Sarmatlardan qotların hücumuna qarşı kömək aldı. Qot ordusu Sarmatlara qarşı gələ bilmədi, 100.000 qot əsgəri öldürüldü və 300.000 sarmat Roma torpaqlarına gəldi. Bu məğlubiyyətdən sonra bir daha özünə gələ bilməyən qotlar Roma ordusuna daxil oldular. İmperator Konstantin onları xristianlığa gətirdi.

Şimaldakı qotlar isə Ammianusun yazdıqlarına əsasən 370-ci illərdə Hunlar tərəfindən məğlub edildilər. Qotların başçısı olan Fritigern imperator Valensin torpaqlarına girərək 378-ci ildə onu öldürdü.

Ostroqotlar 454-cü ildə Nedao döyüşündə Hunlardan azad olub Bassinaye döyüşündə isə həll edici qələbə qazandı. 488-ci ildə Teodorix Ostroqot kralı oldu, 507-ci ildə isə Vestqot kralı II Alarixin ölümündən sonra Vestqotların da hökmdarı olan Teodorix xalqı yenidən birləşdirdi. Ostroqot dövləti 553-cü ildə Bizans ordusunun işğalına məruz qalaraq dağıldı. Vestqot dövləti isə 711-ci ilə qədər Roderikin hakimiyyətinin bitməsinə qədər hökm sürdü.

Dili redaktə

 
Qotlar xristianlıq öyrənir

Qot dili ölü dillərdəndir. O Hind-Avropa dillərindəndir, Germanik olsa da müasir xələfi yoxdur. Qot dili VIII əsrdə İspaniyaPortuqaliyada, VI əsrdə isə Fransada unuduldu.

Din redaktə

Qotlar çoxallahlı idilər. Vulfila tərəfindən Arian Xristianlığa keçmişdilər. Vestqotlar 7-ci əsrdə katolik oldular.

Təsirləri redaktə

İsveç kralları özlərini "Qotların və Vendlərin kralı" adlandırırdı. Bu adət VI Qustavın ölümündən sonra ləğv edildi.

Qotlar haqda mənbələr redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023