Qozbel balina Haqqinda Melumat - Vikipedia

Qozbel balina Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qozbel balina

Bığlı balinalar yarımdəstəsinin zolaqlı balinalar fəsiləsinə aid dəniz məməlisi

Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü.

Qozbel balina
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır.[3][4][5] Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır.

Təsnifat redaktə

 
Cavan qozbel balina

Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, FinvalSeyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır.[6] Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosenpleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir.[7] Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil.

Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır. 1781-ci ildə Qeorq Borovski tərəfindən cinsin təsviri verilmiş və adı latın dilinə uyğunlaşdıraraq Baleana novaeangliae adlandırdı. 1804-cü ildə fransız ixtioloq Bernar Jermem Leseped qozbel balinanın latın adını Balaenoptera jubartes dəyişərək, Balaenidae fəsiləsindən çıxararaq B. jubartes adı ilə Balaenopteridae fəsiləsinə daxil etmişdir. 1846-cı ildə Con Eduard Qrey Megaptera cinsini yaradır və qozbel balinanı Megaptera longpinna adı ilə bura daxil edir, lakin 1932-ci ildə Reminqton Kelloq yenidən növün adını novaeangliae olaraq dəyişmişdir.[8]

 
Balinakimilərə daxil növlərin insana olan nisbəti:
  Finval
  Qozbel balina

Ümumişlək adını suya daxil olarkən bellərini əydikləri üçün verilmişdir. Cinsin adı (Megaptera) yunan sözləri olan q.yun. μέγας "nəhəng" və πτερόν "qanad"[9] (qanad ismi kobud, ensiz və uzun üzgəcinə görə verilmişdir) sözlərinin birləşməsindən əmələ gəlmişdir və onların geniş ön üzgəcləri nəzərdə tutulmuşdur. Növ adı isə tərcümədə "Yeni İngiltərəli" mənasını verir. Onlar Yeni İngiltərə sahillərində müntəzəm izlənildiyi üçün Brisson tərəfindən bu şəkildə adlandırıldığı güman olunur.[10] Bu canlıları ilk dəfə Con Stuzers anotomik baxımından tədqiq edərək onlar haqqında kitab yazmışdır.[11][12][13]

Britaniya Antarktika Sorğu Xidməti tərəfindən 2014-cü ildə həyata keçirilən genetik tədqiqat Şimali Atlantika, Şimali Sakit okean və okeanların cənub hissəsində yayılmış populyasiyaların fərqli olduğunu göstərmişdir. Bəzi bioloqlar onların ayrı-ayrı yarımnöv[14] kimi qəbul edilməli olduğunu bildirirlər. Səbəb kimi isə onların müstəqil inkişaf etmələri göstərilir.[15]

 



B. bonaerensis (Kiçik cənub zolaqlı balina)



B. acutorostra (Kiçik zolaqlı balina)






B. physalus (Finval)




B. edeni (İden zolaqlı balina)




B. borealis (Seyval)



B. brydei (Brayde zolaqlı balina)







B. musculus (Göy balina)



Megaptera novaeangliae (Qozbel balina)



Eschrichtius robustus (Boz balina)





Qozbel balina ilə qohum olan digər heyvanların filogenetik xəritəsi

Xarici görünüş redaktə

 
İnsanın Qozbel balınaya olan nisbəti

Donqarlar olduqca iri balina növüdür. Yetkin fərdin orta uzunluğu dişilərdə 14,5 m,[16] erkəklərdə isə 13,5 metr təşkil edir (fərdlərin ölçmə əməliyyatları 1949–1962 illərdə[17] Antarktika və Avstraliya sularında aparılmışdır. Müxtəlif rəqəmlər alınmışdı: dişilər 13,9, erkəklər 13 m[7]). Qozbel balinalar arasında uzunluğu 17–18 metr olan fərdlərə belə rast gəlinir. Ancaq bu istisnadır və nadir hallarda müşahidə edilir. Donqarların orta çəkiləri 30 tondur. Qozbel balinalar zolaqlı balinalar arasında ən qalın, balinakimilər arasında isə Göy balinadan sonra ikinci ən qalın dəri altı piy qatına malikdir.[7]

 
Qozbel balinanın quyruq üzgəci

Qozbel balina digər zolaqlı balinalardan fərqli olaraq özünə məxsus quruluşu, bədən rəngi, fərqli bel üzgəci və iri ölçülü yan üzgəclərə sahibdirlər. Qozbel balina bəzəkli və geniş önə, sıxılmış yan hissələrə malik olur. Başı dairəviləşmiş formaya malik olaraq yetkin fərdlərdə bədənindən 3,2–3,5 dəfə böyük olur. Əzələli alt çənə qarşıya doğru 10–30 sm uzanır.[18] Donqarın buraxdığı fontan göbələkvari şəkildə səthə çıxır. Bəzən isə fontan V şəkilli olub, 3 metr hündürlüyə qalxa bilir.

 
Donqar balinaların uzun sinə üzgəcləri

Ön üzgəclər olduqca uzundur (Bədənin 28,3–34,1 %),[19] bu isə bu növün daxil olduğu Megaptera cinsin adına daxil edilmişdir. Üzgəclərin bu cür iri olması onların manevr imkanlarının artırılması[20] və ya termorequlyasiya ilə izah edilir.[21] Bel üzgəci isə olduqca alçaqdır. Onun hündürlüyü cəmi 30–35 sm-dir. Bu üzgəc canlının arxa nahiyəsinin mərkəzində yerləşir. Quyruq üzgəci olduqca iridir. Dişvari kənar xətlərə sahibdir.

Qozbel balinaların rəngi rəngarəngliyi ilə seçilir. Bu isə hətta ayrı-ayrı fərdlərin müəyyənləşdirilməsinə belə imkan verir. Bel və yan nahiyələri qara, tünd-boz olur. Bəzən isə qəhvəyi ləkələr müşahidə edilir. Ancaq rəngləri digər zolaqlı balinalardan hər zaman tündlüyü ilə seçilir. Sinə və boğaz nahiyələri qaradan tutmuş (ağ ləkələrlə) təmiz ağ rəngdə belə ola bilir. Sinə üzgəcləri üstdən qara ləkəli və ya ağ, aşağıdan isə ağ rəngdə olur. Bəzən isə üzgəcləri ya tam qara ya da ağ rəngdə olan fərdlərə rast gəlinir. Quyruq üzgəci isə üst hissədən qara, altdan isə tünd, ləkəli və ya parlaq ola bilir. Qozbel balinalar arasında albinozlara nadir hallarda rast gəlinir.[22][23] Balinaların baş nahiyəsindən tənəffüs dəliyinə qədər olan hissədə 3–5 cərgədən ibarət qabarıq uzanır. Bədəninin orta hissəsində bu qabarıqların sayı 5–8 cərgəyə çatır. Böyür nahiyəsində isə hətta 5–15 olur. Buna bənzər 10–15 qabarıq alt çənənin yarısına qədər uzanır. Alt çənənin ön hissəsində formasız quruluşa malik olan diametri 30 sm təşkil edən qabarıq mövcuddur. Bu qabarıqlar saç follikulinin dəyişilmiş formasıdır. Adətən hər birində bir saç bitir.

Hər bir qozbel balinanın özünə məxsus rənginin olmasını nəzərə alaraq, onların fərqləndirilməsi üçün əsasən balinanın quyruq üzgəcinin alt nahiyəsinin şəkli istifadə edilir. O açıq şəkildə balinanın vertikal şəkildə suyun dibinə dalarkən müşahidə edilir.[24] Özünəməxsusluğu aydınlaşdırmağın digər yolu qabarıqların ölçüsü və onların yerləşmə xüsusiyyətləridir.

 
Qozbel balinanın kəllə hissəsi

Kəlləsi enlidir. Onların kəllə quruluşu Balaenopteridae fəsiləsinə daxil olan digər növlərdən fərqlənir. Kəllənin əng nahiyyəsinin eni digər nahiyələrə nisbətdə daha enlidir.[7] Fəqərə sayı: boyun 7, sinə 14, kəmər 10–11, quyruq 21 (ümumi 52–53).

Kariotip: 44 Xromosom (2n).

Qozbel balinalar məməlilər arasında ilk dəfə fərdlərin genetik indeksləşdirilməsi həyata keçirilmiş canlılardır. Nümumələrin toplanması şimali atlantika populyasiyası arasında 1988–1995-ci illər ərzində həyata keçirilmişdir.[25] Qozbel balinaların bığları kül-qara rəngdə olur. Öndə yerləşən bığcıqlar bəzən daha parlaq və ya tamamən ağ rəngdə ola bilir.[19] Üst çənənin hər hissəsində 270–400 arası plastin mövcuddur. Onların hər birinin uzunluğu 100 sm olur (adətən 85 sm təşkil edir). Onlar il ərzində 8–11 sm uzana bilir. Ağız boşluğunun üst damağ hissəsində iki cığır vardır.

 

1: Alt çənə
2: Baş və üst çənə
3: Sinə və ya yan üzgəc
4: Quyruq üzgəci
5: Bel üzgəci
6: Bel nahiyəsi

Yayılması və miqrasiyası redaktə

 
Avstraliya sahilləri.

Donqar — kosmopolit növ olaraq bütün dünya okeanında yayılmışdır. Üstəlik, onlar tropik enliklərdən tutmuş yüksək enliklərə qədər (ArktikaAntarktikanın buzlaqları istisnadır.) müşahidə edilir. Şimal Buzlu okeanın 65° ş. enliklərinə qədər (digər məlumata görə isə 75° ş. e.[7]) müşahidə edilir. Onlara Rusiya Federasiyasının ərazisinə daxil olan Kara dənizi sularından Şərqi Sibir dənizi sularına qədər olan ərazidə müşahidə edilmir.[26] Tarixən donqarları AralıqBaltik dənizlərində görmək mümkün idi. Onlar hətta Fin körfəzinə qədər hərəkət edirdilər.[26] Bir qayda olaraq yalnız miqrasiya zamanı sahil və şelf sularında müşahidə edilirlər. Şimal donqarları cənub donqarlarına nisbətdə miqrasiya zamanı daha güclü olurlar. Səbəb isə onların sahil axınları ilə üzmələridir. Qozbel balinaların dəstələrinin köçü qidanın əlçatarlığından asılı olaraq lokal xarakter daşıyır. Onlar ilin isti aylarında qidalanmaq məqsədi ilə mülayim və soyuq sulara istiqamətlənirlər. Qışda isə isə əkdinə onlar tropiksubtropik sulara miqrasiya edirlər. Qış miqrasiyası çütləşmə ilə əlaqəli olduğundan əsasən isti enliklərin adarif ətrafı ərazilərinə təşkil edilir.[7] Araşdırmalar göstərmişdir ki, qozbel balinalar qışlamanı əsasən 21,1–28,3 °C temperaturlarda keçirirlər. Bu fərqlilik isə coğrafi enliklərfən asılı olaraq dəyişir.[27] İstisnalarda mövcuddur belə ki, Ərəbistan dənizində yaşayan balinalar daim tropik enliklərdə yaşayırlar. Qozbel balinaların ən kiçik miqrasiya müddəti 1–2 ay çəkir. Tarixdə qeydə alınmış ən qısa miqrasiya 39 gün çəkmişdir (Alyaskanın cənub-şərqindən Havay adalarına qədər).[28] Onların adi miqrasiya məsafəsi 8000 km təşkil edir ki, bu da ən uzun məsafəyə miqrasiya edən məməlidir
7 başdan ibarən qrupun (Dişi və balalarda daxil) müşahidəsi onu göstərmişdir ki, onlar qışı Kosta-Rikanın Sakit okean sahillərində qışladıqdan sonra (11° ş. e.), Antarktida sularına istiqamətlənirlər. Onların bu köçü 8300 km məsafəni əhatə edir. Maraqlıdır ki, Kosta-Rikanın Sakit okean sahilləri şimal populyasiyasının qışlama ərazisidir. Digər ərazilərdə isə şimal və cənub populyasiyalarının miqrasiya əraziləri heç zaman kəsişmir.[27]

İllik miqrasiya aşağıdakı ardıcıllıqla davam edir: ilk öncə payızın sonları ana balinalar balaları ilə birlikdə asta hərəkətlərlə üzürlər. Onların ardından isə yetkinləşməmiş balalar, yaşlı erkəklər, dişilər və nəhayət ən sonda boğaz balinalar yola düşür. Qışın sonları isə onlar əks istiqamətdə hərəkətə başlayırlar. Ancaq 1995-ci ildə Şərqi Avstraliya sahillərində aparılan müşahidə onu göstərmişdir ki, dişilərin heç də hamısı geri qayıtmır. Onların bir qismi qışlama yerində qalır.[29]

Dünya okeanında üç qrup təcrid olunmuş populyasiya və 9–10 qrup qozbel balina vardır. Bununla belə Megaptera novaeangliae növünün heç bir yarımnövü yoxdur.

"  XIX əsrdə balina ovçularının qozbel balinalar haqqında məlumatlarının olmaması ilə əlaqədər olaraq, Havay dilində «qozbel balina» ifadəsinin olmamasını əsas kimi göstərərək bu növün bölgəni yenicə mənimsədiyini bildirirdilər. Buna bənzər fikirlər Vest-Hind regionuna, həmçinin, Silver-benk, Navidad-benk və Samana-benk (Dominikan Respublikası) ərazilərinə də şamil edilirdi. Lakin ardıcıl araşdırmalar onu göstərir ki, adı çəkilən region Qozbel balinaların əsas çoxalma ərazisidir[7]. " 
 
Qozbel balina Kvinslend sahillərində (Avstraliya)
  • Cənub yarımkürəsində Qozbel balinaları 5 dəstə əmələ gəlirir. Onlar iyundan dekabra qədər aşağıdakı ərazilərdə olurlar:
    1. Cənubi Amerikanın qərb sahilləri (Çili sahillərindən Peruyadək);
    2. Cənubi Amerikanın şərq və Afrikanın cənub-qərb sahilləri (Anqoladan Konqoyadək);
    3. Cənub-Şərqi Afrika və Madaqaskar;
    4. Qərbi Avstraliya;
    5. Şərqi Avstraliya, Yeni Zelandiya, Yeni Kalodoniya, MelaneziyaPolineziyanın bir sıra adaları. Bu dəstələr arasında bir necə fərdin müdalisi mümkündür.

İri dəstələr də öz növbəsində kiçik populyasiyalara bölünür. Məsələn Qərbi şimalatlantika dəstəsi 4–5 subpopulyasiyaya bölünmüşdür. Onlar əsasən Men körfəzi, Müqəddəs Lavrentiya körfəzi, Nyufaundlend və Labrador sahilləri, Qrenlandiya və İslandiya sularında müşahidə edilirlər. Onlar adətən qışlama dövründə qarışırlar.[31]

Bununla yanaşı Ərəbistan dənizi sularında (Şimali Hind okeanı) özünə məxsusluğu ilə seçilən populyasiya mövcuddur. Onlar oturaq həyat sürdüyündən heç zaman mövsümü miqrasiya keçirmirlər.

Qozbel balinalar aşağıdakı dövlət və ərazilərin sahil sularında müşahidə edilirlər: Amerika Samoası, Anqola, Antiqua və Barbuda, Argentina, Avstraliya, Banqladeş, Barbados, Benin, Bermud adaları, Braziliya, Vanuatu, Venesuela, Virgin adaları, Haiti, Qvadelupa, Qrenada, Qrenlandiya, Konqo Demokratik Respublikası, Dominikan Respublikası, Hindistan, İndoneziya, İraq, İslandiya, Kanada, Kabo-Verde, Keniya, Kolumbiya, Konqo, Şimali Koreya, Cənubi Koreya, Kosta-Rika, Kuk adaları, Madaqaskar, Malayziya, Martinika, Marşall adaları, Meksika, Mozambik, Niderland Antil adaları, Yeni Zelandiya, Yeni Zelandiya, Norveç, Pakistan, Panama, Peru, Cənubi Antil adaları, Polşa, Rusiya Federasiyası, Samoa, Svalbard, Şimali Marian adaları, Sent-Vinsent və Qrenadin, Sent-Lüsiya, Solomon adaları, ABŞ, Tanzaniya, Tonqa, Fici, Folklend adaları, Fransa, Çili, Şri-Lanka, Ekvador, Cənubi Afrika Respublikası, Yamayka, Yaponiya.[31] Onlara keçmiş SSRİ və hazır ki, Rusiyanın Barens, Çukot, Berinq, OxotYapon dənizləri sularında müşahidə edilirdi. Baltik dənizi suları üçün nadir canlıdır. Hazırda isə Çukot dənizi, Anadır körfəzi, KamçatkaKuril adaları ətrafı ərazilər üçün təsadüfü hallarda müşahidə edilən canlı hesab edilsə də, Barens dənizində isə onlar heç müşahidə edilmir.[26]

Qozbel balinaların əsas yay və qış düşərgələri
Mövsüm Şimali Atlantika Şimali Sakitokean Cənub okeanları
Yay Yeni İngiltərə, Yeni Şotlandiya Nyufaundlend, Müqəddəs Lavrentiya çayının şimal hissəsi, Snaefellsnes yarımadası ətrafı. Kolumbiya, (Kaliforniya, Alyaska, Oreqon, Vaşınqton) ABŞ, (Britaniya Kolumbiyası) Kanada, Panama. Antarktika.
Qış Dominikan Respublikası, (Biskay körfəzi) Fransa, Puerto-Riko. (Havay adaları) ABŞ, (Okinava) Yaponiya. (Sidney) Avstraliya, Yeni Zelandiya, Tonqa, Cənubu Atlantika.

Davranış xüsusiyyətləri redaktə

 
Qozbel balina suya dalarkən.

Qozbel balinalar adətən sahilə yaxın ərazilərdə üzürlər. Onlar açıq dənizlərdə isə əsasən kril və balıqların bol olduğu yerlərdə müşahidə edilir. Bəzən dənizlərin elə də dərin olmayan körfəzlərinə daxil olurlar. Bu əsasən miqrasiya dönəmində müşahidə edilir. Balalı analar digər balinalardan fərqli olaraq daha dayaz sularda üzürlər. Müəyyən ərazidə daima yaşamırlar. Ancaq bəzi qruplar və fərdlər vardır ki, onlar müəyyən ərazini üstün tutaraq hər il ora gəlirlər. Bəzən isə onlar qışlaq və yaylaqlarını dəyişə bilirlər (məsələn: Havay və Meksika, Havay və Yaponiya və Britaniya Kolumbiyası).[28] Balinalar düz xətt üzrə yüzlərlə hətta minlərlə kilometr məsafəni qət edə bilərlər. Üç balina məlumdur ki, güçlü okean axınlarına baxmayaraq onlar müxtəlif illərdə eyni maşrut üzrə 1° belə yerini dəyişmədən üzürlər.[32][33]

 
Su üzərinə atılan qozbel balina
 
Qozbel balina

Donqarlar digər balinalardan astagəldirlər. Miqrasiya zamanı onların sürəti 8–15 km/s təşkil edir. Maksimal sürət yaralı balinalarda 27 km/s[7] olaraq qeydə alınmışdır. Bununla belə isə iri balina növləri arasında enerjiliyinə və akrobatik atışlarına görə seçilirlər. Onlar böyük çəkilərinə baxmayaraq su üzərindən atlayırlar. Bu isə turistləri özlərinə cəlb edir. German Melvillin "Mobi Dik" romanında qozbel balinalar aşağıdakı kimi xarakteriza edilmişdir:

"  Bu növ balinalar oynağan və yüngül üzən olaraq ətrafını daim su sıçrayışları və dəniz köpüyü müşahidə edir[34] " 

Donqarlar bir çox hallarda sinə üzgəcləri və quyruq üzgəcini suya çırparaq sıçrayışlar əmələ gətirir. Bu zaman su səthinə müəyyən qədər çıxaraq atlayışlar həyata keçirir. Suya isə beli üzərinə düşür. Bu hərəkətlər istər tənha istərsə qrup halında üzən balinalar arasında müşahidə edilir. Ehtimal edilir ki bu addım onların ekzoparazitlərdən azad olmasına xidmət edir. Bu addımın nəyə xidmət etməsi dəqiq məlum deyildir.[7]

Qozbel balinaların suyun dibinə dalması ilin mövsümlərindən asılıdır. Yayda onlar 5 dəqiqə müddətində suyun dibində qalırlar. Suyun dibinə dalması nadir hallarda 10 dəqiqəni keçir. Qışda isə bu müddət 10–15 (maksimum 30 dəqiqə.) dəqiqə çəkir. Bu addımlar onların istirahətini təmin etmək məqsədi ilə edilir.[7] Suyun səthində olan balinalar hündürlüyü 2 – 5 m olan və intervalı 4–15 dəqiqə olan fontanlar buraxır. Bu canlılar quyruqlarının aşağı hissələrində özünə məxsus ləkələr olur. Bu ləkələr hər fərdi fərqləndirməyə imkan verə bilər. Şimali Atlantikada 1973–1998-ci illərdə çəkilən şəkillər sayəsində şimaliatlantika populyasiyasının şəkil kataloqunu tərtib etmək mümkün olmuşdur.[35] Buna bənzər kataloq[36] Sakit okean populyasiyasından belə toplanmışdır.

Qidalanması redaktə

Donqar balinalar əsasən şikarın bol olduğu ərazilərdə qidalanırlar. Onlar miqrasiya və qışlama dönəmində əsasən açlıq çəkirlər. Bu zaman onlar dəri altı piy qatından istifadə edirlər. Qışlama dönəmində onlar çəkilərinin 25–30 % itirirlər. Qidalarının əsasını xərçəngkimilər, balıq sürüləri, az miqdarda isə başıayaqlılarqanadıayaqlı molyusklarlar təşkil edir. Qidalarının böyük əksəriyyəti sahil sularında və materik şelfində cəmləşmişdir. Cənub populyasiyasının əsas qidası xüsusi ilə Euphasia superba növüdür. Digər ərazilərdə isə balinaların əsas qidası Kril (Euphausia, ThysanoessaMeganyctiphanes) və elə də böyük olmayan balıq dəstələri üstünlük təşkil edir. Şimalatlantika donqar balinası populyasiyasının qida rasionunun 95 % balıqlardır. Onların qidalandığı balıq növləri bunlardır: siyənək (Clupea), skumbriya (Scomber scombrus), qumburun (Ammodytes), sardina (Sardinops, Sardinella), ançouslar (Engraulis mordax), moyva (Mallotus villosus),[7] sayda (Pollachius virens), pikşa (Melanogrammus aeglefinus), uzaqşərq navaqası, mintay, treska, sayka. birbelüzgəcli şimal terpuqu (Pleurogrammus monopterygius) və sayra (Cololabis saira) Sakit okeanın şimalında yaşayan qozbel balinaların ən sevimli qidasını təşkil edir.[37] Donqar balinanın mədəsinə 500–600 kq qida yerləşə bilir.

 
Qozbel balinalar (qidalanarkən)
 
Qozbel balinalara məxsus "ov texnikası".
 
Balina bığlarının oynadığı rol.

Donqar balinalar bığlı balinalar arasında qidalanma texnikası "repertuar" zənginliyi ilə seçilir. Repertuarda 5 tip ov texnikası vardır. Ən çox müşahidə edilən ov növü aşağıdakılardır:

  • Qidalanma zamanı donqar balina ağzını geniş şəkildə açaraq balıq sürüsü və planktonları su ilə birlikdə ağız boşluğuna alır. Sonradan ağız bağlanır. Bu zaman ağız boşluğunun ön hissəsində yerləşən bığlar qidanın okeana axışını əngəlləyir. Ağız boşluğunda qalan qida dil ilə içəri ötürülərək udulur. Bir qayda olaraq bu zaman balina suyun dibindən vertikal şəkildə üzə çıxır.
  • Balina dəstəsi balıq sürüsünü dövriyyəyə alaraq üzgəcləri ilə suda dalğa əmələ gətirirlər. Bu zaman onlar "köpük həlqəsi" (ring of foam) əmələ gətirirlər. Balıqlar bu çevrəni tərk edə bilmirlər. Bununla belə bir necə balina səs-küyləri ilə balıqları yaradılmış "baryerdən" kənara qovur. Sonradan isə balinalar növbə ilə açıq ağızla həlqənin alt hissəsindən suyun səthinə çıxır.
  • Suyun altı ilə üzən balina burun sıxaclarını açaraq hava buraxır. Hava qabarcıqları suyun səthinə çıxır. Balinanın özüdə tədricən suyun səthinə istiqamətlənir. Görünür bu qabarcıqlar şikarın hərəkət nizamını pozur və balinanın maskalanmasına xidmət edir. Bu üsulla balina istər tək, istərsə qrup şəklində ov edə bilir. Onlar bu üsuldan istifadə edərkən dairə və yarımdairə formasında şikarlarını dövriyyəyə alır və spiralvarı şəkildə səthə çıxırlar. Son iki ov texnikası bir necə fərdin koordinasiya olunmuş hərəkətləri nəticəsində ortaya çıxır. Bu addınlar dəniz məməliləri arasında ən qəliz hərəkətlərdir. Maraqlısı ondadır ki, bu tip hərəkətlər ancaq qozbel balinaların şimal populyasiyasında müşahidə edilir.[38]

Digər texnikada isə tənha balinalar şikarlarının olduğu suyu quyruq üzgəci ilə çırpırlar. Bununla da onların duyğu orqanlarına təsir göstərirlər. Onlar iri bir həlqə cızırlar. Digər texnikada isə balinalar birdən suyun dibinə dalır, sonra 180° bucaq altında (U hərfinə bənzər) asta şəkildə suyun səthinə qalxır.

Sosial struktur redaktə

Qozbel balinalar daimi dəstələrə sahib olmurlar. Bircə ana ilə bala arasında olan birlik istisnadır. Birliklər qısa müddətə qurulur və stabil olmur. Yay müddətində bəzən onlar dəstələr şəklində ov edirlər. Bu birliklərdə olan balinaların sayı qidanın həcmindən asılıdır. Adətən bu cür birliklər bir necə saat sürür. Nisbətən daimi qruplar bir həftədən çox nüddətdə mövcud olur. Bu qruplar əsasən Men körfəzi və Alyaska sularında müşahidə edilir. Müşahidələr onu göstərmişdir ki, bu birliklərdə olan fərdlər arasında qohumluq əlaqələri yoxdur.[7]

Miqrasiya və çoxalma dövründə donqarlar əsasən yalquzaq, 2–15 başdan ibarət olan qruplar şəklində üzürlər. Balalı dişini adətən yetkin erkək müşahidə edir. Bu qruplar da belə daimi olmurlar. Üstəlik digər erkəklər gələrək yetkin erkəyi qova bilirlər. Aqressivlik digər fərdlərdən başqa gəmilərə qarşı həyata keçirilə bilər. Aqressivlik əsasən balinaların qruplar halında olması zamanı müşahidə edilir. Tənha balinalar arasında aqressivlik olmur.

Donqar balınaların mahıları redaktə

border=none  Əsas məqalə: Balina mahnıları

Qozbel balinalar özlərinin vokal repertuarına malikdir. Bu mahnılar onların cütləşmə dövründə mühüm rol oynayır. Dişilər rəngarəng səslər buraxmasına baxmayaraq, erkəklər daha melodik və davamlı mahnılar ifa edirlər.[39] Qozbel balinaların mahnısı müəyyən musiqili hissələrdən və "ifadələrdən" ibarətdir. Bu səslər 40–5000 diapazonda olur. Musiqi 6–35 dəqiqə davam edir. Fasilələrlə "konsert" bir necə saatdan bir necə günə qədər davam edə bilir. Erkəklər balalı dişilərin yaxınlığında uzun müddət üzərək davamlı səslər çıxarır.[40]

Papulyasiyadan asılı olaraq mahnılar fərqlənir. Səslərin dəyişməsi toy mövsümü daha tez müşahidə edilir. Balinalar ya solo ya da xor şəklində mahnılar ifa edirlər. Xor mahnıları 50 Qs — 10 kQs diapazonda olur. Ehtimal edilir ki, xor mahnılarının bu qədər güclü olması aqresiya ilə əlaqədardır.[38] 1996-cı ildə uzun müddət avstraliyalı bioakustika mütəxəssisi olan Maykl Noad tərəfindən aparılan müşahidələr onu göstərmişdir ki, balinalar qonşu dəstələrin mahnılarını dinləməyi bacarırlar. Bu müşahidələr Avstraliya sahillərində aparılmışdır.[41] Beləliklə də bu mahnılar bu canlıların miqrasiya yollarının müəyyənləşdirilməsində mühüm rol oynayır.

Ümumi götürdükdə bu mahnıların dişilərin cəlbi və ya digər erkəklərin qorxudulmasına xidmət etməsi dəqiq bəlli deyildir. Ancaq müşahidələr göstərir ki, bu mahnılardan sonra erkəklər arasında konfliktlər yaranır.[42] Mürəkkəb vokal səslər çoxalma və ya potensial qarşı fərdin mövcudluğu zamanı deyil, miqrasiya müddətində müşahidə edilir. Böyük ehtimal ki, bu mahnılar exolakasiya rolunu oynayır.[43]

Tibb Universitetinin əməkdaşı Horvard Hyuz bu mahnıların insanlar arasında dilin daşıdığı funksiyanı daşıdığını ehtimal edir. Bu mahnılar ayr-ayı sözlərdən ibarət olsa da nəhayətində ifadələr şəklində bitir. Bununla belə qısa mahnılar sintaktik birləşmə yolunu oynayır.[44][45] Buna bənzər fikir balinaların mahnı ifa etməsini kəşf edən Rocer Peyn və Skott Mak-Beym[46] tərəfindən irəli sürülmüşdür.

 
Bir donqar balinanın vokal səsinin diaqramla əksi

Çoxalması redaktə

Digər balinakimilər dəstəsinə daxil olan növlər kimi onların çoxalması müəyyən mövsümlərdə baş verir. Cütləşmə və balavermə dövrü (istisnalar mümkündür) qış-yaz mövsümündə baş verir. Qışlamanı subtropiktropik enliklərdə keçirdikləri müddət cütləşmə baş verir. Bu zaman dişilərdə etrus çıxır, erkəklərdə isə spermatoqenes güclənir. Cənub yarımkürəsindən dişilərin cütləşməyə hazır olma dövrü iyundan noyabra qədər ki dövrü əhatə edir. Ən pik vaxtı isə iyula[17] təsadüf edir. Şimal yarımkürəsində isə bü müddət 6 aydır. Cəmi 16–28 % dişi ildə iki, 8% isə üç dəfə periodu yaşayır.[17] Qon dönəmində balinalar olduqca aqressiv olurlar. Erkəklər 2–20 başdan ibarət olan qrup yaradırlar. Bu qrup cütləşməyə hazır olan dişilərdən ibarət qrupun ətrafına dolaşır. Cütləşmə zamanı dişi və erkəklər yaxın-yaxına üzür, ön üzgəcləri ilə əl çalır, quyruq üzgəcini isə güclü şəkildə suya çırpır. Onlar sonradan qarın-qarına vertikal şəkildə səthə doğru üzürlər.[37]

Boğazlıq dövrü 11–11,5 ay davam edir. Embrion bətndə inkişaf sürəti bir aya 35 sm-dir. Bu sürət baxımından yalnız göy balinafinvallara[7] uduzur. Ovlanan dişilərdə bəzən iki cift aşkarlansa da, iki bala qeydə alınmamışdır.[17] Bunu da qeyd etmək lazımdır ki, bu növün nümayəndələrində siam əkizləri olan embrionlar aşkarlanmışdır.[47] Şimal yarımkürəsində bala vermə fevral, cənub yarımkürəsində isə avqustun əvvəllərinə təsadüf edir.[17] Yeni doğulan balanın uzunluğu 4,5 m, çəkisi isə 700 kiloqramla 2 ton arasında dəyişir. Südlə bəslənmə 10–11 ay davam etsə də, bala artıq 6 aylığında müstəqilləşə bilir. Bu müddət ərzində uzunluqları 8–9 m, çəkisi isə 9 ton olur. Gün ərzində bala 40–45 kq süd içir. Südün yağlığı 45–49 %[48] olur. Bala ananın yanından bir il müddətində ayrılmır. İstisna olaraq bu iki il müddətinə uzana bilir. Erkəklər balanın bəslənməsində iştirak etmir.

Yetkinlik 5–6 illiyində baş verir. Bu zaman dişinin uzunluğu 12 m, erkəklərdə isə 11,6 metrə çatır. Fiziki yetkinlik cinsi yetkinlikdən 8–12 il sonra başa çatır.[17] Dişilər 2–2,4 ildən bir bala verir. Bəzən isə bu hər il baş verə bilir.[7] Laktasiya dövrü yeni boğazlıq dövrünə toplanır. Onların populyasiyası digər zolaqlı balinalara nisbətdə daha tez bərpa edilir.[26]

Ömür müddəti. Parazitlər redaktə

 
Qozbel balina su üzərinə atılarkən[49]

Qozbel balinaların ömür müddəti dəqiq müəyyənləşdirilməmişdir. Səbəb isə balina ovu sənayesinin kütləvi inkişafı zamanı əsasən yaşlı fərdlərin ovlanmasıdır. Bu zaman təqribi olaraq onların yaşının 40–50 olması müəyyənləşdirilmişdir. Ov zamanı tutulmuş ən yaşlı canlının 48 yaşı olmuşdur.[17] Balinaların yaşı qulaq tıxaclarında olan qatlarla müəyyən edilir.

Donqar balinalar üzərində Zolaqlı balinalar fəsiləsinə daxil olan digər növlərdən daha çox parazit aşkarlanır. Bu isə onların sakit və astagəl üzmələri ilə əlaqələndirilir. Bir qayda olaraq parazitlər əsasən bu canlıların boğaz və uragenital zonasında daha çox yayılırlar. Ekzoparazitlər arasında bığayaqlı xərçənglər (Coronula diadema, Coronula regina), kürəkayaqlı xərçənglər (Penella) və balina bitləri (Paracyamus boopis, Cyamus elongatus), dəniz cürəsi (Conchoderma)[7] üstünlük təşkil edir. Üstəlik kommensal fəaliyyət göstərən yumru qurdların növü olan Ogmogaster ceti zolaqlı balinalar üçün karakterikdir. Endoparazitlərə isə xərçəngkimilərdən olan trematod, nematod, sestodtikanbaşlılar daxildir.

Qozbel balinaların təbii düşmənləri olduqca azdır. Cavan fərdlərin quyruq və bədən nahiyələrində olan çapıqlara görə onu demək olar ki, köç dönəmində onlara Osalar hücum edir[50]. Əsasən körpə balina balaları hədəf seçilir. Bala ilə köç edən ana balina Osa sürüsündən balasını qorumaq məqsədi ilə onu bel hissəsində onlardan gizlədir. Osalar isə quyruqlarının dalğavari hərəkəti ilə balanı anadan ayırmağa çalışırlar. Ancaq dişvari yan, quyuq üzgəclər və güçlü su itələmə qüvvəsi Osalar üçün böyük təhlükədir. Əgər Osalar məqsədlərinə nail olsalar onda balanı suyun dibinə çəkərək boğurlar. Bundan sonra isə bala balinanın cəsədi parçalanır. Ola bilsin ki, bu çapıqlar köpəkbalıqlarının etdiyi hücumların nəticəsidir. Qozbel balinaların hansı xəstəlikdən əziyyət çəkmələri praktiki öyrənilməmişdir.

Populyasiyanın statusu redaktə

Hazırda qozbel balinalar öz populyasiyalarını bərpa edə bilmişdir. Beynəlxalq Ətraf Mühiti Qoruma Birliyi tərəfindən Qırmızı kitaba görə təhlükəsi olmayan növ (LC)[51] olaraq daxil etmişlər.[52]

Sayları redaktə

Uzun zaman Qozbel balina balina ovu sənayesinın əsas hədəfi olmuşdur. Bu isə onların sayının azalmasına öz təsirini göstərmişdir. Onların populyasiyası 125–150 min[53] baş olması ehtimal olunurdu. Hazırda isə saylarının təxmini olaraq 30–60 min[48] baş olması ehtimal edilir (Arealın genişliyi dəqiq sayı müəyyənləşdirməyə çətinliklər törədir).

  • İlk əvvəllər Şimali Atlantika regionunda Qozbel balinaların sayı 15 min baş[54] olaraq qiymətləndirilirdi. Ovuna qadağa qoyulan zanan isə sayları 700 başa[55] qədər enmişdi. 1980-ci illərin əvvəllərində sayları 5500–6570 başa qədər artır.[53] 1990-cı illərdə sayları 10 600 başa çatır. Şimali Atlantika regionunda sayları1100 başa edir.[56]
  • İlk əvvəllər Şimali Sakit okean regionunda sayları 10–15 min başa çatırdı. 1976-cı ildə sayları 1200–1600 başa, 1983-cü ildə isə 600–895 başa qədər azalır.[53] 1997-ci ildə saylarında artım müşahidə edilir və 6010 baş təşkil edir.[7]
  • Cənub yarımkürəsində ilk əvvəllər sayı 100 min baş təşkil edirdi. 1965-ci ildə sayları 3000 başdan belə az olur.[57] Hazırda sayları 20 min başa çatır.[58]
  • Hind okeanın şimal regionunda 1980-ci illərdə sayları 500 baş[53] olmuşdur.

Sayına təsir göstərən amillər redaktə

 
Biq-Sur rayonu sularında ölmüş balina.

Qozbel balina digər iri balinalar kimi intensiv ovlanmaya məruz qalmışdır. 1966-cı ilə qədər həyata keçirilən ovlanma sayəsində sayları 90 % qədər azalmışdır. İlk qeydə alınmış rəsmi qozbel balina ovu 1609-cu ildə Nantaket yaxınlığında həyata keçirilmişdir. Aktiv iqtisadi ovlanma XVIII əsrdən həyata keçirilir. Onlar əsasən piyinə və ətinə görə ovlanırdılar. Bu növün özünə məxsus xüsusiyyəti sahildən elə də uzaqda üzməməsi onların ov obyektinə çevrilməsinə səbəb olurdu. XIX əsrdə donqarların böyük qisminin ovu Şimali Atlantikada (əsasən ABŞ sahillərində), az qismi isə Hind okeanıSakit okean sularına həyata keçirilirdi. Artıq 1904-cü ildən cənub yarımkürəsində onun sənaye əhəmiyyətli ovu həyata keçirilməyə başlanılır. Sənayenin mexanikləşdirilməsi sayəsində dünya okeanında təqribi hesablamalara görə 181 400 donqar[26] ovlanmışdır. Belə düşünülür ki, bu hələ azaldılmış qiymətdir. Şimal donqarlarının 1937–1949 illər ərzində ovuna qadağa qoyulsa da sonradan ovlanma həyata keçirilmişdir. Bir müddət sonra mühafizə yenidən tətbiq edilmişdir: Şimali Atlantika 1955, Cənubi Atlantika 1964,[26] Cənub yarımkürəsi 1963, Şimali Sakit okean regionunda 1966.[53] Bu növün tam ovlanmasına isə qadağa 1966-cı ildən Beynəlxalq Balina ovu sənayesi komissiyası tərəfindən həyata keçirilmişdir. Bu növün illik ov limiti cəmi bir necə baş olaraq müəyyənləşdirilmişdir. Onun ovu əsasən Bekiya adası sahillərində (Sent-Vinsent və Qrenadin) Karib dənizi sularında həyata keçirilir. Yaponiyada fəaliyyət göstərən JARPA-II elmi proqramı çərçivəsində 2007-ci ildə 50 donqarın ovlanmasını həyata keçirməyi düşünürlər.

Ova qoyulan qadağadan sonra sayının bərpası baş verir. Əbəs yerə 1990-cı ildə МСОП Qırmızı kitabın göstərici Endangered (Təhlükəli növ) Vulnerable (zəif növ) olaraq dəyişdirilməmişdir. Hazırda donqarların həyatı üçün əsas təhlükə gəmilərlə toqquşma və okeanların səs dalğaları ilə dolmasıdır ancaq bu onların sayına təsir göstərmir.[7] Üstəlik donqarların ölümünə digər səbəb isə onların exolakatorlara sahib olmamasıdır. Donqarlar qarşıdakının nə olmasını müəyyən etmədiyindən balıqçı torlarına ilişərək elə buradaca ölürlər. Bu hadisələr əsasən Nyufaundlend-Labrador və Men körfəzi sularında daha tez-tez müşahidə edilir.[31] Burada onlar torların 90 % zədələyirlər.[26] 1987-ci ilin noyabrından 1988-ci ilin yanvar ayına qədər müddətində 14 donqar saksitoksinlə zəhərlənmiş skumbriya yedikdən sonra ölmüşdür.[56] Qozbel balinaların ənənəvi nəsilartırma yerlərinin dəniz nəqliyyat vasitələrinin və kraterlərin intensiv ziyarətinə məruz qalması, bu bölgələrə turistik ziyarətlərin çoxalması və bununla əlaqədar yaranan səs-küylər onların nəsil artırmasına maneə törədir. Əslində isə bu növ insana olduqca öyrəncəli olur.

Sevimli və enerjili olan bu canlılar turistlərin marağına səbəb olur. Bununla bağlı turistik bölgələr meydana gəlmişdir. Buna misal kimi Dominikan Respublikasının Samana yarımadası və Argentinanın Valdes yarımadasını göstərmək olar. Təsadüfü deyildir ki, Havay adaları bölgəsinə donqarları görmək məqsədi ilə edilən turistik səfərlər ümumi olaraq dövlətin iqtisadiyyatı üçün hər il 20 milyon $ gəlir gətirir.[59]

Qozbel balina incəsənətdə redaktə

  • "Ulduz yolu 4: Evə səyahət" qozbel balinaların ovlanması təhlükəsi əsnasında çəkilmişdir.
  • 2014-cü ildə koreyalıların çəkdiyi "Piratlar" filminin süjet xətti bir balinanın ətrafında dövr edir. Belə ki, balina Çin imperatorunun Koreya imperatoruna hədiyyə etdiyi "kral möhürünü" udmuşdur.
  • "Dayazlıq" filminin süjeti xətti böyük ağ köpəkbalığı tərəfindən öldürülmüş donqar balina ətrafında qurulub.

Maraqlı fakt redaktə

  • Alimlər müəyyən etmişlər ki, dəniz məməlilərinin böyük əksəriyyəti istiqaməti yerin maqnit sahələrinə əsasən müəyyən edə bilirlər. Belə düşünülür ki, qütb parıltısı maqnit qütblərinin müvəqqəti də olsa yerlərini dəyişməsinə təsir göstərə bilir. Bu isə qozbel balinaların səmtlərini dəyişməsinə və yanlış istiqamətə yönlənməsinə səbəb olur. Hətta onların sahilə və ya qayalığa çırpılması ilə nəticələnə bilər.

Ədəbiyyat redaktə

Kitablar redaktə

  • Clapham, Phil. Humpback Whales. Voyageur Press. 1996. ISBN 978-0-89658-296-5.
  • Clapham, Phil. Humpback Whale // Encyclopedia of Marine Mammals. San Diego: Academic Press. 2002. ISBN 0-12-551340-2.
  • Dawbin, William H. The Seasonal Migratory Cycle of Humpback Whales. University of California Press. 1966.
  • Dawes, John; Campbell, Andrew. Exploring the World of Aquatic Life. Infobase Publishing. 2008. ISBN 978-1-60413-255-7.
  • Evans, Peter G.H.; Raga, Juan Antonio. Marine Mammals: Biology and Conservation. Springer Science & Business Media. 6 December 2012. ISBN 978-1-4615-0529-7.
  • Reeves, Randall R.; Stewart, Brent S.; Clapham, Phillip J.; Powell, James A. National Audubon Society guide to marine mammals of the world. Alfred A. Knopf. 2002.
  • Struthers, Sir John. Memoir on the Anatomy of the Humpback Whale, Megaptera Longimana. Maclachlan and Stewart. 1889.

Jurnal məqalələri redaktə

  • Best, P. B. "Increase rates in severely depleted stocks of baleen whales". ICES Journal of Marine Science. 50 (2). 1993: 169–186. doi:10.1006/jmsc.1993.1018.
  • Smith, T.D.; Allen, J.; Clapham, P.J.; Hammond, P.S.; Katona, S.; Larsen, F.; Lien, J.; Mattila, D.; Palsboll, P.J.; Sigurjonsson, J.; Stevick, P. T.; Oien, N. "An ocean-basin-wide mark-recapture study of the North Atlantic humpback whale". Marine Mammal Science. 15. 1999: 1–32. doi:10.1111/j.1748-7692.1999.tb00779.x.
  • Franklin, T.; Franklin, W.; Brooks, L.; Harrison, P.; Baverstock, P.; Clapham, P. "Seasonal changes in pod characteristics of eastern Australian humpback whales (Megaptera novaeangliae), Hervey Bay 1992–2005". Marine Mammal Science. 27 (3). 2011: E134–E152. doi:10.1111/j.1748-7692.2010.00430.x.

Mənbə redaktə

Səs faylları redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Arnason, U., Gullberg A. & Widegren, B. "Cetacean mitochondrial DNA control region: sequences of all extant baleen whales and two sperm whale species". Molecular Biology and lution. 10 (5). September 1, 1993: 960–970. PMID 8412655. 2009-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-25.
  4. Sasaki, T.; və b. "Mitochondrial Phylogenetics and Evolution of Mysticete Whales". Systematic Biology. 54 (1). March 4, 2011: 77–90. doi:10.1080/10635150590905939. PMID 15805012. İstifadə tarixi: 2011-06-06.
  5. Hatch, L.T., Dopman, E.B. & Harrison, R.G. "Phylogenetic relationships among the baleen whales based on maternally and paternally inherited characters" (PDF). Molecular Phylogenetics and Evolution. 41. May 26, 2006: 12–27. doi:10.1016/j.ympev.2006.05.023. December 10, 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 20, 2017.
  6. Gingerich P. Whale Evolution // McGraw-Hill Yearbook of Science & Technology (PDF). The McGraw Hill Companies. 2004. 2019-12-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-20.
  7. 7,00 7,01 7,02 7,03 7,04 7,05 7,06 7,07 7,08 7,09 7,10 7,11 7,12 7,13 7,14 7,15 7,16 7,17 Clapham P. J., Mead J. G. 1999. Megaptera novaeangliae Arxivləşdirilib 2007-04-18 at the Wayback Machine. Mammalian Species No. 604: 1–9. Published by the American Society of Mammalogists, 5 may 1999.
  8. Martin, Stephen. The Whales' Journey: a year in the life of a humpback whale, and a century in the history of whaling. — Allen & Unwin, 2002. — 272 pp. Book Review.
  9. Liddell, Henry George; Scott, Robert. Liddell and Scott's Greek-English Lexicon, Abridged. Martino Fine Books. 2 February 2015. ISBN 978-1-61427-770-5. 19 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2017.
  10. Martin, Stephen. The Whales' Journey. Allen & Unwin. 2001. səh. 251. ISBN 978-1-86508-232-5. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-20.
  11. "Professor Struthers and the Tay Whale". 2005-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-06-19.
  12. Williams, M. J. "Professor Struthers and the Tay whale". Scottish Medical Journal. 41 (3). 1996: 92–94. PMID 8807706.
  13. Pennington, C. The modernisation of medical teaching at Aberdeen in the nineteenth century. Aberdeen University Press, 1994.
  14. "Humpback whale subspecies revealed by genetic study". Science Daily. May 20, 2014. September 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2014.
  15. Tina Ghose. "Oceans Apart: 3 Humpback Whale Subspecies Identified". Discovery News. May 22, 2014. September 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2014.
  16. "Okeanlardakı balinalar". azecology.az. 2017-01-23. 2017-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23-01-2017.
  17. 17,0 17,1 17,2 17,3 17,4 17,5 17,6 Chittleborough, R. G. Dynamics of two populations of the humpback whale, Megaptera novaeangliae (Borowski) // Australian Journal of Marine and Freshwater Research. — 1965. — 16:33 — p. 128.
  18. Leatherwood S., Caldwell D. K., & Winn H. E. Whales, dolphins, and porpoises of the western North Atlantic. A guide to their identification. — 1976. — U. S. Dept. of Commerce, NOAA Technical Report NMFS Circular 396. — 176 pp.
  19. 19,0 19,1 True, F. W. The whalebone whales of the western North Atlantic compared with those occurring in European waters. — Smithsonian Institution Press, Washington, District of Columbia, 1904. — 332 pp. Kitabın elektron versiyası.
  20. Томилин А. Г. Звери СССР и прилежащих стран. — Т. IV. Китообразные. — М.: Изд-во АН СССР, 1957. — 717 с.
  21. Felts, W. J. L. Some functional and structural characteristics of cetacean nippers and flukes // K. S. Norris, ed. Whales, dolphins, and porpoises. — University of California Press, Berkeley, 1966. — Pp. 255–276 (789 pp).
  22. "Qozbel balinalar üçün nadir hall. Avstraliya sahillərində albinos balina aşkarlanmışdır". azecology.az. 2017-01-23. 2017-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23-01-2017.
  23.  (ing.) Andrea M. Polanowski, Sarah M. Robinson-Laverick, David Paton, Simon N. Jarman. "Variation in the Tyrosinase Gene Associated with a White Humpback Whale (Megaptera novaeangliae)". Journal of Heredity. Oxford Journals. 103 (1). 30 mart 2011: 130–133. 2015-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
  24. Kaufman G., Smultea M. A. and Forestell P. Use of lateral body pigmentation patterns for photo ID of east Australian (Area V) humpback whales // Cetus. — 1987. — V. 7 (1). — Pp. 5–13.
  25. Palsboll P. J., Allen J., Berube M., Clapham P. J., Feddersen T. P., Hammond P. S., Hudson R. R., Jorgensen H., Katona S., Larsen T. H., Larsen F., Lien J., Mattila D. K., Sigurjonsson J., Sears R., Smith T., Sponer R., Stevidk P., & Olen N. Genetic Tagging of Humpback Whales Arxivləşdirilib 2010-12-14 at the Wayback Machine // Nature. — 1997. — V. 388. — Pp. 767–769.
  26. 26,0 26,1 26,2 26,3 26,4 26,5 26,6 26,7 Rusiyanın nadir və nəsli kəsilmək üzrə olan canlıları: Donqar və ya qozbel balina (Megaptera novaeangliae).
  27. 27,0 27,1 Rasmussen K., Palacios D. M., Calambokidis J., Saborío M. T., Dalla Rosa L., Secchi E. R., Steiger G. H., Allen J. M., & Stone G. S. Southern Hemisphere humpback whales wintering off Central America: insights from water temperature into the longest mammalian migration [1] [ölü keçid] // Biology Letters. — June 07, 2007. — V. 3. — № 3. — Pp. 302–305.
  28. 28,0 28,1 Darling J. D., Calambokidis J., Balcomb K. C., Bloedel P., Flynn K., Mochizuki A., Mori K., Sato E., Suganuma H. & Yamaguchi M. Movement of a humpback whale (Megaptera novaeangliae) from Japan to British Columbia and return // Marine Mammal Science. — 1996. — V. 12. — Pp. 281–287.
  29. Brown, M., Corkeron P. J., Hale P. T., Schultz K. W. & Bryden M. M. Evidence for a sex-segregated migration in the humpback whale (Megaptera novaeangliae) // Proceedings: Biological Sciences. — Feb. 22, 1995. — Vol. 259. — № 1355. — Pp. 229–234.
  30. Wilson D. E. & Ruff S. The Smithsonian Book of North American Mammals. — Smithsonian Institution Press, Washington D. C., 1999. — 750 p.
  31. 31,0 31,1 31,2 NatureServe. 2006. NatureServe Explorer: An online encyclopedia of life Megaptera novaeangliae Arxivləşdirilib 2007-10-11 at the Wayback Machine. Version 6.1. NatureServe, Arlington, Virginia. Available http://www.natureserve.org/explorer Arxivləşdirilib 2010-01-10 at the Wayback Machine. (Accessed: may 16, 2007).
  32. Rudnı Y. "Balinalar alimləri düz istiqamətli miqrasiyaları ilə təəccübləndirmişdir". membrana.ru. 2011-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-30.
  33. Travis W. Horton, Richard N. Holdaway, Alexandre N. Zerbini, Nan Hauser, Claire Garrigue, Artur Andriolo, and Phillip J. Clapham Straight as an arrow: humpback whales swim constant course tracks during long-distance migration Arxivləşdirilib 2015-09-15 at the Wayback Machine
  34. Мелвилл Герман. Моби Дик, или Белый кит. — Л.: Художественная литература, 1987. — С. 640.
  35. Whalenet Data Search. Arxivləşdirilib 2004-10-10 at the Wayback Machine Wheelock College.
  36. SPLASH Arxivləşdirilib 2007-07-11 at the Wayback Machine — Structure of Populations, Levels of Abundance and Status of Humpbacks.
  37. 37,0 37,1 Kurlansky, M. 2000. Megaptera novaeangliae Arxivləşdirilib 2007-05-18 at the Wayback Machine (On-line), Animal Diversity Web. Accessed may 16, 2007.
  38. 38,0 38,1 Department of the Environment and Water Resources (2007). Megaptera novaeangliae Arxivləşdirilib 2009-06-05 at the Wayback Machine in Species Profile and Threats Database, Department of the Environment and Water Resources, Canberra. Available from: http://www.environment.gov.au/sprat Arxivləşdirilib 2008-11-23 at the Wayback Machine. Accessed 2007–05–21@06:18:15.
  39. "Qozbel balinaların mahnı oxumaqlarının səbəbləri". avromedia.az. 2017-01-23. Archived from the original on 2021-09-17. İstifadə tarixi: 23-01-2017.
  40. Hour long whale songs woo females Arxivləşdirilib 2007-10-11 at the Wayback Machine. (01 fevral 2006). The University of Queensland Arxivləşdirilib 2013-05-20 at the Wayback Machine, Brisbane, Australia.
  41. Noad M. Singing giants change their tune // Nature Australia. — 2002. — V. 27. — № 4. — P. 36.
  42. Humpback Whales. Song of the Sea. Arxivləşdirilib 2007-04-19 at the Wayback Machine Public Broadcasting Station.
  43. Mercado E. III & Frazer L. N. Humpback Whale Song or Humpback Whale Sonar? A Reply to Au et al. Arxivləşdirilib 2003-05-15 at the Wayback Machine (PDF) // IEEE Journal of Oceanic Engineering. — 2001. — V. 26. — № 3. — Pp. 406–415.
  44. Khamsi R. Whale song reveals sophisticated language skills. Arxivləşdirilib 2008-02-09 at the Wayback Machine (23 March 2006 12:24). NewScientist.com news service.
  45. Donqar balinalar qəliz dildə mahnı oxuyurlar Arxivləşdirilib 2007-10-11 at the Wayback Machine. (27 mart 2006 21:30). Materiallar: New Scientist, Компьюлента
  46. Payne, R. & McVay S. Songs of humpback whales // Science. — 1971. — 173. — Pp. 587–597С.
  47. В. А. Земский, Г. А. Будыленко. Киты южного полушария: Сб. научн. тр. Атлант. НИИ рыб.хоз. и океанографии. Калининград, 1970. Вып. 29. С. 225–230.
  48. 48,0 48,1 Marinebio novaeangliae, Humpback Whale — MarineBio.org. Retrieved Monday, may 21, 2007.
  49. "Xilasediciləri öz rəqsi ilə heyran qoyan qozbel balina". azecology.az. 2017-01-23. Archived from the original on 2015-03-10. İstifadə tarixi: 23-01-2017.
  50. Clapham, P. J. The social and reproductive biology of humpback whales: an ecological perspective (PDF) // Mammal Review. — 1996. — V. 26. — Pp. 27–49. Просмотр: 2007–05–20.
  51. "Megaptera novaeangliae". The IUCN Red List of Threatened Species. Beynəlxalq Ətraf Mühiti Qoruma Birliyi. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2016.
  52. "Qozbel balinaların nəslinin kəsilmə təhlükəsi aradan qalxıb". azertag.com. 2017-01-23. Archived from the original on 2021-01-24. İstifadə tarixi: 23-01-2017.
  53. 53,0 53,1 53,2 53,3 53,4 Dolphins, Porpoises, and Whales of the World: Red Data Books (Intl Union for the Conservation of Nature & Natural Resources) / Klinowska M. (compiler). — IUCN, Gland, Switzerland, and Cambridge, United Kingdom, 1991. — 429 pp.
  54. Nowak, R. M. Walker’s mammals of the world. 6th Ed. — Johns Hopkins Univ. Press, Baltimore, 1999. — Vols. I and II.
  55. Breiwick J. M., Mitchell E., Reeves R. R. Simulated population trajectories for northwest Atlantic humpback whales 1865–1980. / Fifth biennial Conference on Biology of Marine Mammals, Boston, 1983. — P. 14.
  56. 56,0 56,1 Humpback Whale (Megaptera novaeangliae): Gulf of Maine Stock. Arxivləşdirilib 2007-07-15 at the Wayback Machine (Sentyabr 2000). NOAA Fisheries: Office of Protected Resources.
  57. Curry-Lindahl, K. Let Them Live; a worldwide survey of animals threatened with extinction. — Morrow & Company, Inc. New York, NY, USA. — 1972.
  58. National Marine Fisheries Service (NMFS). Marine Mammal Protection Act of 1972 — Annual Report, 1/1/92–12/31/93 Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine. — 1994.
  59. "Whale Watching in Hawai`i". Office of National Marine Sanctuaries. 28 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2012.

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023