Qrız Haqqinda Melumat - Vikipedia

Qrız Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

QrızAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Qrız
41°12′56″ şm. e. 48°14′48″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.016 m
Saat qurşağı
Əhalisi
Əhalisi 274 (2009) nəfər
Milli tərkibi Qrızlar
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Qrız xəritədə
Qrız
Qrız
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı redaktə

"Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.

Tarixi redaktə

Yazılı mənbələrdə Qrız toponiminə ilk dəfə X əsrdə rast gəlinir. XVIII əsrdə Qrız Şeyxəli xanın Rusiya imperiyasına qarşı apardığı mübarizədə onun mərkəzi iqamətgahı olmuşdur. Kəndin ərazisində bir qədim dağılmış məscid var. Bəzi məlumatlara görə bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl Xorasani tərəfindən təxminən VIII əsrdə inşa edilib. Məscid Əbu Müslimin adını daşıyır. Eyniadlı məsciddən yaxınlıqdakı XınalıqCek kəndlərində də var.

 
Xınalıq mahalı

Toponimikası redaktə

Qrız oyk., sada. Quba rayonunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Qnz etnooykonimdir. Dağıstan dillərinin ləzgi qrupunun Şahdağ yarımqrupuna məxsus dildə danışan qrızların əsas kəndidir. Yerli Qərəz adından təhrifdir. Qafqazdilli buduqların içərisində Qərəd, qnz dilinin dialektində danışan haputlular ara¬sında isə Hərəd formasındadır. Bütün hallarda oykonim (Qərəz, Qərəd və Hərəd) “hərlə¬rin yeri” mənasım verir. Qnzlılar özlərini har adlandırırlar. Mənşəcə ehtimal ki, Albaniyanın (Qafqaz) şm.-q.-ində qəd. gürcü mənbələrində Hereti (Her ölkəsi, yeri) mahalında yaşamış her tayfasının adım əks etdirir.[1]

Əhalisi redaktə

Qrız kəndində hazırda 30-40 ev var. Kəndin əhalisi 368 nəfərdir. Yerli əhalinin bildirdiyinə görə vaxtilə burda 777 ev (bu evlər daş birmərtəbəli evlər olub, tavanı hamar və torpaqla örtülü olurdu) olub və orada 8000-ə yaxın əhali yaşayıb. Lakin onlar bir sıra amillərin təsiri altında miqrasiya etmişlər. Əhali əsasən heyvandarlıqla və dəmyə əkinçiliyi ilə məşğul olur. Xalça və palaz toxunması kimi sənətlər inkişaf etmişdi. Bundan başqa Qrızda vaxtilə yəhudilər də yaşamışlar, onları bura Fətəli xan köçürmüşdu. Bu gün də kənddə yəhudi qəbirstanlığı mövcuddur. Kənddə əhalisini qrızlar təşkil edir. Qrız kəndi qrızların mərkəzi iqamətgahıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 274 nəfər əhali yaşayır.[2]

Coğrafiyası redaktə

 
Qrız kəndinin qarlı dağları

Qrız kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2000–2050 m yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara və çay var. Kəndin yaxınlığında Bab bəy – Bab ata (Pir Qirim Şam baba) və Pir Cəlal türbəsi kimi müqəddəs yerlər var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Bundan başqa kənddə o qədər də yaxşı vəziyyətdə olmayan məktəb, bələdiyyə binası və yeni məscid var. Kəndə gedən yol yoxdur. Digər dağ kəndlərinə (Qrızdəhnə, Əlik, Cek, Haput) nisbətən Qrıza getmək daha çətindir.

Təhsili redaktə

Qrız kəndindəki məktəb 9 illikdir.[3] Qəzalı vəziyyətdə olan binası 1936-cı ildə tikilib.[3] Həmin bina Sovet vaxtında sovxozun mədəniyyət binası olub, sonradan məktəbə verilib.[3]

Turizm redaktə

Kənd ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15–20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var.[4]

Şəkillər redaktə

Ədəbiyyat redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. 3,0 3,1 3,2 Azərbaycandakı bu məktəbdə heç kim işləmək istəmir – FOTO Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine. azadliq.info, 13.04.2016  (az.)
  4. Azərbaycanda dağ turizmi: imkanlar və perspektivlər.[ölü keçid] 01.11.2013.  (az.)

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023