Qriqori Hüseynov Haqqinda Melumat - Vikipedia

Qriqori Hüseynov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qriqori Hüseynov

Qriqori Camal oğlu Hüseynov (Ukraynaca: Григо́рій Джама́лович Гусе́йнов), (23 avqust 1950) — Taras Şevçenko adına Ukrayna Milli mükafatı – (2006), – Azərbaycan əsilli Ukrayna yazıçısı və jurnalisti, Ukrayna Milli Yazıçılar Birliyinin üzvü, Taras Şevçenko adına Ukrayna Milli mükafatı laureatı

Qriqori Hüseynov
Doğum tarixi 23 avqust 1950(1950-08-23) (73 yaş)
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, redaktor

Həyatı redaktə

Qriqori Camal oğlu Hüseynov 23 Avqust 1950-ci ildə Ukraynanın Kirovoqrad vilayətinin Pomoşnaya şəhəri, Dobroveliçkov rayonunda anadan olmuşdur. Atası Camal Hüseynov əslən Azərbaycanın Gəncə şəhərindəndir.

1976–1982-ci illərdə İ.İ.Meçnikiov adına Odessa Milli Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət dülgər, daha sonra dəmiryolu işçisi kimi fəaliyyət göstərmişdir.

1979–1981-ci illərdə Nokolayev vilayətinin Voznesensk şəhərində çıxan "Sovetskaya Pravda" qəzetinin məsul katibi işləmişdir.

1981–1994-cü illərdə "Krasnıy qornyak" (Krivoy Roq) qəzetinin müxbir və təbliğat şöbəsinin müdiri, habelə məsul katibi, 1994-cü ildən — "Kuryer Krivbassa" (Krivoq Roq) ədəbi dərgisinin baş redaktoru olmuşdur.

1996-cı ildən Ukrayna Milli Yazıçılar Birliyinin (Націона́льна спі́лка письме́нників Украї́ни) üzvüdür.

Qriqori Hüseynov 20-dən artıq Ukrayna və beynəlxalq səviyyəli ödülün laureatıdır. O, həmçinin Taras Şevçenko adına Ukrayna Milli Mükafat Komitəsinin üzvüdür.

O, ədəbi yaradıcılıqla yanaşı, Ukraynada Azərbaycan icmalarının işində, onların təşkilatlanmasında yaxından iştirak edir. Xarkov şəhərində Azərbaycan Kültür Mərkəzi onun təşəbbüsü ilə yaradılmışdır.

Yaradıcılığı redaktə

Yazıçının "Uşaqlıq hekayəsi"nin son variantında Qarabağın son hakimi Mehdiqulu xanın qızı, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan haqqında bəhs olunmuşdur. Həmin əsərin son variantında həmçinin Qarabağla bağlı məqamlar çoxdur.

Qriqori Hüseynova ədəbi şöhrət gətirən "Stansiya pastoralları. Uşaqlığın etirafı" kitabı olmuşdur. Müəllifin uşaqlıq illərindən bədii şəkildə bəhs edən əsər Ukrayna oxucuları tərəfindən maraqla qarşılanmışdır. Burada sadə və anlaşıqlı şəkildə İkinci Dünya müharibəsi, savaşdan sonrakı dövrdə adi ukraynalılarla azərbaycanlıların münasibətlərindən bəhs edilir. Əsərdə ən çətin anlarda insanların bir-birlərinə necə kömək etməsi və ukraynalı qadın və azərbaycanlı kişinin sevərək ailə qurması haqqında fikirlər də yer almışdır. Həmçinin kitabda müharibədən əvvəl xalça istehsalçısı olan atası Camalın doğulduğu Gəncəyə ilk səfəri ilə bağlı məqamlar yer almışdır.

Yazıçının "Şərq küləyi" əsəri də onun yaradıcılığının diqqətəlayiq örnəklərindəndir. Bu əsərdə yazıçı Çuvaş şairi Mişşi Sespelin və son Xivə xanı Seyid-Abdulla-Abdurasulomun həyat və ölümü ilə bağlı əvvəllər məlum olmayan faktlara işıq tutur.

Mükafatları redaktə

  • İvan Oqienko adına mükafat – (1996)
  • Antonoviç Fondunun mükafatı – (ABŞ, 2002)
  • Vladimir Vinniçenko adına mükafat – (2003)
  • Valerian Pidmoqilno adına mükafat – (2004)
  • Vasili Stus adına mükafat – (2005)
  • Taras Şevçenko adına Ukrayna Milli mükafatı – (2006)

Kitabları redaktə

  • 1993 – "Девственные снега";
  • 1995 – "Чаша ювелира Карла Фаберже";
  • "Песчаный Брод и его окрестности" ;
  • 2000–2005 – "Господние зерна" (в десяти томах)
  • 2011 – "Возвращение в Портленд";
  • 2013 – "Между временем и морем".

İstinadlar redaktə

Mənbə redaktə

Кіровоградщина: історія та сучасність центру України: В 2 т. / Дніпропетровськ: Арт-Прес, 2005. – Т. 1. – 496 с. – C. 91. ISBN 966-348-020-3. (ukr.)


Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024