Quba gəvəni Haqqinda Melumat - Vikipedia

Quba gəvəni Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Quba gəvəni

bitki növü

Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2.

Quba gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri redaktə

5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır. Paxlameyvələr təxminən 8 mm uzunluğunda, yarıyumutavari, çox qısa ayaqcıqlarda, yüngül uzunvari və qabarmış ağ tükcüklüdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri redaktə

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Quralığa nisbətən davamlıdır (mezokserofit), işıqsevəndir (heliofit), toxumla çoxalır, alp çəmənliklərində və cənub yamaclarının otlaqlarında, taxıl-müxtəlifotlarla qruplaşmalarda rast gəlinir.

Yayılması redaktə

Böyük Qafqazın Quba sahəsi (Qrız kəndi ətrafı) və şərq hissəsi (Şamaxı rayonu — Göylər kəndi ətrafı).

Sayı və tendensiyası redaktə

Antropogen amillər populyasiyanın sayının azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər redaktə

Antropogen təsir (otarılma, tapdalanma, biçənək), populyasiyasının az olması, otarılma nəticəsində torpaqlarda gedən eroziya.

Mühafizə tədbirləri redaktə

Xüsusi mühafizə tədbirləri hazırlanmışdır. Bitidiyi ərazidə yasaqlıq təşkil etmək, növün yeni areallarını aşkar etmək, toxumlarının toxum bankında saxlanılması, botanika bağlarında introduksiya etmək təklif olunur.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 213 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024