Qubanın ağ alması Haqqinda Melumat - Vikipedia

Qubanın ağ alması Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qubanın ağ alması

"Qubanın ağ alması"Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Səxavət Məmmədov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı.

Qubanın ağ alması
Dil Azərbaycan dili
Sözlərin müəllifi Xalq mahnısı

Haqqında redaktə

Bu mahnı ilə bağlı da folklor araşdırıcıları arasında müxtəlif fikirlər mövcud[1] olsa da, əsas iki mövqe hakimdir:

  • Onların bir qisminin fikrincə "Qubanın ağ alması" misrasının heç də bu mahnının hansısa bir qubalı sənətkar tərəfindən deyilməsinə dəlalət etmir[1]. Hər hansı bir azərbaycanlı el sənətkarı da ağ almanın Qubaya xüsusi şöhrət gətirməsi baxımından çıxış edib, onu öz deyiminə qafiyə kimi tərəf müqabili seçə bilərdi.
  • İkinci fikirdə olanlar isə mahnının məhz Qubada dünyaya gəlməsi fikrinə tərəfdardırlar[1].

Bəzi tədqiqatçıların fikrincə "Qubanın ağ alması" ilk dəfə Azərbaycan müğənnisi Cahan Talışinskayanın ifasından yazılmış və ifa edilmişdir. Qeyd edilir ki, o, bu mahnını Qubaya etdiyi qastrol səfərində eşitmişdir. Başqa bir versiyaya görə isə Cahan xanıma "Qubanın ağ alması" mahnısını akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı olan qubalı qızı Reyhan xanım oxumuşdur[2].

Sözləri redaktə

Qubanın ağ alması

I

Qubanın ağ alması,
Yeməyə var alması,
Yarım gələnə qalıb,
Yaramın sağalması.

II

Qubadan alma aldım,
Yarıma yola saldım.
Yarım gələnə kimi,
Heyva kimi saraldım.
Sevirəm, yar sevirəm.

Anonimlik iddiası redaktə

Türkiyədə keçirilən "O Səs Türkiyə" musiqi yarışmasının ikinci turunda iştirak edən Manolya Girişkenin ifasında "Iğdırın ağ alması" mahnısı səsləndirilmişdir. Sözləri türk dilinə uyğunlaşdırılmış mahnı ifadan əvvəl anonim kimi təqdim olunmuşdur[3]. Hadisə ilə bağlı bir sıra azərbaycanlı bəstəkar və sənətkarlar musiqinin anonim kimi təqdim olunmasına öz etirazını bildirmişdir[4].

İstinadlar redaktə

  1. 1 2 3 Maşallah Xudubəyli. Nəğməli, muğamlı dünyam (PDF). Bakı: "Elm və təhsil". 2012. 2018-07-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-21.
  2. Cahan Talışınskaya xalq mahnılarının və muğamların gözəl ifaçısı idi Arxivləşdirilib 2019-09-13 at the Wayback Machine. "Xalq Cəbhəsi", 16 mart 2012, səh. 13.  (az.)
  3. "Manolya Girişken - Iğdır'ın Al Alması | O Ses Türkiye". 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
  4. "O Səs Türkiyə"də "Qubanın ağ alması" qalmaqalı (VİDEO) Arxivləşdirilib 2017-11-10 at the Wayback Machine. istipress.com, 27.01.2017  (az.)

Həmçinin bax redaktə


Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024