Qumdaşı universitetləri Haqqinda Melumat - Vikipedia

Qumdaşı universitetləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qumdaşı universitetləri

"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib.

Qərbi Avstraliya Universiteti. Qumdaşından tikilmiş kampusu olan İrvinq Strit binası. Hal-hazırda universitet arxividir.

Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir.

Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.[1][2]

İstinadlar redaktə

  1. Department of Education Training and Youth Affairs (1998), The Characteristics and Performance of Higher Education Institutions, Canberra: Higher Education Division, Department of Education, Employment and Youth Affairs
  2. Department of Education Training and Youth Affairs (1999), Completions, Undergraduate academic outcomes for the 1992 commencing students, Melbourne: DETYA.

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023