Qumluq yaşayış yeri Haqqinda Melumat - Vikipedia

Qumluq yaşayış yeri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qumluq yaşayış yeri

Qumluq yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində qədim yaşayış yeri.

Qumluq yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad rayonunun Bist kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qumluq yaşayış yeri (Azərbaycan)
Qumluq yaşayış yeri

Yaşayış yeri Nəsirvazçaya doğru uzanan hündür dağın yamacında salınmışdır. Yaşayış yerinin ərazisi yabanı meyvə ağacları və bitki qalıqları ilə örtülmüşdür. Kəşfiyyat xarakterli qazıntılar göstərir ki, yaşayış yerində mədəni təbəqə yığılmamışdır. Maddi-mədəniyyət qalıqları yer üzərinə səpələnmiş daş alətlər və keramika nümunələrindən ibarətdir. Daş alətlər başlıca olaraq iri və kiçik həcmli dən daşlarının parçalarından ibarətdir. Boz rəngli tuf daşından hazırlanan dən daşlarının alt tərəfi oval, üst tərəfi isə yastı olub işlənmə nəticəsində aşınmış, bəzilərinin üst səthi qayıqşəkilli forma almışdır. Yaşayış yerindən toplanmış keramika nümunələrinin əksəriyyəti qalın divarlı təsərrü fat qablarının parça larından ibarətdir. Keramika nümunələri narın qum qatılmış gildən hazırlanaraq çəhra yı rəngdə yaxşı bişirilmiş, xaricdən anqoblan mış dır. Gil qab parçalarının birinin gövdəsi qabarıq bucaq şəkilli kəmərlə əhatə edilmişdir. Yaşayış yerində mədəni təbəqənin yığılmaması burada məskunlaşan tayfaların yarımköçəri həyat tərzi keçirdiyini, yaylaq maldarlığı ilə məşğul olduğunu göstərir. Yaşayış yerinin yaxınlığında yerləşən, onunla həmdövr olan nekropoldan aşkar olunan maddi-mədəniyyət nümunələri bu mədəniy yətin Xocalı-Gədəbəy mədəniyyətini daşıyan tayfalarla sıx bağlı olduğunu göstərir. Aşkar olunan materiallar Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti üçün xarakterik olub, e.ə. II minilliyin sonuna aiddir.

Ədəbiyyat redaktə

  • Baxşəliyev V. B. Ordubad rayonunun Bist kəndi ətrafında Son Tunc və Erkən Dəmir dövrünə aid abidələr. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. 2006, №2.

Mənbə redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024