Qurban Məsimov Haqqinda Melumat - Vikipedia

Qurban Məsimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019).[1]

Qurban Məsimov
Məsimov Qurban Abdulla oğlu
Doğum adı Qurban Abdulla oğlu Məsimov
Doğum tarixi 26 yanvar 1971(1971-01-26) (53 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti rejissor,aktyor
Təhsili Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası
Mükafatları Fəxri Mədəniyyət İşçisi ,Azərbaycan Respublikanın əməkdar artisti
IMDb ID3108239

Həyatı redaktə

Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir.

1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır. (2013)Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü,2013-cü ildən Abdulla Şaiq adina Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışır.(2014)UNİMA -Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvü.2018-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu kafedrasının müəllimi.2022-ci ildən baş müəllim.

30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9], 10 may 2022-ci ildə[10] və 6 may 2023-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.

Quruluş verdiyi tamaşalar redaktə

  1. Kimdir Müqəssir?(A. Haqverdiyev)
  2. Muğam Trio-Dizlər(Qurban Məsimov)
  3. Nərdivan(Qurban Məsimov)
  4. Cırtdan ve Göyçək Fatmanın yeni il sərgüzəştləri(Qurban Məsimov)
  5. Çanta- trio və… (Qurban Məsimov)
  6. Tıq-tıq və Taq-taqın nağılı(Abdulla Şaiqin Tiq-tiq xanım nağılının motivləri əsasında)
  7. Ağ babanın nağılı (Qurban Məsimov "Qoca və şir" azərbaycan xalq nağılının motivləri əsasında)
  8. Tilsimli meşə(Qurban Məsimov)
  9. Melodiya(Qurban Məsimov)
  10. Zəng(Qurban Məsimov) (2017 Qazaxıstan , Astana,5-ci Uluslararası teatr festivalı, Ən yaxşı kişi rolu mükafatı)
  11. Qırmızı papaq (Şarl Perro)
  12. Turp (Qurban Məsimov) (eyniadlı rus xalq nağılı əsasında)
  13. Cırtdan (M. Seyidzadə)
  14. Tri xrabretsa (M. Seyidzade)rus dilində
  15. Kəloğlan (Qurban Məsimov)
  16. Bizim Don Kixot (Rəhman Əlizadə)
  17. Yeddi nar çubuğu (Zülfüqar Rüfətoğlu)
  18. Göyçək Fatma (Kəmalə Ağayeva)
  19. Düyməcik (Hans Xristian Andersen)
  20. Hekayəti-Molla İbrahimxəlil kimyagər(M. F. Axundzadə (ADMİU)
  21. Leyləyin hədiyyəsi ("Vur dəyənək"özbək xalq nağılı motivləri əsasında)

Səhnə tərtibatı verdiyi tamaşalar redaktə

  1. Kimdir Müqəssir? Əbdürrəhimbəy Haqverdiyev
  2. Uçuş. Şeyx Əttar
  3. Ümid. S. Bekket
  4. Manqurt. Çingiz Aytmatov
  5. Şəngül, Şüngül, Məngül. M. Musabəyov
  6. Şərqə Səyahət. Bəxtiyar Xanızadə
  7. Dulusçu. Üzeyir Hacıbəyov
  8. Zibillik pərvanələri. Bəxtiyar Xanızadə
  9. Eşq. Bəxtiyar Xanızadə
  10. Balaca Şahzadə. Antuan de Sent-Ekzüperi
  11. Maska. Z. Zeynalov
  12. İnsan. Alber Kamyu
  13. Kölgə. Bəxtiyar Xanızadə
  14. Korlar. A. Məmmədov
  15. Foto Bahar. Üzel Arabul
  16. Kesa və Morito. Ryunosuke Akutaqava
  17. Qaraca qiz.(S. S. Axundov, A. Şaiq)
  18. Çanta- trio və… (Qurban Məsimov)

Teatrdakı rolları redaktə

  1. Şar və Nasos- Nasos. Bəxtiyar Xanızadə
  2. Nağaraçılar-Dikbaş
  3. Kvaksafon-İntelligent qurbağa
  4. Şərqə Səyahət-Məşuq, Oğru, 1-ci badam. Bəxtiyar Xanızadə
  5. Kimdir Müqəssir?-Mələk, Bəy. Əbdürrəhimbəy Haqverdiyev
  6. Şəngül, Şüngül, Məngül-2-ci Aparıcı, Div, Qazı. M. Musabəyov
  7. Uçuş-3-cü Saliq. Şeyx Əttar
  8. Zibillik Pərvanələri-Ölüm, Solist skripkaçı. Bəxtiyar Xanızadə
  9. Dulusçu-2-ci Gürcü. Üzeyir Hacıbəyov
  10. Eşq-Ulduz. Bəxtiyar Xanızadə
  11. Balaca Şahzadə-Təyyarəçi. A. Ekzüperi
  12. Kesa və Morito-Morito. R. Akutaqava
  13. İnsan-Şef, Müstəntiq, Prokuror. A. Kamyu
  14. Kölgə-Musiqiçi. Bəxtiyar Xanızadə
  15. Korlar-1-ci Kor. A. Məmmədov
  16. Foto Bahar-Fotoqraf. Üzel Arabul
  17. "Kesa və Morito"..-Morito. Ryunosuke Akutaqava
  18. "Tıq-tıq və Taq-taq" -Çoban, Siçan, Taq-taq(A. Şaiqin "Tıq-tıq xanım nağılı"-nın motivleri əsasında)
  19. "Açıq dənizdə"-Gombul. Slavomir Mrojek
  20. "Karol" -Baba. Slavomir Mrojek

Filmoqrafiya redaktə

  1. Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV)
  2. Nigarançılıq (film, 1998)Şəkili qulluqçu (tammetrajlı film-tamaşa) (TV)
  3. Yaşıl eynəkli adam-2 (film, 1999)Xoreoqraf (tammetrajlı bədii film) (TV)
  4. Nəm-Nəm (2000) — Nəm-Nəm (televiziya verilişi) (ABA TV)
  5. Nekroloq (film, 2001)Məcid (tammetrajlı bədii film) (TV)
  6. Salur Qazanın evi talandığı boy (film, 2001)
  7. Ovsunçu (film, 2002)sirk artisti (tammetrajlı bədii film)
  8. Yaşıl eynəkli adam-3 (film, 2002)Elman Telmanoviç (tammetrajlı bədii film) (TV)
  9. Bir anın həqiqəti (film, 2003)Rauf (çoxseriyalı bədii film)
  10. Dəvətnamə (film, 2003)Bəstəkar (tammetrajlı bədii film) (TV)
  11. Manqurt (film, 2003)
  12. Mətbəxdə şou-nəm-nəm (film, 2003) — Nəm-Nəm (televiziya verilişi) (Lider TV)
  13. Kişiləri qoruyun (film, 2006)
  14. Bəylik dərsi (film, 2007)Məzhəkəçi (tammetrajlı televiziya tamaşası) (TV)
  15. Cavid ömrü (film, 2007)Mikayıl Müşfiq (tammetrajlı bədii film)
  16. Gülməşəkər (veriliş, 2007) — Nəm-Nəm (televiziya verilişi) (AzTV)
  17. Arzular – Araz (İran)
  18. Arzular Aləminə Səyahət – Kloun Appa (elmi-tədris filmi)
  19. Xəzər gəlini ("Caspian bride" directed by Veit Helmer)– Abbas (Almaniya-Azərbaycan)
  20. İtkin Pay – Ruhiddin (İran)[12]
  21. Qraf Krestovski – Tayr (NTV-Rusiya)
  22. Təklif – 2-ci Dələduz rejissor Şərif QurbanƏliyev (film-tamaşa) (AzTV)
  23. Səkkizinci səma – Qurban (İran) 2010
  24. Aramızda qalsın (film, 2011-2013) (bədii serial) (Xəzər TV) — Mehman
  25. Bədirlenməmiş ay — Mikayıl Müşviq (televiziya filmi 2011) AzTV
  26. Mirzə Ələkbər Sabir — Abbas Səhət (televiziya filmi 2012) AzTV
  27. Oğlan evi-Kapitan Rzayev(rejissor İlham Qasımov)bədii film 2016
  28. Oğlan evi 2 -Kapitan Rzayev(rejissor İlham Qasımov)bədii film 2016
  29. Milionluq quş (2017)- Otel sahibi kinokomediya 2017(Türkiyə)
  30. Zəng -Qurban (2020) rejissor və ssenari müəllifi Şərif QurbanƏliyev(Dilsuz Mustafayev, Hüseynbala Mirələmovun hekayələri əsasında)AZTV

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-05-25. 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  11. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  12. "Cinema Stop-Kadr: İtirilmiş pay". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 58.

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023