Qurban Primovun Ev-Muzeyi Haqqinda Melumat - Vikipedia

Qurban Primovun Ev-Muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qurban Pirimovun ev-muzeyi

(Qurban Primovun Ev-Muzeyi səhifəsindən istiqamətləndirilmişdir)

Qurban Pirimovun ev-muzeyiXVIII əsr Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsi, Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Primovun ev-muzeyi.

Qurban Primovun Ev-Muzeyi
Açılış tarixi 1991
Mövzu Tarix
Yerləşir Ağdam, Abdal-Gülablı kəndi
Kolleksiyası 70 eksponat
Direktor Fəxrəddin Hacıyev

Tarixi redaktə

Muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi tərəfindən 1991-ci ilin sentyabrında irəli sürmüşdür. 9 nəfərlik ştat ilə təsdiq edilərək ilk direktoru Fəxrəddin Hacıyev təyin edilmişdir.[1]

Eksponatlar redaktə

O dövrdə eksponatların toplanılması mürəkkəb vaxtda həyata keçirilmişdir. Qurban Pirimova aid şəxsi əşyalarının bir qismi Azərbaycan Musiqi Tarixi Muzeyində, bir qismi əhalidə, bir qismi isə saxlanırdı. Yaradılan müvafiq qrup Ağdam Mədəniyyət Şöbəsində tarzənin doğulduğu məscidə yaxın olan Abdal-Gülablıda kəndindəki mənzilinə baxmış, təzə binanın tikinitisinə qərar vermişdir. Həyətində uzunluğu 12 metr və eni 6 metr olmaqla yeni muzey binasının tikintisinə başlanır. Yeni bina Q. Primovun köhnə mənzilindən bir neçə metr aralıda idi.[2] Tez bir zamanda yeni bina tikilərək, nazirliyin bərpaçı rəssamlar qrupuna, — başda Bəhram Əliyev olmaqla muzeydə tərtibat işlərini həyata keçirtmək üçün təhvil verilir. Giriş hissəsində Q. Primovun əlində tar olmaqla xüsusi detallardan şam fiquru hazırlanır. Muzeyin yeni binası 1991-ci ilin oktyabr-noyabr aylarına təsadüf edilir. Eksponatların toplanılması ciddi problemlər yaratsa da, Q. Pirimovun yaxınlarının köməyi ilə tarzənin şəxsi əşyalarını yığmaq mümkün olur və tarzənin kürəkəni, yazıçı Mirzə İbrahimovun xidməti olmuşdu. Mirzə İbrahimov tarzənlə bağlı özündə olan bütün əşyaları muzeyə təqdim etmişdi. Mərhum aktrisa, Primovun qohumu Əminə Babayeva ona məxsus stul, stol, hətta ölçüsü kiçik olan royalı da muzeydə sərgiləmək üçün təhvil vermişdi. Azərbaycan Musiqi Tarixi Muzeyinin direktoru Alla Axundova muzeydə olan bəzi əşyaları, onun həyat və yaradıcılığını əks etdirən qiymətli əşyaları, şəkilləri, muzeyə təqdim edir. Tarzənin kostyumları, təsbehi, eynəyi, külqabısı, muzeyin eksponat fonduna daxil edilir. Qısa zamanda muzeydə 70-dən artıq müxtəlif qiymətli eksponat toplanır. Muzey Ağdamın Abdal-Gülablı kəndində fəaliyyət göstərsədə, eksponatların nümayişi az müddət mümkün olur.[3] Ermənistan silahlı dəstələrinin daimi olaraq kəndi atəşə tutmaları muzeyin yerdəyişməsinə səbəb olur. Muzey sonra Ağdam şəhərindəki keçmiş "Lenin" küçəsində, əvvəllər "Pioner evi", sonralar kitabxana kimi fəaliyyət göstərmiş birmərtəbəli binaya köçürülür. Kitabxanaın bir hissəsində tarix-diyarşünaslıq muzeyi, digər tərəfində isə Qurban Pirimovun ev muzeyi fəaliyyətə başlayası olur. Hər iki muzey bir binada fəaliyyət göstərir. 1992-ci ilin mart ayında Ermənilərin daim şəhəri və ətraf kəndləri atəşə tutmaları nəticəzində muzeyin binasının ətrafına düşən mərmi qəlpələri binaya və bəzi eksponatlara ciddi ziyan vurur.[4] Ağdam rayon mədəniyyət şöbəsinin müdiri Çimnaz Əliyevanın dəstəyi ilə Mədəniyyət Nazirliyinin razılığı əsasında daşınması mümkün olan 30-dək eksponatı köçürülmüş, lakin 50-dən artıq qiymətli eksponat işgal altında qalmışdır. Muzey hazırda fəaliyyət göstərmir.

İstinadlar redaktə

  1. "Qarabağ muzeyləri..." 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  2. "Muzeylər günü". 2017-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  3. "İşğal altında olan sərvətlərimiz". 2020-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  4. "Azərbaycan muzeylərinin işğaldakı taleyi". 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.

Xarici keçidlər redaktə


Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024