Quruçay (Füzuli) Haqqinda Melumat - Vikipedia

Quruçay (Füzuli) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Quruçay (Qarabağ)

Xocavənd və Füzuli rayonlarından axan çay
(Quruçay (Füzuli) səhifəsindən istiqamətləndirilmişdir)

QuruçayArazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 82 km, hövzəsinin sahəsi 512 km²-dir.

Quruçay
Ölkə
Mənbəyi Qarabağ silsiləsi
Mənsəbi Araz
Uzunluğu
  • 74 km
  • 82 km
Su sərfi 1,68 m³/s, 6,85 m³/s
Hövzəsinin sahəsi 483 km², 512 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suyunun çox hissəsini yağış (75–80%) sularından alır. Çayda əsas daşqın yazda olur. Bu dövrdə illik axım həcmindən 30–35 dəfə çox olur. İyul-avqust aylarında çayın suyu çox azalır, bə`zi illərdə isə tamamilə quruyur. Payız fəslində yağan yağışlar kiçik daşqınlar əmələ gətirir.

Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 21.9 kq/san, lillənməsi isə 3200 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.

Orta illik su sərfi 1,75 kub m/san-dir. İllik axımın 65%-i yazda, 22%-i yayda, 7%-i payızda, 6%-i isə qışda keçir. Orta illik lillənməsi 150–250 q/kub m arasında dəyişir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.

Daşqınlar zamanı Quruçayın suyu bütünlüklə Dövlətyarlı su anbarına axıdılır. Yay fəslində suvarma işlərində geniş istifadə olunur.

Mənbə redaktə

Həmçinin bax redaktə

  1. 1 2 GEOnet Names Server. 2018.

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024