Qurugöl Haqqinda Melumat - Vikipedia

Qurugöl Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qurugöl - İranın Şərqi Azərbaycan ostanının ərazisində yerləşən, adsız yüksəkliklərlə əhatələnmiş göl. Bostanabaddan 18 km şimal-qərbdə[1], Təbrizdən isə 40 km cənub-qərbdə[2] yerləşir. Alyuvial çökəklikdə yerləşən göl, dəniz səviyyəsindən 1905 m hündürlüyə malikdir. Ətraf əraziləri bataqlıqlaşmışdır. Gölün sahəsi 129 ha, dərinliyi 5,0 m, həcmi isə 3 milyon kub. metr su tumumuna malikdir. Gölün qidalanmasında əsas rolu çaylar oynayır. Onlarda öz növbəsində qar suları ilə qidalanır. 23 iyun 1975-ci ildən Ramsar Konvensiyası ərazisinə daxil edilmişdir.

Qurugöl
Ümumi məlumatlar
Tökülən çay yoxdur
Minerallaşma tipi Şorsulu
Yerləşməsi
37°49′59″ şm. e. 46°40′00″ ş. u.
Ölkə  İran
Yerləşməsi Şərqi Azərbaycan ostanı
(İran)
Qurugöl xəritədə
Qurugöl
Qurugöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2013-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
  2. "Arxivlənmiş surət". 2019-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023