Qvineya Respublikası Haqqinda Melumat - Vikipedia

Qvineya Respublikası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qvineya

(Qvineya Respublikası səhifəsindən istiqamətləndirilmişdir)

QvineyaQərbi Afrikada dövlət. Şimalda Seneqal, şimal və şimal-şərqdə Mali, şərqdə Kot-d-İvuar, cənubda Liberiya, cənub-qərbdə Syerra-Leona, şimal-qərbdə Qvineya-Bisau dövlətləri ilə həmsərhəddir. Qərbdə Qvineya sahillərini Atlantik okeanın suları yuyur.[3]

Qvineya
fr. République de Guinée
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Travail, Justice, Solidarité"
azərb. "İş, Ədalət, Həmrəylik"
Himn: Liberté azərb. Azadlıq
Tarixi
 • Müstəqillik 2 Oktyabr 1958
Rəsmi dilləri
Paytaxt Konakri
İdarəetmə forması Prezident respublikasıdır
Prezident Mamadi Dumbuya
Baş nazir Bah Oury
Sahəsi Dünyada 78-ci
 • Ümumi 245,836 km²
Əhalisi
 • Əhali 10,057,975 nəfər (81-ci)
 • Siyahıyaalma (2014) 10,628,972 nəf.
 • Sıxlıq 106.1 nəf./km² (164-cü)
ÜDM (AQP)
 • Ümumi 11.46 milyard ABŞ dolları dollar
 • Adambaşına 1,082 dollar
ÜDM (nominal)
 • Ümumi (2011) 5.212 milyard ABŞ dolları [1] dollar
İnternet domeni .gn
ISO kodu GN
BOK kodu GUI
Telefon kodu +224
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Müstəmləkə dövrünə qədər redaktə

Qvineyanın qədim tarixi öyrənilməmişdir. Mülahizələrə görə Qvineya sahilləri Finikiya dənizçiləri tərəfindən qeydə alınmışdır. Orta əsrlərdə müasir Qvineya ərazisinin bir hissəsi VIII–IX əsrlərdə mövcud olmuş Qana, XIII–XV əsrlərdə mövcud olmuş Mali imperiyalarının tərkibinə daxil olmuşdur. Həmin dövrlərdə Qvineya ərazisində müxtəlif tayfalar, o cümlədən çoxsaylı mandinka, dyalonke, susu tayfaları tərəfindən məskunlaşmışlar.

XVI əsrdə Futa-Callon düzənliyində köçəri maldar tayfalarından olan fulbelər tərəfindən məskunlaşdırıldı. 1720-ci illərdə islam dinini qəbul edən fulbelərin yuxarı təbəsi dyalonkelərə və bütpərəst fulbelərə qarşı müharibəyə başladılar. Bu müharibə 1770-ci illərin sonlarında başa çatdı, nəticədə fulbelərin erkən dövləti olan Futa-Callon dövləti yarandı.

XIX əsrdə fransızlar Qvineyaya soxuldular. Onlar yerli sakinlərlə ticarət münasibətlərini təşkil etməyə cəhd göstərsələr də, bu Avropa tacirlərinin məhv edilməsi ilə nəticələndi. Fransa 1865-ci ildən tacirləri müdafiə etmək üçün Qvineyanın cənubunda liman tikməyə və burada öz mövqelərini möhkəmləndirməyə başladılar. Fransızlar yerli tayfaların başçıları ilə hücum etməmək haqqında müqavilə bağlamağa çalışırdılar.

Müstəmləkə dövrü redaktə

1897-ci ildə Fransa Futa-Callon hökuməti ilə protektoratlıq haqqında müqavilə imzalandı. 1898–1904-cü illərdə təxminən müasir Qvineya ərazisində fransız müstəmləkəsi olan River dyu Syud mövcud olmuşdur. 1904-cü ildə Fransa Qvineyası fransız Qərbi Afrika federasiyasının tərkibinə daxil oldu. Birinci dünya müharibəsindən sonra fransızlar Qvineyada banan, ananas, kofe plantasiyaları yaratmağa başladılar, lakin burada plantasiya təsərrüfatı geniş inkişaf etmədi. Qvineyada sənaye zəif inkişaf edirdi, yalnız ikinci dünya müharibəsindən sonra burada ilk dağ-mədən sənayesi üzrə müəssisələr yaradıldı.

Əhalisi redaktə

 

Qvineya Respublikasında əhalinin sayı 10,6 mln. nəfərdir (2014). Əhalinin illik artımı 2,6 %-dir. Orta ömür müddəti kişilər arasında 56 il, qadınlar arasında 59 ildir. Əhalinin etnik tərkibi: fulbelər-40 %, mandinkalar-30 %, susular-20 %, digərləri-19 %-dir. Əhalinin 85 %-i islam dininin sünni məzhəbinə, 8 %-ə yaxını xristian (Onların əksəriyyəti katolikdir) dininə, 7 %-ə yaxını aborigen ayinlərinə etiqad edir. Əhali arasında yevangelistlər, plimut qardaşları ayinlərinə etiqad edənlər də vardır. Əhalinin savadlılığı kişilər arasında 42 %, qadınlar arasında 18 %-dir (2003). Şəhər əhalisi −34%-dir.(2008).

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. https://www.ethnologue.com/language/fra.
  2. https://web.archive.org/web/20181225111225/http://chartsbin.com/view/edr.
  3. Гвинея, страна в Африке  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Ən Son Axtarılanlar

xeberzelzeleden-180-gun-sonra-mezarlari-tapilan-ana-ve-qizinin-fotolari.html Fayl:The_ctrise_of_the_Corwin_journal_of_the_Arctic_expedition_of_1881in_search_of_De_Long_and_the_J Fayl:A_memoir_of_John_Conolly,_M._D.,_D._C._L.,_comprising_a_sketch_of_the_rueatment_of_insane_in_Eu xeberbu-demir-yolu-muessisesinde-ozbasinaliq-isciler-sazbe-ve-btrar-ise-cagirilirlar-sok-video.html Fayl:Compendium_of_the_history_of_doctrines._(IA_compendiumofhist01hage_0).pdf Fayl:Processing_oilseeds,_oil,_and_meal_-_a_list_of_publications_and_patruts_for_1968_of_the_Norther Fayl:An_analysis_of_rapid_technology_enansfer_solutions_and_best_practices_for_use_by_the_Departmazt kinoizlejung-e-2023-hdrip-20099-tr-dublaj-izle.html Fayl:The_progress_of_docruine_in_the_New_Testamrut_-_considered_in_eight_lectures_preached_before_th Fayl:An_analysis_of_rapid_technology_ruansfer_solutions_and_best_practices_for_use_by_the_Departmazt Fayl:(Oficina_de_Verão)_Como_integrar_as_ferramtrtas_media_em_investigação_e_no_trsino_superi Fayl:A_history_of_the_stazggle_for_slavery_extazsion_or_reseniction_in_the_United_States_-_from_the_ Fayl:FEDLINK_-_United_States_Federal_Collection_(IA_humanetreatmazto00unit).pdf Fayl:Skin_diseases_-_their_description,_pathology,_diagnosis,_and_eneatment_-_with_a_copious_formula Fayl:Recommended_practice;_symbols,_terms,_units_and_uncertainty_analysis_for_radiomeenic_sensor_cal Fayl:A_history_of_the_stazggle_for_slavery_extazsion_or_resruiction_in_the_United_States_-_from_the_ Fayl:On_inhalations_in_the_azeatmazt_of_diseases_of_the_respiratory_passages_-_particularly_as_effec
Dostlarınla Paylaş

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024