Rünoske Akutaqava Haqqinda Melumat - Vikipedia

Rünoske Akutaqava Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rünoske Akutaqava

Yaponiya yazıçısı

Rünoske Akutaqava[4] (həmçinin Ryunosuke Akutaqava;[5] 1 mart 1892[1][2][…], Tokio[d][3][1]24 iyul 1927[3][1][…]) — Yaponiya yazıçısı.

Rünoske Akutaqava
yap. 芥川 龍之介
Doğum adı 新原 龍之介
Doğum tarixi 1 mart 1892(1892-03-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 iyul 1927(1927-07-24)[3][1][…] (35 yaşında)
Vəfat səbəbi Həddindən artıq doza[d]
Vətəndaşlığı
Milliyyəti yapon
Həyat yoldaşı Fumi Tsukamoto
Uşaqları Hiroşi (1920-1981), Takaşi (1922-1945), Yasuşi (1925-1989)
Atası Tosizo Niihara
Anası Fuku Niihara
Təhsili
Fəaliyyəti yazıçı, roman yazıçısı, ssenarist, jurnalist, ədəbiyyat tənqidçisi, şair, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1914-1927
Əsərlərinin dili ingilis dili
Janr hekayə
İlk əsəri "Ronen" (老年) (1914)
Tanınmış əsərləri
Vikimənbənin loqosu Rünoske Akutaqava Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə "Rasyamon darvazası" və "Burun" hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə "Magiya möcüzələri", "Bisey necə inanırdı", "Bir qisasın tarixçəsi", "Susanoo-no-mikoto, "Susanoo-no-mikoto ahıl çağlarında", "Tanrı Aqni", "Qəribə hekayət", "Xanım Rokunomiya", 1924-1927-ci illərdə "Sanemonun cinayəti", "Məktub parçası", "Momotaro", "At ayaqları", "Ölümdən sonra", "Karmen", "Suadamları ölkəsində", "Tanekonun kədəri", "Yuxu" və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı "İlğım" və "Dişli çarxlar" hekayələrində və "Səfehin həyatı" povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.

Rünoske Akutaqava 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Rünoske Akutaqava mükafatı yaradılmışdır.

Yaradıcılığı redaktə

Ən məşhur hekayələri: "Raşomon darvazası" (1915), "Burun" (1916), "Cəhənnəm əzabları" (1918) və "Sıx meşədə" (1922).

1950-ci ildə Rünoskenin "Raşomon darvazası" (1915) və "Sıx meşədə" (1922) hekayələri əsasında Akira Kurosavanın "Raşomon" filmi ekrana çıxmışdır.

Kitabları redaktə

Azərbaycan dilində redaktə

  • "Tanrıların istehzası", ("Tərcümə Mərkəzinin kitabları" seriyası). Bakı: 2015. (tərcüməçi: Rövşən Ramizoğlu)[6]

Filmoqrafiya redaktə

  1. Raşomon (film, 1950) / 羅生門

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 34. ISBN 978-2-221-06888-5
  2. 2,0 2,1 Akutagawa Ryunosuke // Encyclopædia Britannica (ing.).
  3. 3,0 3,1 3,2 3,3 Акутагава Рюноскэ // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Акутагава Рүноске // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 210.
  5. Nərgiz Cabbarlı. Ryunosuke Akutaqavanın seçilmiş əsərləri (azərbaycan). Şərq-Qərb. 2011. səh. 444.
  6. ""Tanrıların istehzası" işıq üzü gördü". Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin saytı (az.). aztc.gov.az. 05 Mart 2015. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.

Xarici keçidlər redaktə


Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023