Rüstəm Kamal Haqqinda Melumat - Vikipedia

Rüstəm Kamal Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rüstəm Kamal (Rüstəm Kamal oğlu Rəsulov; 2 iyul 1962, Rustavi) — ədəbiyyatşünas və esseist, filologiya elmləri doktoru, professor.

Rüstəm Kamal
Rüstəm Kamal oğlu Rəsulov
Doğum tarixi 2 iyul 1962(1962-07-02) (61 yaş)
Doğum yeri
Elm sahəsi filologiya
Elmi dərəcələri filologiya elmləri doktoru, professor
İş yerləri
Təhsili
  • İmmanuel Kant adına Rusiya Dövlət Universiteti[d]
Üzvlüyü
Mükafatları Vaqif Səmədoğlu medalı

Həyatı redaktə

Rüstəm Kamal 2 iyul 1962-ci ildə anadan olub. 1979-cu ildə Qazax rayonu, İkinci Şıxlı kənd orta məktəbində təhsil almışdır. İ. Kant adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini, aspirantura və doktoranturanı bitirib. Azərbaycan və rus ədəbiyyatı ilə bağlı araşdırmalar aparır. Filologiya elmləri doktorudur. Azərbaycanın ali məktəblərində (BDU-nun Şəki filialı, MDU, BSU, ADNSU) müxtəlif vəzifələrdə (kafedra müdiri, elmi -tədqiqat laboratoriyasının müdiri, dekan) çalışıb. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2018–2022-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının sədr müavini.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü.

Azərbaycan Aşıqlar Birliyinin üzvü.

Mükafatları redaktə

  • Prezident təqaüdü (2001,2011),
  • "Qızıl Kəlmə" ədəbi mükafatı (2013)
  • Rəsul Rza Beynəlxalq Ədəbi Mükafatı (2019)
  • "İlin alimi" adı (2017, AMEA)
  • Əlibəy Hüseynzadə mükafatı (2016 , esseistika yaradıcılığına görə)

Əsərləri redaktə

  • Oğuz ruhu: bərpa və yozum. -Bakı, 1996
  • "Kitabi Dədə Qorqud": arxaik ritual semantikası. — Bakı, 1999
  • Ömür-inanc mətni.- Bakı, 2010
  • Zəlimxan Yaqub : inanc işığı. -Bakı, 2010,
  • Yazıdan mifə.- Bakı,2010
  • Sözü işığa danışdım.- Bakı, 2012
  • "Kitabi Dədə Qorqud": nitq janrları və davranış poetikası.- Bakı, 2013
  • XX əsr Azərbaycan nəsrinin poetikası : motiv analizi. Filologiya fakültəsinin magistrlatura pilləsi üçün dərs vəsaiti. -Bakı, 2021
  • İqor yürüşü haqqında söyləmə: nitq janrları. Dərs vəsaiti- Bakı, 2020 (R. Novruzovla birgə)
  • Uzaq kölgələrin səsi: Səməd Vurğun və Vaqif Səmədoğlu haqqında esselər.-Bakı, 2019
  • Güzgü günü. Filoloji esselər. -Bakı, 2017

Tərcümələri redaktə

  • İqor yürüşü haqqında söyləmə/ Rus şeri antologiyası, — Bakı: "Şərq-Qərb", 2011. -s.23–44.
  • Lev Rubinşteyn. Şeirlər / Ən yeni rus ədəbiyyatı: Antologiya.2 cilddə.2-ci cild:Poeziya. — Bakı:Mütərcim, 2014. — s.140–158.
  • Vsevolod Nekrasov. Şeirlər / Ən yeni rus ədəbiyyatı: Antologiya.2 cilddə.2-ci cild:Poeziya. — Bakı:Mütərcim, 2014. — s.25–37.
  • Valentin Katayev — Nağıllar və hekayələr. Bakı: Çaşıoğlu — 2020.
  • Donald Bisset — Nağıllar. Bakı: Çaşıoğlu — 2020.

Ön sözlər redaktə

  • Nəfəs azadlığı, ruh azadlığı / Bəxtiyar Vahabzadə. Fəryad (dram və poemalar). — Bakı, "Azərbaycan", 1995. s.5–11.
  • Yasunari Kavabata: Gözəllik tənha qəlbin səsi kimi / Yasunari Kavabata. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2010. — s. 5–12.
  • M. A. Bulqakov:Təbib və yazıçı sözünün mistikası / Mixail Bulqakov. Seçilmiş əsərləri. Bakı: "Şərq — Qərb", 2011. -s. 5 −11.
  • Yaradıcılıq tənhalıq oyunu kimi / Vladimir Nabokov. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb". 2010, — s.5–13.
  • Rable Qroteski — İnsan ömrünü anlamaq kimi / Fransua Rable. Qarqantua və Pantaqruel. Bakı, "Şərq-Qərb", 2014. — s. 5–10.
  • Haynrix Böllün insana həmdərd olan sənəti / Haynrix Böll. İki roman. Azərbaycan tərcümə mərkəzi. Bakı: 2017, -s.5–10.
  • İspaniyanın portretini çəkən yazıçı / Kamilo Xose Sela. Seçilmiş əsərləri. Azərbaycan tərcümə mərkəzi. Bakı : 2018, s. 5–8.
  • Rus nəşri rus insanın yaşam təcrübəsi kimi / Rus nəşri antologiyası. Bakı, "Şərq-Qərb", 2013, — s.5–10.
  • Bahtiyar Vahapzadenin şiir dünyası / Bahtiyar Vahapzade. Gülüstan (poemalar). T. C. Kültür Bakanlığı Yayınları. Ankara, 1998. s.9–21.
  • Ata ömrü mif kimi (M. İsmayılın "İz" romanı haqqında bir neçə söz) / Məmməd İsmayıl. İz. Bakı: TEAS Press. 2015, s.3–8.
  • Şairin müdrükliyi və azadlığı… / Besik Xaranuli. Xoşbəxtlik anı. Bakı, 2018. s.3–6.
  • B. Arabuli:tənha adamın gecə söhbətləri / Bağater Arabuli. Gündüz yuxular. Azərbaycan Tərcümə mərkəzi. Bakı: 2018, s.5–8.
  • Çingiz Əlioğlu şeiri: dilin magik təcrübəsi / Çingiz Əlioğlu. Qapı. Bakı: "Təhsil", 2014, s.432–440.

İstinadlar redaktə

Xarici keçidlər redaktə

Video redaktə


Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024