Rüstəm və Söhrab (opera, Ü.Hacıbəyov) Haqqinda Melumat - Vikipedia

Rüstəm və Söhrab (opera, Ü.Hacıbəyov) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rüstəm və Söhrab (opera, Ü.Hacıbəyov)

Bu məqalə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab" operası haqqındadır. Digər mənalar üçün Rüstəm və Söhrab səhifəsinə baxın.

Rüstəm və SöhrabÜzeyir bəy Hacıbəyovun üçüncü muğam operası.

Rüstəm və Söhrab
Bəstəkar
Librettoçu Üzeyir Hacıbəyov
Dili Azərbaycan dili
Süjet Şahnamə
Pərdə 4
Yaradılma tarixi 1910
İlk səhnələşdirmə 1910
Azərbaycan Respublikası

Tarixçə redaktə

Firdovsinin "Şahnamə" poemasının motivləri əsasında 1910 ildə yazılmışdır, 4 pərdəli bu operanın ədəbi mətni-əruz vəzni ilə yazılmış şer parçaları ilə zəngindir. Librettonun Üzeyir bəy tərəfindən yazılıb-yazılmaması haqda bir sıra fikirlər mövcud idi. Araşdırma nəticəsində librettonun müəllifliyi barədə mübahisələrə son qoyulmuş, oradakı bəzi şer parçalarının isə şair-qəzəlxan Buzovnalı Azərə məxsusluğu müəyyən edilmişdir. Bu operada müəllif muğam səhnələrini azaltmış, musiqinin çox hissəsini özü bəstələmişdir. Operanın ilk tamaşası 1910 il noyabrın 25-də Bakıda Tağıyev teatrında olmuşdur (rejissor Hüseynqulu Sarabski, dirijor—müəllif. Əsas rollarda H. Sarabski (Söһrab), Əhməd Ağdamski (Təhminə), Hənəfi Terequlov (Keykavus) və b. çıxış etmişlər. Mətbuatda yazıldığına görə, tamaşa müvəffəqiyyət qazanmamışdır. Ona görə də H. operanı səhnədən götürməyə məcbur olmuşdur.

Əsər bir qədər işlənildikdən sonra ikinci dəfə 6 mart 1915-ci ildə dirijor-bəstəkar M. Maqomayevin benefisində, H. Z. Tağıyevin teatrında tamaşaya qoyulmuşdu. Lakin yenə də uğursuzluğa məruz qaldığı üçün növbəti dəfə də səhnədən götürülmüşdür.

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • M. Aslanov, «Rüstəm və Söhrab», «Ulduz» jurnalı, 1970, № 8.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024