Rəşad İlyasov Haqqinda Melumat - Vikipedia

Rəşad İlyasov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rəşad İlyasov (1 noyabr 1974, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018).

Rəşad İlyasov
Ümumi məlumatlar
Doğum tarixi 1 noyabr 1974(1974-11-01) (49 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi

Həyatı redaktə

Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideynləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu — mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası — Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-cı ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur. 1994-cü ildə "Çardaş" əsərini (Monti) kanonda ifa edib buna klip də çəkdirir. Daima yenilik etməyi xoşlayan Rəşad artıq solist kimi çalışmağa başlayır. Və 1997-ci ildə "Bakı-Raks" Birgə Müəssisəsi ilə "Anaram səni" albomunu hazırlayıb ərsəyə gətirir. Bu albomda o, nostalji mahnıları ifa edir. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Rejissorluq fakültəsini bitirən musiqiçi Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində rejissor kimi də fəaliyyət göstərir. 2001-ci ildə Rəşad ailə həyatı qurmuşdur. 2012-ci ildə "Mənə əllərini ver" adlı klip çəkdirmiş və onun təqdimat mərasiminin keçirmişdir. 2013-cü ildə Misirə qastrol səfərinə yollanmışdır. Qastrol zamanı "Nil" televiziyasında verilişlərin birində iştirak etmişdir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[2]

Videoqrafiya redaktə

Say Klip Tarix
01 Çardaş 1994
02 Qəlbimin Sevirəm Sözü
03 Gəl Qayıdaq O Sahilə 2000
04 İncitmə Qəlbimi (duet İlhamə Quliyeva) 2000
05 Sevgi Deyilmiş 2003
06 Sən Gəlmədin 2005
07 Gözüm Səni Axtarır
08 Qoruyaq Uşaqları 2009
09 Azərbaycanım Mənim
10 Ay Gözəlim 2010
11 Mənə Əllərini Ver 2013
12 Kanadı Kırık Kuş 2020
13 İrəli Gedir Millətimiz 2020
14 Mənim Ol 2022

Filmoqrafiya redaktə

  1. Kişiləri qoruyun (film, 2006)
  2. 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: özü)

İstinadlar redaktə

  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  2. "YAP-a yeni üzvlər qəbul edildi". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.

Mənbə redaktə


Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024