Rəşad Ağayev Haqqinda Melumat - Vikipedia

Rəşad Ağayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rəşad Ağayev (2 iyul 2000, Bakı16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Rəşad Ağayev
Rəşad Rövşən oğlu Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 2000(2000-07-02)
Doğum yeri
Vəfat tarixi 16 oktyabr 2020(2020-10-16) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri Biləcəri Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019–2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi

Həyatı redaktə

Rəşad Ağayev 2 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Evin tək oğlu olan Rəşad, Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə təhsil almışdır.[1] 1-ci və 2-ci kursu 7 nömrəli Peşə liseyində oxuduqdan sonra, 3-cü kursda Step Akademiyasına qəbul olub və Akademiyanı proqramist dizayner kimi bitirib.

Hərbi xidməti redaktə

Rəşad Ağayev 4 iyul 2019-ci il tarixində Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsinə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində ordu sıralarına qatılmışdır. 16 oktyabrda isə, Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhəri Biləcəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

İstinadlar redaktə

  1. "Rəşad Ağayev Rövşən". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2024.

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024