Rəşad Nuri Güntəkin Haqqinda Melumat - Vikipedia

Rəşad Nuri Güntəkin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rəşad Nuri Güntəkin

Rəşad Nuri Güntəkin (25 noyabr 1889[1][2], Konstantinopol, Osmanlı imperiyası7 dekabr 1956[3], London) — Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl Gecə, Yarpaq tökümüAnadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır.

Rəşad Nuri Güntəkin
türk. Reşat Nuri Güntekin
Doğum tarixi 25 noyabr 1889(1889-11-25)[1][2]
Doğum yeri
Vəfat tarixi 7 dekabr 1956(1956-12-07)[3] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
Təhsili
Fəaliyyəti diplomat, roman yazıçısı, siyasətçi, dramaturq, yazıçı, nasir
Tanınmış əsəri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir.

Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.

Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R. N. Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.

Əsərləri redaktə

Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən ədib Anadolu insanına yaxından bələd ola bilmişdir. Əsərlərində Anadoludakı yaşamı və toplusal sorunları ələ almış, insanı insan-çevre münasibətləri içində yansıtmıştır. Romanlarında istifadə etdiyi dil və anlatım olduqca aydın, dialoqları isə canlıdır. Yazdığı, tərcümə etdiyi, kitab halına sala bildiyi və ya dərgi, qəzet səhifələrində, teatr reperturlarında bulunan əsərlərinin sayı yüzə çatır.

Romanları redaktə

Teatr tamaşaları redaktə

  • Xəncər (1920)
  • Köhnə yuxu (1922)
  • Ümidin günəşi (1924)
  • Gazeteci Düşmanı, Şəmsiyə oğrusu, İhtiyar Serseri (1925, üç oyun)
  • Daş parçası (1926)
  • Yaşıl gecə (1928)
  • İstiqlal (1933)
  • Hülleci (1933)
  • Yarpaq tökümü (1971)
  • Köhnə nəğmə (1971)
  • Balıkesir Muhasebecisi (1971)
  • Tanrıdağı ziyafəti (1971)
  • Kənd müəllimi
  • Çalıquşu (N. Cumalı)

Səyahətnamələri redaktə

Mənbə redaktə

  • "Tanzimat'tan Bugüne Edebiyatçılar Ansiklopedisi". Cilt I (A-İ). "Güntekin, Reşat Nuri". Yapı Kredi Kültür Sanat Yayıncılığı: mart 2003, İstanbul.

İstinadlar redaktə

Xarici keçidlər redaktə

  • Rəşad Nuri Güntəkin. Çalıquşu /Azərbaycan türkcəsinə uyğunlaşdıran: M. Rzaquluzadə.- B.: Şərq-Qərb, 2006.- 376 s.
  • Rəşad Nuri Güntəkin. Dodaqdan qəlbə /Nəşrə hazırlayan: M. Axundov.- Bakı: Şərq-Qərb, 2006.- 280 s.

Ən Son Axtarılanlar

Fayl:Santo_Domingo,_past_and_present_-_with_a_glance_at_Hayti_(IA_santodomingopast00haza_0).pdf Şəkil:MET_NYC.jpg WhatLinksHereİİ_səviyyə_və_az_əhəmiyyətli_Azərbaycan_tarixi_məqalələri Fayl:An_analysis_of_automatic_idrutification_technology_applications_in_Naval_Logistics_(IA_analysis KitabMənbələri9782955943304 Fayl:The_Local_Government_Pension_Scheme_(Provision_of_Information,_Administrative_Expenses_and_Rest xeberruerbaycanda-sok-sutrcusu-icra-bascisinin-illerle-yigdigi-var-dovleti-satib-qacdi.html Fayl:Proceedings_of_the_North_Carolina_Dtrtal_Society_(serial)_(IA_proceedingsofnor601934nor).pdf Fayl:Flag_of_Villena.PNG Fayl:A_manual_of_palaeontology_for_the_use_of_studruts_with_a_grueral_inruoduction_on_the_principles Fayl:History_of_the_Irish_rebellion_in_1798-_with_memoirs_of_the_union,_and_Emmett's_insurrection_in Fayl:A_text-book_of_sanitary_and_applied_chemisruy_-_or,_The_chemisruy_of_water,_air,_and_food_(IA_t Fayl:Weymouth_Gazette_1924_February_(IA_WeymouthGazette192402).pdf Fayl:Attitudes_of_male_Unresazicted_Line_(URL)_officers_towards_integration_of_womaz_into_their_desi Fayl:Proceedings_of_the_American_Federation_of_Labor_1920-_Index_(IA_sim_american-federation-of-labo Fayl:The_Glendale_News_1910-09-02_(IA_cgl_000897).pdf Fayl:The_Occupational_and_Personal_Pazsion_Schemes_(Contracting-out_etc-_Review_of_Determinations)_R Fayl:A_comparative_study_of_corporation_schools_as_to_their_organization,_adminisenation,_and_method Fayl:Forest_Products_Laboratory_list_of_publications_on_box_and_crate_constazction_and_packaging_dat
Dostlarınla Paylaş

Saytda 23 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024