Rəşid Lətifov
Rəşid Güləhməd oğlu Lətifov (14 yanvar 2000, Tatyanoba, Masallı rayonu – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi
Rəşid Lətifov | |
---|---|
Rəşid Güləhməd oğlu Lətifov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Masallı |
Dəfn tarixi | 29.12.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Güləhməd Lətifov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018-2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
ikinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Murovdağ döyüşləri |
Təltifləri |
Həyatı redaktə
Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub.[1] 2006-cı ildə Güllütəpə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.
Hərbi xidməti redaktə
2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub.
2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib.
Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Kəlbəcər rayonunlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşid Lətifov 01.10.2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.[2]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Güləhməd oğlu Lətifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[3]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.[4]
Təltifləri redaktə
- (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)[2]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
- (05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)[4]
İstinadlar redaktə
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 "Prezident Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbçilərini təltif edib - SİYAHI". 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.