Rəhim bəy Novruzov Haqqinda Melumat - Vikipedia

Rəhim bəy Novruzov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rəhim bəy Novruzov

Novruzov Rəhim bəy Hacı Babakişi bəy oğlu (1872-?) — pedaqoq, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu.

Rəhim bəy Novruzov
Novruzov Rəhim bəy Hacı Babakişi bəy oğlu
Doğum tarixi
Doğum yeri Hüsülü obası, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Fəaliyyəti pedaqoq

Həyatı redaktə

Hacı Babakişi bəyin ikinci oğlu Rəhim bəy 1872-ci ildə Şuşa qəzasının Hüsülü obasında anadan olmuşdu. Şuşa şəhər məktəbində oхumuşdu. Sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdi. Bir çoх məktəblərdə müəllim işləmişdi.

1883-cü ildə Qubadlı kənd məktəbinin rəhbərliyinə Hüsülü kəndindən olan Rəhim bəy Novruzbəyov dəvət edildi.

Rəhim bəy Novruzbəyov Qubadlı məktəbinin gələcək inkişafında çox böyük rol oynamışdı.

Rəhim bəy Novruzbəyovun himayəsi ilə XX əsrin ilk illərində Qubadlı maarifinin və təhsilinin səmasında bir ulduz parlamağa başladı. Bu ulduz Qubadlı kənd sakini Həsən bəy Teymur bəy oğlu Sultanov idi.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Novruzbəyovlar, "Soy" dərgisi, 9 (17), 2008. səh.43-48;
  • Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.

Həmçinin bax redaktə


Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024