Rəhimli (Kəlbəcər) Haqqinda Melumat - Vikipedia

Rəhimli (Kəlbəcər) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rəhimli (Kəlbəcər)

Kəlbəcər rayonunda kənd

RəhimliAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Rəhimli
40°09′43″ şm. e. 46°04′04″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Rəhimli xəritədə
Rəhimli
Rəhimli

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Tarixi redaktə

Bu kəndin bünövrəsini bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Onlar dağın dibində yerləşən Aşağıxaç adlanan ərazidə yaşayırmışlar. Buradan da Aşağı arxac sözü yaranmışdır. 1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Alxanov Rəhim Ocaqverdi oğlu şərəfinə Rəhimli adlandırılmışdır. Oğlu Alxanov Köçəri isə Kəlbəcərdə sayılıb-seçilən adamlardan olub.[2]Kənd əhalisi Qıpçaq-Albanlardan ibarətdir.

Yaylaqlar redaktə

Behbudbəyin ağqayasının yurdu, Alagöllər yaylağı, Sudəyənqaya yurdu, Söyüdlü yaylağı, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Alıqulu ağanın yurdu, Taxtadüz yurdu, Sarıbulaq yurdu, Ketilərdüşən yurd, Əsəd bəyin yurdu, Mədinəli dərəsinin yurdu, Novruzdüşən göl yurdu.

Bulaqlar redaktə

Zeynalın bulağı, Novlu bulaq, Bərk bulaq, Nəcəfölən bulaq, Korca bulaq, Lazımın bulağı, Gölmə bulaq.

Məşhur yerlər redaktə

Tələlər, Ortaburun, Qırmızıqaya, Güneyinboynu, Biçənəklər, Şişin döşü, Uzuntala, Hacı Əmrahın yurdu, Kərimin biçənəyi, Mustafanın darı yeri, Heydərin yeri, Xaça yolaşan, Xanışın yeri, Ağ kaha, Hüseynalının çuxuru, Sarıburun, Qara daşın dərəsi, Qara malıx, Su duran, Həşəriyyə, Qarağatlı qobu, Əsgərin kahası, El yolu, Sarının yurdu, Mis, Bulağınbaşı, Yatalğalar.[2]

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Saytda 235 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024