Rəna Şereşevskaya Haqqinda Melumat - Vikipedia

Rəna Şereşevskaya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rəna Şereşevskaya

Rəna Şereşevskaya (qızlıq soyadı: Mustafabəyli; rus. Рена Шерешевская; fr. Rena Cherechevskaïa; d. 17 iyun 1954, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli rus-fransız pianoçu və musiqi müəllimi. Fransanın İncəsənət və Ədəbiyyat ordeni kavalyeri.[1]

Rəna Şereşevskaya
Ümumi məlumatlar
Doğum tarixi (69 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Həyat yoldaşı Oleq Şereşevski
Uşağı Viktoriya Şereşevskaya
Atası Midhəd Mustafabəyli
Musiqiçi məlumatları
Fəaliyyəti klassik pianoçu[d], musiqi pedaqoqu[d]
Musiqi aləti piano
Təhsili Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyası
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa)

Həyatı redaktə

Rəna Şereşevskaya 1954-cü il iyunun 17-də Bakıda, 13 il[2] Azərbaycan Geologiya idarəsininə rəhbərlik etmiş Midhət bəy Mustafabəylinin[3] ailəsində anadan olub. Artıq dörd yaşında böyük musiqi qabiliyyəti və istedadı üzə çıxıb. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tanınmış pedaqoq Liliya Filatovanın fortepiano sinfi üzrə əla qiymətlərlə bitirib. Elə həmin il Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Lev Vlasenkonun sinfinə daxil olub. Konservatoriyadan sonra aspiranturanı da fərqlənmə ilə bitirib.[4]

1970-ci illərdə Şereşevskaya SSRİ-də və müxtəlif ölkələrdə bir çox solo və simfonik konsertlər verib. 1980-ci ildən başlayaraq o, Moskva Konservatoriyası nəzdində Mərkəzi Orta İxtisas Musiqi Məktəbində istedadlı uşaqlara dərs deyib.

1991-1993-cü illərdə Şereşevskayanı İppolitov-İvanov adına Dövlət Pedaqoji Musiqi İnstitutunun fortepiano kafedrasına müdir vəzifəsinə dəvət ediblər.[4] Həmin dövrdə o, orta ixtisas və ali təhsil məktəblərində fortepianonun tədrisi metodikasının tərtib olunması işinə başçılıq edib. Onun təklifi və rəhbərliyi ilə gənc ifaçıların İppolitov-İvanov adına birinci Ümumittifaq müsabiqəsinə start verilib.[5]

1993-cü ildə Şereşevskaya dəvət olunmuş professor kimi Kolmar Konservatoriyasında işləməyə başlayıb, sonra beş il ərzində paralel olaraq Paris Ali Milli Konservatoriyasında işləyib, ixtisasartırma kurslarında dərs deyib.[5]

Şereşevskaya Fransa, Rusiya, Almaniya, Kanada, ABŞ, Kanada, Çində ustad dərsləri keçir.[4] Onun yetirmələri beynəlxalq müsabiqələrin laureatlarıdır. Onlar dünyanın aparıcı konsert salonlarında – “Pleyyel”, “Karneqi-Holl”, “Albert-Holl”, Berlin Milli Filarmoniyası, Moskva Konservatoriyasının Böyük salonu və digər səhnələrdə çıxış edirlər.[5]

Şereşevskaya hazırda Alfred Korto adına Paris Ali musiqi məktəbində fortepiano professorudur. O, istedadlı uşaqların musiqi təhsili sisteminin təkmilləşdirilməsinə çox diqqət yetirir, Fransa və beynəlxalq mətbuatda, Fransanın milli televiziyasında bu məsələ ilə bağlı çıxışlar edir.

Şereşevskaya, eyni zamanda “Fransa və Rusiyanın ulduzları və gənc istedadları” mədəni mübadilə layihəsinin yaradıcısı və rəhbəri, beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvüdür.[5]

Ailəsi redaktə

  • Əri — Oleq Vladimiroviç Şereşevski, texnika elmləri namizədi (1972),[6] Rusiya tibbi fizika assosiasiyasının beynəlxalq layihələr müdiri, musiqi meneceri.[7]
    • Qızı — Viktoriya Şereşevskaya (doğ. 1983), pianoçu və opera müğənnisi (metso-soprano).[8]

İstinadlar redaktə

  1. "Пианистка из Азербайджана стала кавалером французского Ордена искусств и литературы". Mir.ru (rus). 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-19.
  2. "Azərbaycanlı professorun tələbəsi Çaykovski müsabiqəsinin qalibi oldu". Voanews.com (az.). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
  3. "Geologiya tariximizdən" (PDF). Static.bsu.az (az.). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-21.
  4. 1 2 3 "Рена Шерешевская-Мустафабейли: «Я беру учеников, невзирая на их возраст, если вижу…» — ИНТЕРВЬЮ". Yenicag.ru (rus).[ölü keçid]
  5. 1 2 3 4 "Mustafabəyli-Şereşevskaya Rəna". Azerbaycan.li (az.). 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
  6. Тема диссертации: «Исследование и разработка метода и аппаратуры для дозиметрии при УВЧ терапии».
  7. Орлова И. Сегодня мы должны играть, как кошка мяукает — мяу, мяу…: Интервью с Люка Дебаргом // «Этажи», 17.06.2017.
  8. "ВИКТОРИЯ ШЕРЕШЕВСКАЯ, АЛЕКСАНДРА СУММ, РЕМИ ЖЕНЬЕ". 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.

Xarici keçidlər redaktə


Saytda 240 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024